399
♦
xüsusi olaraq fərqlənən işçilərin müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasının dövlət mükafatları ilə mükafatlandırılmasına və Azərbaycan
Respublikasının fəxri rütbələrinin təltif edilməsinə təqdim edir;
♦
fövqəladə və səlahiyyətli səfir, 1-ci və 2-ci dərəcəli fövqəladə və səlahiyyətli
nümayəndə diplomatik dərəcələrinin təqdim edilməsi barədə Azərbaycan Respublikası
Prezidenti qarşısında vəsadət qaldırır və Attaşedən başlayaraq 1-ci dərəcəsi müşavir də
daxil olmaqla diplomatik dərəcələri verir;
♦
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq digər hüquqları da
həyata keçirir.
Azərbaycan Respublikası Xarici şlər Nazirliyinə Azərbaycan Respublikasının
Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən nazir rəhbərlik edir.
Azərbaycan Respublikası Xarici şlər Nazirliyində nazirdən (kollegiyanın sədri) və
onun müavinləri (vəzifə üzrə), habelə Nazirlik sisteminin digər rəhbər işçilərindən ibarət
kollegiya yaradılır.
Kollegiyanın üzvləri Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunur.
Kollegiya Nazirliyinin fəaliyyəti ilə bağlı daha mühüm məsələlərə baxır və onlar haqqında
müvafiq qərarlar qəbul edir. Kollegiya qərarları səs çoxluğu ilə qəbul edir və nazirin
ə
mrləri ilə həyata keçirir. Nazir ilə kollegiya arasında fikir ayrılığı olarsa, nazir müəyyən
edilmiş qaydada fikir ayrılığı barədə Azərbaycan Respublikası Prezidentinə məruzə edərək
öz qərarını həyata keçirir, qəbul olunmuş qərar üzrə xüsusi rəy olan kollegiya üzvləri bu
barədə müvafiq qaydada Azərbaycan Respublikası prezidentinə məruzə edə bilərlər.
Azərbaycan Respublikası Xarici şlər Nazirliyində Attestasiya komissiyası
yaradılır. Attestasiya komissiyasının tərkibi Kollegiya tərəfindən təsdiq olunur. Attestasiya
komissiyası öz səlahiyyətləri çərçivəsində mərkəzi apparat, xaricdəki səfirlik və
nümayəndəliklərdə kadrların peşə hazırlığına nəzarət edir və təkliflər verir. Attestasiya
komissiyası qərarını səs çoxluğu ilə qəbul edir və qəbul edilmiş qərarlar nazirin əmrləri ilə
həyata keçirilir.
Nazirliyin Mərkəzi aparatının və xaricdəki nümayəndəliklərinin strukturu və ştat
cədvəli xarici işlər nazirinin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən
təsdiq edilir.
Azərbaycan Respublikasının Xarici şlər Nazirliyi xarici siyasət məsələləri üzrə
elmi əsaslandırılmış təkliflərin hazırlanması üçün elmi məsləhət, metodiki və ekspert
ş
uraları yarada bilər.
Ş
uraların tərkibi və onların Əsasnamələri xarici işlər naziri tərəfindən təsdiq edilir.
Ş
uraların fəaliyyətinin təşkilati-texniki təminatını Azərbaycan Respublikasının Xarici şlər
Nazirliyinin Mərkəzi Aparatı həyata keçirir.
Azərbaycan Respublikası Xarici şlər Nazirliyi onun fəaliyyətinə aid məsələlər
üzrə müəyyən edilmiş qaydada curnallar, bülletenlər və digər nəşrlər dərc edir.
Azərbaycan
Respublikası
Xarici
ş
lər
Nazirliyinin
fəaliyyətinin
maliyyələşdirilməsi icra orqanlarının saxlan-masına yönəldilən dövlət büdcəsinin hesabına
həyata keçirilir.
Azərbaycan Respublikasının Xarici şlər Nazirliyi hüquqi şəxsdir. Azərbaycan
Respublikasının dövlət gerbi təsdiq edilmiş və öz adı olan möhürə, müvafiq möhür və
ş
tamplara, Azərbaycan Respublikası Banklarının müəssisələrində hesablaşma hesabına, o
cümlədən Milli və xarici valyutada hesablaşma hesabına malikdir.
400
Beləliklə, suala nəticə olaraq göstərmək olar ki, Azərbaycan Respublikasının xarici
dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibəti sahəsində dövlət idarəetməsini həyata
keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Xarici şlər Nazirliyi Azərbaycan
Respublikası Prezidentinə tabedir.
SUAL 3. Azə
rbaycan Respublikasına gə
lmə
k və
Azə
rbaycan Respublikasından
getmə
yin inzibati-hüquqi nizamlanması.
nsan hüquqlarının ümumi bəyannaməsinə və Azərbaycan Respublikasının müvafiq
beynəlxalq müqavilələrinə uyğun olaraq “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası
vətəndaşlarının Azərbaycan Respublikasına gəlmək (bundan sonra ölkədən getmək və
ölkəyə gəlmək) hüququna təminat verilir və bu hüquqdan azad şəkildə istifadə etmək üçün
hər bir müstəqil dövlətin rəmzi olan xüsusi sənədin-Azərbaycan Respublikası vətəndaşının
pasportunun tətbiqi nəzərdə tutulur, vətəndaşlara pasportun verilməsi qaydaları, xaricdə
daimi yaşayış üçün gedən vətəndaşların hüquqi vəziyyəti, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından
getməsi qaydaları təsbit olunur.
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan
Respublikasının Qanunu 14 iyun 1994-cü ildə qəbul edilmiş, sonralar isə bu Qanuna əlavə
dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikasının hər bir vətəndaşı (bundan sonra vətəndaş) Qanunda
nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçib sərbəst surətdə
ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Bu hüquq yalnız
aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:
1) vətəndaşın dövlət sirri və ya hərbi sirr olan məlumatlar üzrə öhdəliyi qüvvədirsə,
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada həmin öhdəlik
qüvvədən düşənədək;
2) vətəndaş haqqında cinayət işi qaldırılıbsa və ya o, məhkum edilibsə-müvafiq
olaraq iş üzrə icraat qurtaranadək və ya cəza çəkilib qurtaranadək, yaxud cəzadan azad
edilənədək;
3) vətəndaş müəyyənləşdirilmiş qaydada müddətli həqiqi hərbi xidmətə
çağırıldıqda-müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan
azad edilənədək;
4) beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının
tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb
olunan ölkələrə gediş-gəliş zamanı profilaktik peyvəndlərin aparılmasınadək.
Hər hansı bir ölkədə fövqəladə vəziyyət və ya insan həyatı, sağlamlığı və azadlığı
üçün təhlükə yaranarsa, Azərbaycan Respublikasının Xarici şlər Nazirliyi Azərbaycan
Respublikasının əhalisini dərhal xəbərdar etməklə, vətəndaşlara həmin ölkəyə getməkdən
müvəqqəti çəkinməyi tövsiyə edə bilər.
Vətəndaşın ölkədən getmək və ya ölkəyə gəlmək hüququ qanunla
müəyyənləşdirilmiş qaydada yalnız Azərbaycan Respublikası vətəndaşının pasportu və