405
Azərbaycan Respublikasına digər qanuni əsaslarla (turizm, şəxsi işi ilə bağlı,
xidməti ezamiyyətə gəlmiş və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar
gəlmiş) gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında
müvəqqəti olan hesab edilirlər.
Mühacir- bu və ya digər əsaslarla yaşadığı ölkəni uzun müddətə tərk edən və
Azərbaycan Respublikasına yaşamağa gələn əcnəbilər, yaxud vətəndaşlığı olmayan
şə
xslərdir.
Ə
cnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti Azərbaycan
Respublikasının Konstiutsiyası, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi
vəziyyəti haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan
Respulikasının Qanunları və bu Qanunlara müvafiq olaraq qəbul edilən Azərbaycan
Respublikasının digər qanunvericilik aktları, habelə Azərbaycan Respublikasının iştirakçısı
olduğu beynəlxalq müqavilələr ilə müəyyən edilir.
Azərbaycan Respublikasının Konstitusiyası, “Əcnəbilərin və vətəndaşlığı olmayan
şə
xslərin hüquqi vəziyyəti haqqında” Qanun, Azərbaycan Respublikasının digər qanunları
və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələr ilə digər qaydalar
müəyyən edilməyibsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası
vətəndaşları ilə bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edirlər və bütün
vəzifələri yerinə yetirirlər.
Ə
cnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata
keçirilməsi Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan
Respublikasının qanunlarının və digər qanunvericilik aktlarının tələblərinə riayət etməli,
Azərbaycan xalqının adət- ənənlərinə hörmət etməlidirlər.
Xarici dövlət onun ərazisində Azərbaycan Respublikası vətəndaşlarının hüquq və
azadlıqlarının həyata keçirilməsinə məhdudiyyət qoyduqda Azərbaycan Respublikasının
Qanunu ilə Azərbaycan Respublikasının ərazisində eyni məhdudiyyətlər həmin dövlətin
vətəndaşları üçün müəyyən edilə bilər. Belə qanun onun qəbul edilməsinə əsas olan hallar
aradan qaldırıldıqda ləğv olunur.
Ə
cnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyətindən,
irqindən, milli mənsubiyyətindən, cinsindən, dilindən, dinə münasibətindən, fəaliyyətinin
növü və xarakterindən və digər hallardan asılı olmayaraq Azərbaycan Respublikasında
qanun və məhkəmə qarşısında bərabərdirlər.
Azərbaycan Respublikası ərazisindəki əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
hüquq və azadlıqları yalnız Azərbaycan Respublikası Konstitusiyasında müəyyən edilmiş
qaydada məhdudlaşdırıla bilər.
Ə
cnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasına daimi yaşamaq
üçün mühacirətə, yaxud müəyyən müddətə işləməyə gələ bilər və həmçinin onun ərazisində
müvəqqəti ola bilərlər.
Ə
cnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı hallarda mühacirətə icazə ala
və Azərbaycan Respublikası ərazisində daimi yaşamağa gələ bilərlər:
♦
Azərbaycan Respublikasının vətəndaşları ilə yaxın qohumluğu olduqda;
♦
Azərbaycan Respublikasında daimi yaşayan şəxslə nigahda olduqda;
♦
Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda.
406
Daimi yaşayış üçün, yaxud müvəqqəti işləməyə gəlmiş əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş
qaydada müvafiq sənədlər verilir.
Digər qanuni əsaslarla Azərbaycan Respblikasının ərazisində olan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olan hesab edilirlər.
Azərbaycan Respublikası ərazisində müvəqqəti olan əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdırlar və
onlar üçün müəyyən olunmuş müddətlər qurtadıqdan sonra Azərbaycan Respublikasını tərk
etməlidirlər.
Azərbaycan Respublikası ərazisində cinayət, inzibati və digər hüquqpozma
törətmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Ə
cnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında aşağıdakı
olma qaydalarını pozduqları hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar:
♦
Azərbaycan Respublikasında olmaq üçün müvafiq sənədləri olmadıqda;
♦
Azərbaycan Respublikasında etibarsız sənədlər əsasında yaşadıqda;
♦
qanunvericilikdə müəyyən edilmiş hərəkət etmə, yaşayış yeri seçmə və
qeydiyyat qaydalarına riayət etmədikdə;
♦
işə düzələrkən müəyyən edilmiş qaydaları pozduqda;
♦
olma müddəti qurtardıqdan sonra Azərbaycan Respublikası ərazisini vaxtında
tərk etmədikdə;
♦
Azərbaycan Respublikası ərazisindən tranzit keçidi qaydalarına əməl etmdikdə
və s.
Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini pozan əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma müddətləri qısaldıla
bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma
müddətlərinin qısaldılması haqqında qərarı müvafiq dövlət orqanları qəbul edir.
Milli təhlükəsizliyin təmin olunması, ictimai asayişin mühafizəsi, əhalinin səhhəti,
hüquqları və mənafelərinin qorunması zəruriliyi olduqda və həmçinin Azərbaycan
Respublikasının əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında
qanunvericiliyinin tələbləri kobud surətdə pozulduqda əcnəbilər və vətəndaşlığı olmayan
şə
xslər bir gündən yeddi günədək müddətə müvafiq dövlət orqanının qərarına əsasən
Azərbaycan Respublikası hüdudlarından kənara çıxarıla bilər.
Ə
cnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası
hüdudlarından kənara çıxarılması Azərbaycan Respublikası nzibati Xətalar Məcəlləsi ilə
müəyyən edilmiş qaydada həyata keçirilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması haqqında qərarda müəyyən
olunmuş müddətdə Azərbaycan Respublikası ərazisini tərk etməlidir. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma müddətlərinin
qısaldılması və Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması Daxili şlər
Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir.
Ə
cnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası
hüdudlarından kənara çıxarılması haqqında qərardan məhkəməyə şikayət verilə bilər.
Ş
ikayətin verilməsi qərarın icrasını dayandırmır.