99
qiyam qaldırdılar. Onlar Məhəmməd xandan Ağahüseyni tərəf-
darları ilə birlikdə hakimiyyətdən uzaqlaşdırılmasını tələb edirdi.
Bu tələb yerinə yetirilməyənə qədər qiyamçılar xana məxsus
kəndlərə hücum edərək, əhalini talan etməyə başladı. Onların tələ-
binə baxmayaraq, vəzir Ağahüseyn təslim olmaq fikrində deyildi.
O, qoşun toplayaraq müxalif qüvvələrə qarşı çıxdı. Tərəflər arasında
bir neçə gün davam etmiş döyüş baş verdi (161, 124).
İrəvandakı qarışıqlığı öz xeyrinə həll etmək məqsədilə II
İrakli hadisələrə müdaxilə etməyi qərara aldı. Yeni xanımın (Əhməd
xanın qızı – E. Q.) sevimli hərəmağası Ağahüseyndən narazı
qüvvələrdən istifadə etməyə çalışan II İrakli ona sadiq olanlarla
gizli əlaqə saxlayaraq, vəziri hər hansı vasitə ilə hakimiyyətdən
uzaqlaşdırmağı və qalanın Xoy hakiminin əlinə keçməsinə imkan
verməməyi tapşırmışdı (3, 234). Lakin o, Xoy xanından ehtiyat
edərək hadisələrə açıq-açığına müdaxilə edə bilmirdi.
Xoy hakiminin şəxsində İrəvanı özündən asılı vəziyyətə salan
Osmanlı sultanı tərəfdarlarına şimaldan ola biləcək hər hansı
hücumun qarşısını almaq üçün İrəvan qalasını hərbi cəhətdən
möhkəmləndirməyə çalışırdı. Əhməd xan bu haqda İrəvana xüsusi
fərman da göndərmişdi. Onun göstərişinə əsasən, İrəvan qalasının
möhkəmləndirməsi, qala divarlarının təmiri, lazımi bina və qəsrlərin
tikdirilməsi, qalanın müdafiəsinə lazım olan zəruri şeylərin əldə
edilməsi ilə məşğul olmağa başlanılmışdı. Qalada müxtəlif toplar və
digər hərbi sursatlar quraşdırılmışdı. Ərzaq anbarları 12 illik taxıl və
digər azuqə ilə doldurulmuşdu. Qalanın bürcləri, divarları və
keçidlərinin mühafizəsi, darvazaların müdafiəsi inanılmış, məharətli
adamlara tapşırılmışdı. Qalaya əlavə hərbi dəstələr yerləşdirilmişdi
(48, 69-70).
Xoylu Əhməd xanın planları daha əhatəli və geniş idi. Bəhs
olunan dövrdə o, ayrı-ayrı Azərbaycan xanlarını özündən asılı
vəziyyətə salmaqla bərabər, rus-gürcü qüvvələrinə qarşı dura bilə-
cək yeganə qüvvə olaraq qalırdı. Lakin Əhməd xanın planları ya-
rımçıq qaldı. Belə ki, Xoy xanı və onun oğlu 1786-cı ilin fevralında
100
doğma qardaşı Şahbaz xanın oğlanları tərəfindən sui-qəsd nəticə-
sində öldürüldü (247, 208; 27, 133).
Xoy xanlığında baş verən qarışıqlıqdan istifadə edən yerli
müxalif qüvvələr daha da fəallaşdı. Əhməd xan Dünbülü öldürül-
dükdən sonra vəzir Ağahüseyn İrəvanda hakimiyyəti ələ keçirmək
üçün Məhəmməd xanı öldürməyi qərara aldı. O, qarabağlı İbrahim-
xəlil xanla gizli əlaqəyə girərək, onun yardımı ilə İrəvan qalasını
tutmaq niyyətində idi. Qarabağ qoşunları Şərur çayı sahilində
dayanaraq vəzirin işarəsini gözləyirdi. Bu sui-qəsdə makulu Əli
soltan da qoşulmuşdu. Lakin vəzirin xana qarşı olan bu sui-qəsdinin
üstü açıldı. Nəticədə Ağahüseyn və onun yaxın tərəfdarları ələ
keçirilərək edam olundular (3, 19-20).
Əslində vəzirin və tərəfdarlarının edamında bilavasitə
II İraklinin əli olmuşdu. O, İrəvanda baş verən hadisələrdən istifadə
edərək, tərəfləri barışdırmaq bəhanəsi ilə öz adamlarını İrəvana
göndərmişdi. İrəvana gələn II İraklinin adamları qiyamçıların
başçıları ilə əlaqə yaradaraq, guya danışıqlar aparmaq məqsədilə
onları İrəvan qalasına dəvət etdilər. Qalada Kartli-Kaxetiya çarının
göndərdiyi şəxslərin yardımı ilə vəzir Ağahüseynə qarşı sui-qəsd
planı hazırlanırdı. Nəticədə, Ağahüseyn gecə keşikçilərinin əli ilə
öldürüldü (161, 124). Bu hadisə 1786-cı ilin iyununda baş vermişdi
(3, 20). Beləliklə, Məhəmməd xan bu təhlükədən xilas olsa da,
İrəvan xanlığı yenidən II İrakliyə bac verməyə məcbur oldu.
Hadisələrin gərgin olduğu bir vaxtda İrəvan xanlığı dağıs-
tanlılar tərəfindən hücum təhlükəsinə məruz qaldı. Yuxarıda qeyd
edildiyi kimi, Osmanlı emissarları İrəvanı rus-gürcü birliyinin
təcavüzündən qorumaq üçün Azərbaycan xanlarını və Dağıstan
hakimlərini Kartli-Kaxetiyaya yürüşə sövq etmək istəyirdi. Onların
səyi nəticəsində bəzi Dağıstan hakimləri, qarabağlı İbrahimxəlil xan
və digər Azərbaycan xanları bu təhlükəyə qarşı birləşmişdilər. Plana
görə, Avar hakimi Ümmə xanın başçılığı ilə Dağıstan hakimləri bir
tərəfdən, İbrahimxəlil xan isə bəzi Azərbaycan xanları ilə başqa
tərəfdən Kartli-Kaxetiyaya hücum etməli idilər. Hətta onlar İrəvan
əhalisini öz ərazilərinə köçürmək niyyətində idi (12, 19-20). Kartli-
101
Kaxetiyaya yürüşün digər səbəbi İbrahixəlil xanla II İrakli arasında
münasibətlərin pozulması idi. II İraklinin ruspərəst siyasəti, Gəncə
və Naxçıvan xanlıqları üstündə onlar arasında baş verən müna-
qişələr tədricən düşmənçiliyə çevrilmişdi (82, 92-93; 54, 194-195).
İbrahimxəlil xanın bu xanlıqlarda möhkəmlənmək cəhdi həm rus
komandanlığının, həm də II İraklinin planlarına zidd idi. Lakin
Qarabağ hakiminin Ümmə xanla qohumluğu II İraklinin açıq-
açığına ona qarşı çıxmasına mane olurdu. Mirzə Camal Cavanşir
yazır ki, «Gürcüstan valisinin…qədim ocaq, geniş torpaq və böyük
dövlət sahibi olmasına baxmayaraq, o, İbrahimxəlil xanın məsləhə-
tindən kənara çıxmırdı. Çünki Avar və Dağıstan hakimi mərhum
Ümmə xan və o yerlərin başqa hakimləri İbrahimxəlil xana yaxın və
qohum olduqları üçün ona itaət edirdilər. Gürcüstan valisi ilə
mərhum İbrahimxəlil xanın arası pozulduğu zaman Ümmə xan və
Dağıstan xanları İbrahimxəlil xanın göstərişi üzrə böyük qoşunla
Gürcüstana gedib, çoxlu ziyanlar verirdilər» (43, 125).
Beləliklə, 1785-cı ilin sentyabrında Osmanlı sultanının təhriki
ilə Avar hakimi Ümmə xan 11.000 nəfərlik qoşunla Kartli-
Kaxetiyaya hücum etdi (178, 139). Sığnaq qalasını və Gümüşxananı
zəbt edən Dağıstan qoşunları bir çox ətraf kəndləri qarət edə-edə
əsirlərlə Ahalsıxa, Süleyman paşanın yanına gedərək, qışı orada
qaldı. Onlar Osmanlı sultanından çoxlu xələt və ənam aldılar (43,
125).
Dağıstanlıların Kartli-Kaxetiyaya hücumu İrəvan xanlığına da
öz təsirini göstərmişdi. Bu xəbəri eşidən yerli əhalinin bir hissəsi
İrəvan qalasına sığınmış, sərhəd kəndlərinin əhalisi xanlığın
içərilərinə köçmüş, digər hissəsi isə əlçatmaz yerlərdə sığınacaq
tapmışdı. Məsələn, bu xəbəri eşidən pəmbəklilərin bir hissəsi
İrəvanın içərilərinə, digər hissəsi isə Qars paşalığına köç etməyə
başladı. Bu da Ahalsıx hakimi ilə İrəvan xanı arasında düşmənçiliyə
səbəb oldu. Ahalsıx hakimi Süleyman paşa Dağıstan qoşununa
arxalanaraq, Məhəmməd xana təzyiq göstərməyə başladı. O, İrəvan
hakimini hədələyərək pəmbəklilərə məxsus əmlakın ona verilməsini
tələb etdi. Lakin Məhəmməd xan onun tələbini nəinki yerinə
Dostları ilə paylaş: |