Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə38/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   34   35   36   37   38   39   40   41   ...   179

114 

şahın hücum edəcəyi təqdirdə  İrəvan  əhalisinin Osmanlı  ərazisinə 

axınının başlayacağı təhlükəsi haqqında xəbər verilmişdi. Məktubda 

Ağa Məhəmməd xanın  İrəvana hücum edəcəyi təqdirdə qala 

darısqal olduğundan, təxminən 20-30 min irəvanlının əmlak və mal-

qara ilə birlikdə Qars, Bəyazid, Ərzurum paşalıqlarına sığınacaqları 

bildirilmişdi (72, 145-146). 

Lakin bəzi Azərbaycan xanları, o cümlədən  İrəvan xanı ilə 

məktublaşmasına baxmayaraq Osmanlı dövləti ciddi tədbirlər görə 

bilmədi. Çünki sultan nə Rusiya, nə  də  Ağa Məhəmməd xanla 

münasibətləri gərginləşdirmək istəmirdi. «Şuşalı  İbrahimxəlil xan 

və İrəvan xanı 1794-cü ildə Portanın (Osmanlı Türkiyəsinin – E. Q.) 

onları köməksiz qoymayacağına ümid edərək, Ağa Məhəmməd 

xana qarşı  çıxdılar. Onlar qədimdən aralarında olan dostluq əlaqə-

lərinə arxalanaraq Ağa Məhəmməd xanın hücumuna qarşı Portadan 

himayədarlıq üçün nümayəndələrini  İstanbula göndərdilər. Lakin 

Porta onların tələblərinə  məhəl qoymayaraq cavab verdi ki, onun 

İran xalqı ilə müqaviləsi vardır» (107, c.2, səh.332). Digər tərəfdən

hadisələri düzgün qiymətləndirən  İstanbul sarayı  Ağa Məhəmməd 

xanı bölgədə Rusiyaya qarşı duracaq real qüvvə hesab edirdi. Buna 

baxmayaraq, Osmanlı dövləti ona müraciət edən xanlara ümid ver-

məkdən də çəkinməmişdi. 

Azərbaycan xanlarını  məktub və  fərmanlarla özünə tabe edə 

bilməyəcəyini başa düşən Ağa Məhəmməd xan Qacar İrəvan, Xoy, 

Naxçıvan, Gəncə  və  Ərdəbil xanlarını öz hakimiyyətini tanımağa 

məcbur etmək üçün 1794-cü ildə sevimli sərkərdələrindən olan 

Süleyman xanı 20.000 nəfərlik qoşunla Təbrizə göndərdi (55, 236-

237). Təbrizə  gələn Süleyman xan İrəvan hakimini yanına dəvət 

etdi. O, Məhəmməd xanı  Təbrizə  gəlməyəcəyi təqdirdə  İrəvan 

üzərinə yürüş edəcəyi ilə hədələmişdi. Həmin vaxt İrəvan hakimi iki 

od arasında qalmışdı. Digər tərəfdən, II İrakli də, Məhəmməd xanı 

İrəvan üzərinə yürüş edəcəyi ilə  hədələyirdi. Qeyd etmək lazımdır 

ki, Məhəmməd xan son illərdə müstəqil siyasət yeridərək Kartli-

Kaxetiya çarına bac verməkdən imtina etmişdi. 1794-cü ildə  şah-

zadə Davidin başçılığı ilə bir dəstə gürcü qoşunu İrəvan sərhəddində 



115 

dayanaraq, Məhəmməd xandan bacı ödəməyi tələb etməyə başladı. 

O, əks təqdirdə İrəvana hücum edəcəyi ilə xanı qorxudurdu. Hətta 

şahzadə David katolikos Qukasa məktub göndərərək xanı yola 

gətirməyi tələb etmişdi (212, 90). 

İki od arasında qalmış  Məhəmməd xan İrəvan qalasını möh-

kəmləndirmək üçün müdafiə  tədbirləri görməyə başladı. O, Qacar 

qoşunlarının hücumunu xanlıq üçün daha təhlükəli olduğunu hiss 

edərək, II İraklinin könlünü ələ almağı qərara aldı. Məhəmməd xan 

dərhal məktub və  hədiyyələrlə Tiflisə nümayəndə heyəti göndərdi. 

II İrakli elçiləri qəbul etsə də, güzəştə getməyərək bacı tələb etdi. O, 

elçilərə «…xanın dəfələrlə  şərtləri pozduğundan verilən vədlərə 

inanmadığını söyləyərək, belə demişdi: Siz verəcəklərinizi verin, 

mən isə sizi düşmənlərinizdən qoruyum» (161, 153). Əlacsız qalan 

və kömək almaq ümüdi ilə  Məhəmməd xan verginin bir hissəsini 

göndərmiş, digər hissəsini göndərməyi söz vermişdi.  Əvəzində o, 

İrəvanın müdafiəsi üçün çardan bir neçə yüz nəfərdən ibarət dəstə 

göndərməsini xahiş etmişdi. Lakin bu vaxt II İraklinin özünə kömək 

lazım idi (161, 153-154; 212, 90). 

İrəvan hakiminin heç bir fərmana məhəl qoymadığını görən 

Süleyman xan Xoy hakimi ilə birlikdə Təbrizdən Naxçıvana gəldi. 

O, İrəvana adam göndərərək Məhəmməd xandan tələbləri yerinə ye-

tirməyi, girov, bac və 500 nəfərdən ibarət silahlı qüvvə göndərmə-

sini tələb etdi (158, 93). Bu xəbər İrəvan əhalisini bərk təşvişə sal-

mışdı.  Əhalinin bir hissəsi  əmlakı ilə Osmanlı  sərhəddinə doğru 

hərəkət etdi, digər hissəsi isə qalada və  əlçatmaz yerlərə  sığındı. 

Məhəmməd xan yenidən II İraklidən hərbi kömək istədi. O isə nə-

inki İrəvana kömək göndərmədi, əksinə bacın qalan hissəsini də tə-

ləb etdi. Belə olduqda İrəvan hakimi bu tələbi rədd etdi (161, 154). 

Vəziyyətin çıxılmaz olduğunu görən Məhəmməd xan Ağa 

Məhəmməd xanın tələblərini bir hissəsini yerinə yetirmək məcbu-

riyyətində qaldı. O, ilk növbədə kəndlərə adamlar göndərərək vergi 

yığdırmağa başladı. Hətta Üçmüəzzindən də müəyyən miqdarda 

vəsait tələb etdi. Hər şey toplandıqdan sonra yığılanlar İrəvanın bir 

neçə nüfuzlu nümayəndəsi ilə birlikdə Süleyman xanın yanına, 



116 

Naxçıvana yola salındı. Lakin Süleyman xan İrəvan hakiminin tək 

bac verməsi ilə qane olmadı. O, xandan digər  şərtləri də yerinə 

yetirməyi tələb etdi. Məhəmməd xan isə onun bu tələbindən imtina 

etdi (161, 154). Vəziyyətin gərgin olduğu bir vaxtda, Ağa Məhəm-

məd xan yenidən yürüşü dayandıraraq, boyun əyməyən xanların 

cəzalandırılmasını gələn ilə saxladı. 

Ağa Məhəmməd xan Qacarın Cənubi Qafqaza ilk yürüşü 

1795-ci ilin yayında baş tutdu. O, 1795-ci ilin iyun ayında 85 minlik 

qoşunla üç istiqamətdə – İrəvan, Lənkaran-Muğan və Qarabağ 

istiqamətində şimala doğru yürüşə başladı (51, 50-51; 239, 167). Bu 

yürüş haqqında tarixi ədəbiyyatda (239, 167-176) ətraflı  bəhs 

edildiyindən bu məsələnin üzərində dayanmağı lazım bilmirik. 

Bizim məqsədimiz Qacar qoşunlarının məhz  İrəvan istiqamətində 

yürüşünü işıqlandırmaqdır. 

Ağa Məhəmməd xan qardaşları Əliqulu xan və Cəfərqulu xa-

nın başçılığı ilə 20.000 nəfərlik qoşunu İrəvan istiqamətdə göndərdi. 

Qacar hakiminin güclü qoşunla Cənubi Qafqaza yürüşü əhalini bərk 

qorxuya salmışdı.  Əhali  əmlakını götürərək təhlükəsiz yerlərə 

qaçırdı. “Əhali biləndə ki, Qacar qoşunları  İrəvana doğru hərəkət 

edir, Qarabağdan, Naxçıvandan, İrəvandan və digər yerlərdən həm 

müsəlmanlar, həm də xristianlar əmlak və mal-qara ilə Gürcüstan 

(Kartli-Kaxetiya – E. Q.) ərazisinə qaçırdı. Onlar bu ərazidə sakit 

sığınacaq tapacaqlarına və  Ağa Məhəmməd xanın çara (II İrakli – 

E. Q.) qalib gələ bilməyəcəyinə ümid edirdilər. Lakin qaçqınların 

aqibəti acınacaqlı oldu. Doğma  şəhər və  kəndlərindən qaçan xalq 

ərzaq çatışmazlığı ilə üzləşərək aclığa məruz qaldı. Onlar üç 

girvənkə çörəyə bir qoyun, bir lider (10 girvənkə) çörəyə isə bir at 

verməli olurdular. Digər tərəfdən, yerli gürcülər qaçqınlara hücum 

edərək onların əmlak və mal-qarasını əllərindən alırdılar. Müsibət o 

dərəcəyə çatmışdı ki, çoxları aclıqdan və soyuqdan ölməmək üçün 

varlı gürcülərin quluna çevrilmişdilər. Bir çoxları isə bu müsibətə 

dözməyərək çöllərdə olürdülər və onları dəfn etmək üçün alət belə 

tapılmırdı” (86, 89-90; 179, 7; 107, c.2, səh.337). 




Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə