105
gərləri də gəlib çatdılar. Gəlib otağın qapısında dayan-
dıq, bütün sahibmənsəblərə və camaata minnətdarlıq
etdik. Əsgərlər də bizim qarşımızdan keçdilər və bundan
sonra hökumət binasına daxil olduq. Bina çox gözəl idi.
Bu bizim əvvəl gördüyümüz bina idi, amma çox yaxşı
təmir olunmuşdu, xeyli gözəlləşmişdi. Şam etdik və
şamdan sonra da ev sahibi və vəzifə sahibləri gəldilər.
Atəşfəşanlıq başlamışdı. Bayıra çıxdıq. Bütün pilləkən-
lərin üstündə adamlar dayanmışdı. Onlar atəşfəşanlıq
edirdilər. Camaatın əksəriyyəti fransız, erməni və digər
qadınlardan ibarət idi. Kişilər ayaq üstə idilər.
Atəşfəşanlıq və qonaqpərvərlik gəldiyimiz gündən son
gecəyədək davam etdi. Buranın bütün evlərində Təbriz
xalçası və Təbriz kilimləri var idi. Hətta otaqların pər-
dələri də xalçadan idi.
Bu iki gündə gördüyümüz bütün kəndlərdə mal-qo-
yun sürülərinin otlaması üçün heç yerdə görmədiyimiz
çoxlu çəmənlik və otlaqlar var idi. Burada müxtəlif
növ qaramal, çoxlu yük eşşəyi, madyan, camış gördük.
İnəklər, camış balası, dəvə bir yerdə otlayırdı.
Buranın mötəbər generallarından biri bizi qarşıla-
mağa gələn Kemişov idi... Bizim gəlişimizdən sonra
hava tutuldu, qısa ildırım və göy gurultusundan sonra
gur yağış yağdı. Xeyli müddət idi ki, İrəvana yağış
yağmırdı, camaat bunu bizim ayağımızın sayalı olması
ilə əlaqələndirdi.
Ramazan ayının 13-ü, çərşənbə axşamı günü:
Bu gün Dilicana getməliyik. Yolun uzunluğu 14
fərsəngdir. Sübh namazına 1 saat qalmış yuxudan
oyandıq. Hacı Heydər saqqalını təraş eləyib gəldi... Biz
də əvvəlki qayda üzrə faytonlara oturduq və yola düş-
dük. Maşallah, Əziz sultanımızın da üzü və əhvalı əla
idi. Bu yol haqqında əvvəlki səfərimizdə müfəssəl yaz-
106
mışdım. Bu səfərdə yalnız təzə bir şey görəcəyimiz
halda yazacağam. Əvvəlki səfərimizdə gördüyüm İrə-
van çox bərbad vəziyyətdə idi, amma indi çox abadlaş-
mışdı. Çox yaraşıqlı evlər, çoxsaylı məscid və mədrə-
sələr tikilmişdi. Küçələrdən çox sürətlə keçib, İrəvan
şəhərinin yaxşı göründüyü bir yüksəkliyə çatdıq və
sonuncu dəfə Ağrı dağını görüb, oradan ötüb keçdik.
1
Nəsrəddin şah Avropadan geri qayıdarkən xüsusi
həkimi fransalı Fövriyyə də onunla olub. O, yol qeyd-
lərində İrəvan şəhərini belə xatırlayıb: "Biz səfərə çı-
xanlar öz fayton yoldaşlarımızla Ararat, Nuh və onun
gəmisindən danışdığımız zaman gözlərimizin qarşısın-
dan bu quru və hündür yerlər üçün qeyri-adi görünən
gözəl vahələr keçir. Bir hissəsi böyük meyvə ağacları
və barsız ağaclar arxasında qalan, aralarından yüz
minlərlə xüsusi parıltıya malik şəffaf arxlar axan evlər
görünür. Ola bilsin ki, bu, şair Pirdəvinin təsvir etdiyi
həmin yerdir: "Bu yerdəki körpə ağaclar birbaşa ali
əcdadımız Nuhun əkdiyi lətif qönçələrdəndir".
Həzrəti Nuh bu otun şirəsindən içdi və bununla da
həmin qiymətli ot əbədiyyət qazanıb bizim günlərə qə-
dər yaşadı. Gərək onun oğlu Samın səsinə minnətdar
olaq. Bu cür fikirlərlə İrəvan şəhərinə çatdıq və ovcu-
muzun içindəki şəhər sıx bağlar içərisində olduğundan
oraya daxil olanadək onu görə bilməmişdik.
Saat yeddiyə yaxın idi, Araratın zirvəsi bütün əzə-
məti ilə görünürdü. Günəşin son şüaları dağın başında
oynadığından və dağın aşağı hissəsinə kölgə düşdü-
yündən xüsusi mənzərə yaranmışdı. Göyçəgöl dərya-
çasının yanından yol aşağı enməyə başladı. Biz min
1
Bax: Nəsrəddin şahın Avropaya üçüncü səfəri ilə bağlı xatirələri.
İran Milli Arxivinin sənədləri (I cild), səh.108
107
metrlik yüksəklikdə olsaq da, 4200 metr yüksəkliyə
malik olan Ararat yenə bizi heyran etməkdəydi.
11 sentyabr - hicri qəməri 1307-ci ilin məhərrəm
ayının 15-i.
Şah Eçmiədzinin böyük xəlifəsi ilə görüşmək istə-
yirdi. Eçmiədzin Ermənistanın 17 kilometrliyindədir.
Biz saat on tamamda hərəkət etməyə başladıq. Çünki
şah günorta vaxtı erməni keşişi ilə görüşməli idi. Yerli
könüllü əsgərlərin hamısına hərbi mühafizə məqsədi
ilə əlahəzrətlə birgə hərəkət etmək tapşırığı verilmişdi.
Briqada generalı Bekolmışov bu qrupa rəhbərlik etməli
olan Gürcüstan çarının nəvəsini mənə təqdim etdi.
Bu hərbi qrup fəxri qarovul vəzifəsini yerinə
yetirməkdən başqa, həm də bizim təhlükəsizliyimizi
qoruyurdu. Çünki yollarda qaçaq və yolkəsənlər var
idi. Tatar və qeyri-millətlərdən olan bu adamlar çox
təhlükəli idilər. Yolkəsənlərdən birinin adı Kərəm idi.
O, bu yerlərdə çox məşhurdur və rus hərbçilərinə qarşı
mübarizə aparır.
Kərəm rus hərbçiləri ilə son döyüşlərin birində ya-
ralanmış və Maku hakimi Teymur ağanın yanına qaç-
mışdır. Ruslar onu ələ keçirmək üçün Teymur ağaya nə
qədər təkid etsələr də, Teymur ağa onu təhvil vermir.
Kərəm daha çox İrəvan hakimi ilə düşmənçik edir, tez-
tez ona məktub göndərərək özünü onun yadına salır,
vəziyyəti barədə məlumat verir və bildirir ki, yaxşıla-
şan kimi onun (yəni İrəvan hakiminin) hüzuruna gəlib,
başına bir güllə sıxacaq və intiqamını alacaq.
Səhər saat 10-da biz faytona mindik, Zəngi körpü-
sündən keçib, şəhərdən çıxdıq. Körpüyə gedən yolun
üstündə İrəvan sərdarlarının qəsri ucalır, onun qonşulu-
ğundakı məhəllə hündür və boz divarlarla əhatə
olunurdu.
108
...Getdiyimiz yolla saat 4 radələrində İrəvana qayıt-
dıq, hava qaralana qədər şəhərin görməli yerlərini gəzdik.
Əvvəlcə sərdarlar qəsrinin qarşısında dayandıq. Hər
yerdə müsəlman mədəniyyətinin izləri görünürdü və indi
dağılmış qəsr həmin mədəniyyətin ən gözəl nümunələrin-
dən biri idi. Minalı və açıq mavi rəngli kaşılarla bəzədil-
miş zal, geniş qapılar, müxtəlif rəngli şüşələri olan açılan
pəncərələr, divara, sütünlara, tavana vurulmuş kiçik
aynaların ətraflarında zərgərcəsinə işlənmiş ornamentlər,
gül və buta şəkilləri bu gün İrəvanda sərdarlar qəsrinin
abadlıq dövrünün şahidi hesab oluna bilər.
Onun indiki mənzərəsi də diqqətdən kənar qala
bilməz. Tağlı şəkildə tikilmiş köhnə körpü ilə Zəngi
çayı ayağımızın altından axır. Bir qədər uzaqda şəhər
bağları, ondan o tərəfdə isə geniş çöllər görünür. Ara-
ratın zirvəsi də üfüqdən aydın nəzərə çarpır. Şəhərin
qədim tikilisi məsciddir, adı çəkilən qəsr kimi onlar da
xarabazarlığa çevrilib. Yalnız onun günbəzi nisbətən
salamat qalmışdır. Məscidin daxili və xarici parlaq
rəngli kaşılardandır. Həmin kaşılardan bəziləri qopub
və onların sınıqları hər tərəfə səpələnib.
Şəhərdə daha yaxşı qalmış başqa bir məscid də
gördük, müsəlmanlar orada namaz qılır. Onun inşaat
üslubu da əvvəlki məscidin inşaat üslubuna oxşayır.
Əvvəlki qayda üzrə burada da rəngbərəng kaşılardan
istifadə olunub. Lakin bu məsciddə tünd mavi rəng
digər rənglərdən çoxdur. Onların üzərində qızılı rənglə
Quran ayələri yazılıb.
İrəvan bazarı Tiflis bazarına oxşayır. Yəqin ki, qa-
baqda görəcəyimiz digər bazarlar da belə olacaq. Ti-
kintilərin quruluşu və satış qaydaları gördüklərimizdən
çox da fərqlənməyəcək.
Hava qaranlaşdığından gəzintini dayandırıb, bir o
qədər də çox adam olmayan meydan yolundan şəhərin
Dostları ilə paylaş: |