443
Müdavimlər qüvvədə olan normativ aktlara müvafiq olaraq pul vəsaiti və ya təqaüd,
geyim forması, xidməti vəsiqə, yemək və yataqxana ilə təmin edilirlər. Qiyabi təhsil alan
dinləyicilər laborator-imtahan sessiyası zamanı ödənişli şərtlərlə yataqxanadan istifadə edə
bilərlər. Müdavimlərin yataqxanadan kənarda yaşamasına hər bir konkret halda,
Akademiyanın rəisi tərəfindən yaşayış yerinin sosial-məişət şəraiti öyrənildikdən sonra icazə
verilə bilər.
Daxili intizam qaydalarına riayət olunmasını təmin etmək məqsədilə Akademiya
rəisinin əmri ilə müdavimlər sırasından tədris tağımlarının qrup və bölmələrinin
komandirləri təyin edilir.
Polis Akademiyasına daxil olmuş kiçik rəis heyətinə mənsub müdavimlərin mövcud
rütbələri saxlanılır. Müdavimlərə hər il iki həftə müddətində qış tətili məzuniyyəti və 30 gün
müddətində növbəti məzuniyyət verilir. Tədris borcu olan müdavimlərə məzuniyyət, onun
müəyyən edilmiş müddəti hüdudunda, borc ləğv edildikdən sonra verilir.
Dövlət buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş məzunlara dövlət imtahan
komissiyasının qərarı ilə müvafiq ixtisas dərəcəsi verilir, diplom və müəyyən nümunəli döş
nişanı təqdim olunur. Əyani təhsil almış məzunlara “polis leytenantı” rütbəsi verilir.
Tədris planındakı bütün fənlərin azı 75 faizindən “əla”, qalan fənlərdən isə “yaxşı”
qiymət almış, dövlət buraxılış imtahanlarını “əla” qiymətlərlə vermiş, həmçinin ictimai
işlərdə fəal iştirak etmiş müdavim və dinləyicilərə fərqlənmə diplomu verilir. Əyani təhsilini
fərqlənmə diplomu ilə bitirmiş məzunlar müstəsna hal kimi “polis baş leytenantı” xüsusi
rütbəsinin verilməsinə təqdim oluna bilərlər.
Müdavim və dinləyicilər Akademiyadan aşağıdakı hallarda xaric oluna bilərlər:
- öz xahişi ilə;
- başqa təhsil müəssisəsinə keçirilməsi ilə əlaqədar;
- tədris intizamını, Akademiyanın daxili qaydalarını ciddi şəkildə pozduğuna görə;
- üzürsüz səbəbdən semestr müddətində 120 saatdan çox dərs buraxdığına görə;
- səhhətinə görə (hərbi-həkim komissiyasının rəyinə əsasən);
- tədris planını yerinə yetirmədikdə (akademik uğursuzluq-müəyyən edilmiş qaydada
imtahan və məqbulları vermədikdə, təcrübə proqramını icra etmədikdə, dövlət buraxılış
imtahanından qeyri-kafi qiymət aldıqda və s.);
- tördilmiş cinayətə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
- daxili işlər orqanlarından mənfi əsaslarla xaric olunması ilə əlaqədar.
Müdavim və dinləyicilərin Akademiyadan xaric olunması Akademiya rəisinin
təqdimatı əsasında daxili işlər nazirinin müavini, o da kadrlar idarəsi rəisinin əmri ilə həyata
keçirilir.
Müdavim məhkum olunması ilə əlaqədar Akademiyadan xaric olunduqda, o, eyni
zamanda D N rəhbərliyinin əmri ilə daxili işlər orqanlarından xaric edilir və onun şəxsi işi
ə
vvəlki xidmət yerinə qaytarılır.
Bir semestr müddətində üzürlü səbəbdən (xəstəlik, ailə vəziyyəti, ezamiyyət, dövlət
sərəncamı və tapşırığının yerinə yetirilməsi və s.) 120 saatdan çox dərs buraxmış
müdavimlər Akademiya rəisinin əmri ilə təkrarən eyni kursda saxlanıla bilər.
Tədris işi Akademiyanın fəaliyyətinin əsasını təşkil edir. Onun fəaliyyət dairəsi dərs
məşğələlərinin, eləcə də müdavim və dinləyicilər tərəfindən tədris materiallarının
mənimsənilməsini, cari və yekun nəzarəti işinin bütün növlərinin planlaşdırılmasını, təşkilini
444
və keçirilməsini əhatə edir. Bu iş müəyyən edilmiş qaydada təsdiq olunmuş tədris planlarına
və fənn proqramlarına müvafiq surətdə təşkil olunur və aparılır.
Akademiyada təhsil azərbaycan dilində aparılır.
Tədris məşğələlərinin əsas növləri aşağıdakılardır:
- mühazirə;
- seminar (diskussiya);
- praktik məşğələ;
- təlim (işgüzar oyun);
- referatın hazırlanması;
- fərdi mükalimə (kollokvium);
- məsləhət saatı;
- sərbəst hazırlıq saatı;
- yoxlama işi;
- tədris təcrübəsi və ixtisas üzrə təcrübə.
Ayrı-ayrı fənlər üzrə nəzəri (elmi-praktiki) konfranslar və Akademiyanın Elmi
Ş
urasının qərarı ilə müəyyən edilmiş digər növ məşğələlər keçirilə bilər.
Yoxlama işləri, suallara yazılı cavablar və ya məsələlərin həlli şəklində yerinə yetirilir.
Yoxlama işi üçün tapşırıqların məzmunu və onun icra qaydası kafedra tərəfindən müəyyən
edilir.
Məsləhət, müdavim və dinləyicilərin tədris işinə rəhbərliyin və dərs materiallarının
sərbəst öyrənilməsində onlara yardım göstərilməsi formalarından biridir. Məsləhət üntəzəm
olaraq sərbəst hazırlıq saatlarında və əsasən fərdi xarakter daşıyır.
Sərbəst hazırlıq işi, təlim-tərbiyə prosesinin mühüm tərkib hissəsidir və dərs
məşğələlərinin bütün növlərində əldə edilmiş bilik və vərdişləri möhkəmlətmək və
dərinləşdirmək, kurs işlərini yerinə yetirmək, qarşıdakı məşğələlərə, məqbullara və
imtahanlara hazırlaşmaq, biliklərin mənimsənilməsində əqli əmək mədəniyyətini, sərbəstliyi
və təşəbbüskarlığı formalaşdırmaq məqsədi daşıyır.
Dövlət buraxılış imtahanları, dövlət imtahan komissiyasının fəaliyyəti dövründə
keçirilir. Dövlət imtahanlarına hazırlıq və onların verilməsi üçün hər imtahan 5-6 gün hesabı
ilə vaxt ayrılır. Dövlət imtahanlarının keçirilmə qaydası “Dövlət imtahan komissiyaları
haqqında” əsasnamə ilə müəyyən edilir.
Akademiyada tərbiyə işi-ideya, peşə, mənəvi, hüquqi, estetik və fiziki tərbiyə
vəzifələrinin yerinə yetirilməsinə kompleks şəkildə yanaşmaq əsasında, tədris prosesi ilə
üzvi vəhdətdə təşkil olunur və aparılır.
Metodik iş təlim-tərbiyə işinin tərkib hissəsi olub, Akademiya rəhbərliyinin,
kafedraların, professor-müəllim heyətinin, kurs rəislərinin və onların müavinlərinin
fəaliyyətinin əsas növlərindən biridir.
Metodiki iş, dərs məşğələlərinin bütün növlərinin səmərəliliyi və keyfiyyətinin
yüksəldilməsi, rəis və professor-müəllim heyətinin pedaqoci ustalığının artırılması, təlim-
tərbiyə prosesinin təşkilinin və təminatının təkmilləşdirilməsi kimi başlıca vəzifələri əhatə
edir. Kafedra, metodik işin mərkəzi hesab olunur.
Akademiyada aşağıdakı ictimai təşkilatlar yaradıla bilər:
- elmi cəmiyyətlər;
- elmi-texniki yaradıcılıq mərkəzləri;
- gənc alimlər və mütəxəssislər şurası;