53
ə
məkdaşları ətraf mühit üzrə (ildə dörd dəfə) və sosial missiyalarda (ildə iki dəfə)
iştirak etmişdi. BMK həmçinin kreditorlar qrupu adından fəaliyyət göstərən
layihələndirmə üzrə müşavirlərlə BP şirkətinə regiondakı fəaliyyəti ilə bağlı məsləhət
göstərən Xəzər nkişaf Müşavirə Şurası ilə müntəzəm olaraq əlaqə saxlayır. Birinci
istiqamət üzrə müzakirə edildiyi kimi Neft Fondu, büdcə sistemləri, OMXP və D P
diqqət mərkəzində olmaqla, B A Azərbaycanda gəlirlərin izlənilməsi və istifadə
edilməsi sahəsində şəffaflığın təmin edilməsi üçün lazımi qurumların yaradılmasında
mühüm rol oynayıb. Həmin institusional islahatlar beynəlxalq neft şirkətləri və
banklar, layihə üçün daha uzun müddətli və iri maliyyənin ayrılmasına şərait yaradan
idarəetmə çərçivəsinin yaradılmasında xüsusi rol oynayıb.
2004-cü ilin fevral ayında AY B 3,6 milyard ABŞ dolları həcmində olan BTC
boru-xəttinin inşasına 125 milyon ABŞ dolları məbləğində maliyyə yardımı etmişdir.
BTC Xəzər neftinin Avropa bazarlarına ixracı sahəsində nəzərdə tutulan ən böyük
boru-xəttidir. Bu boru-xətti Xəzər dənizinə çıxaraq Gürcüstan üzərindən Türkiyənin
Aralıq dənizi sahilinə qədər 1760 km. uzunluğunda olacaqdır. 2005-ci ilin əvvəlində
başa çatdırılması nəzərdə tutulan bu boru-xətti gündəlik 1 milyon barel xam neft
ötürmək gücünə sahibdir. Qafqaz regionu üzərindən keçən bu yeni enerji dəhlizi BP-
nin başçılığı altında 11 ölkə və beynəlxalq neft şirkətlərinin birgə konsorsiumu ilə
fəaliyyət göstərməkdədir.
AY B həmçinin Şahdəniz layihəsinin uğurla başa çatması məqsədilə
hökumətimizə 300 milyon dollar məbləğində yardım göstərməkdədir.
AY B bu sahədə Azərbaycan beynəlxalq neft konsorsiumunun 5 üzvünə 100
milyon ABŞ dolları məbləğində və Qarasu nkişaf şirkəti/Kür Vadisi Holding
ş
irkətilə əlaqədə olan Mişovdağ-Kələmətdin PSA üçün 45 milyon ABŞ dolları
həcmində maliyyə dəstəyi etmişdir. Bank həmçinin ACG-nin inkişafı və Bakı-Tbilisi-
Ceyhan neft-boru kəmərinin inşası sahəsində də maliyyə dəstəyi etmişdir. 2004-cü
ildə bank qaz sektorunda 2 layihənin maliyyələşdirilməsini öz üzərinə götürmüşdür:
Ş
ahdəniz qazının qazın sıxlaşdırılması sahəsində və qazın Türk bazarına ixracı üçün
Cənubi Qafqaz boru xəttinin inşası.
54
1995-ci ilin avqust ayının 22 - də Azərbaycanın iqtisadi islahat proqramını və
iqtisadi islahatları dəstəkləmək üçün reabilitasiya layihəsi üzrə 65 mln. ABŞ dolları
məbləğində kredit - “Reabilitasiya Krediti” ayırmaq üçün qərar verilmişdir.
Reabilitasiya Kreditinin məqsədi Azərbaycanda struktur islahatları və
Hökumətin makroiqtisadi islahatını inkişaf etdirmə fikirlərini dəstəkləməkdir.
Struktur islahatları özəlləşdirmə, tam şəkildə idarəçilik və müəssisələrin təzədən
formalaşması, özəl sektorun inkişafı, rəqabətin artırıcı və antimonopolist siyasətləri
və bank sektorunun islahatlarını əhətə edir. Bəhs edilən yerlərdəki dəyişiklikləri
sosial təhlükəsizlik sistemindəki inkişaflar tamamlayacaqdır.
Hökumətin özəlləşdirmə proqramı bütün orta və kiçik həcmli və böyük
müəssisələrin çoxunun özəlləşdirilməsini lazım bilir. Azərbaycan Hökuməti Dünya
Bankı ilə sıx bir əlaqə içində olarkən, 1995-1998 illər üçün dövlət özəlləşdirmə
proqramını qəbul etmişdir və proqram çərçivəsində işlər başa çatmışdır. Təsərrüfat
sahəsindəki dövlət müəssisələrinin təqribən üçdə ikisi özəlləşdirmənin birinci
hissəsində özəlləşdirilmişdir. Amma özəlləşdirilmiş müəssisələrin verimliliyini və
inkişafını artırmaq üçün dövlət tərəfindən onlara kredit, alınan verginin azaldılması
və ya ixracat subvasyonları şəklində heç bir köməklik edilməməsi ən böyük
səhvlərdən biridir. Bu da özəlləşdirmənin əsas məqsədi olan iqtisadiyyatı
canlandırmanı, istehsalın artırılması və işsizliyin azaldılmasına yönəldilən
məqsədlərin həyata keçirilə bilməməsinə səbəb olmaqdadır.
Özəlləşdirməyə əlavə olaraq hökumət dövlət müəssisələrində kökdən
dəyişikliklər etmək üçün geniş bir sahəni əhatə edən proqramlar həyata
keçirməkdədir. Bu proqram çərçivəsində aşağıdakı işlər görülməkdədir:
- Dövlət Banklarının kreditvermə qabiliyyətini artırma və zərərlə işləyən dövlət
müəssisələrinin bu banklardan kredit almalarına son qoymaq;
- flas qaydalarını həyata keçirtmək və müəssisə borclarını ödəmə qayda-
qanununun yenidən hazırlanmasını sürətləndirmək;
- Müəssisələrin birlikdə idarə olunmasını inkişaf etdirmək;
55
Özəl sektorun inkişafı hökumətin iqtisadi dəyişikliklər strategiyasının ayrılmaz
bir hissəsidir. Azərbaycanda yeni bank sisteminin qurulması üçün qərar 1992-ci ildə
hazırlanmışdır. Daha sonra isə bəzi çoxsaylı tələbata görə özəl bankaların sayları
sürətlə artmağa başladı. Hal - hazırda Azərbaycanda 50-ə yaxın bank var. Azərbaycan
hökuməti 1999-cu ildən Mərkəzi Bankdan başqa qalan bütün bankları özəlləşdirməyi
planlaşdırır.
Bazarların rəqabətə açıq olması müəssisələrin islahatı və özəl sektorların inkişafı
üçün əsas amillərdən biridir. Hökumətin bu sahədə fəaliyyətləri 2 hissəni əhatə edir:
1. Rəqabətin inkişaf etdirilməsi. Dövlət tədarük müəssisələri özəlləşdirilmiş,
kənd təsərrüfatında islahatları sürətləndirdikcə bu sektorun müəssisələri arasında
rəqabət mühitinin təşkil edilməsi sahəsində işlər görüləcəkdir.
2. nhisarçılığın inkişafının qarşısının alınması. Antimonopoliya qanunlarının
fəaliyyət məkanı qazanması üçün bəzi tədbirlər görüləcəkdir. Reabilitasiya Krediti
iqtisadiyyatın ehtiyacı olduğu idxalatı maliyyələşdirilməsinə kömək məqsədi ilə
xarici valyuta şəklində verilmişdir. Bu kredit standart 35 illikdir və heç bir faizi
yoxdur. Kredit 1996-ilin dekabr ayına kimi tamami ilə xərclənmişdir.
Kənd Təsərrüfatı Müəssisələrinin Özəlləşdirilməsi Layihəsi. Dünya Bankı
tərəfindən Azərbaycana verilən bir digər kredit isə Kənd Təsərrüfatı müəssisələrinin
özəlləşdirilməsi layihəsinə görə ayrılan 14,7 mln. ABŞ dolları məbləğində kreditdir.
Layihəyə görə hərəkət edən qurum Azərbaycan Kənd Təsərrüfatı Nazirliyidir.
Kreditin geri qaytarılma vaxtı 10 illik, endirim dövrü ilə birlikdə 35 ildir. Kreditə
görə hesablanan faiz nisbəti isə 0.75 faizdir.
Dostları ilə paylaş: |