56
Cədvəl 2.2.2
Kənd təsərrüfatı müəssisələrinin özəlləşdirilməsi layihəsinin
maliyyə planı:
1
Maliyyələşdirən qurum
Xərclərin miqdarı
Xərclərin miqdarı (%-lə)
Beynəlxalq
nkişaf
Assosiasiyası
14.700.000
51%
Beynəlxalq
Yenidənqurma və nkişaf
Bankı
9.300.000
32%
Azərbaycan Dövləti
2.170.000
8%
Müəssisələr və Fermer
Təssərrüfatları
2.650.000
9%
Cəmi
28.820.000
100%
Cədvəldən də göründüyü kimi Kənd təsərrüfatı müəssisələrinin özəlləşdirilməsi
layihəsi cəmi 28.820.000 ABŞ dollarıdır.
Azərbaycanın kənd təsərrüfatı sektorunda aparılan islahatlar və struktur
dəyişiklikləri ölkə əhalisinin təqribən 40%-ni təşkil edən ucqar bölgələrin yaşayış
səviyyəsinin yüksəlməsində önəmli rol oynayır. Ümumi daxili məhsulun 26%-dən
30%-nə qədərini təşkil edən kənd təsərrüfatı sektorunda ölkə əhalisinin 36%-i işləyir.
Kənd təsərrüfatı məhsulları toplam ixracatın 30%-ni təşkil edir ki, bu da əsasən
pambıq və meyvə istehsalı sənayesidir. Hal-hazırdakı vəziyyətdə və yaxın gələcəkdə
ixrac ediləcək neft məhsullarından gözlənilən valyuta gəlirlərinin artımını diqqətə
almadan kənd təsərrüfatının məhsuldarlığını artırmaq lazımdır.
Kənd təsərrüfatı sektorunun hal-hazırdakı başlıca problemlərini bu cür qısa
şə
kildə açıqlamaq olar:
1
Dünya Bankının internet saytı-www.worldbank.org
57
a) Dövlətin kənd təsərrüfatı sektoruna olan qayğısı diqqətə çarpacaq dərəcədə
azalmışdır. Son illərdə hökumətin kənd təsərrüfatı sektorunun idarə edilməsindəki,
onun bütün lazımi avadanlıqlarla təchiz edilməsindəki və kənd təsərrüfatı
məhsullarının tədarük və satışındakı əsas rolu da önəmli səviyyədə azalmışdır.
Bunların təsiri nəticəsində son 4 ildə kənd təsərrüfatı məhsulları, tədarükü və satışı
işlərində bəzi çətinliklər yaranmışdır ki, bu da nəticə etibariylə kənd təsərrüfatı
məhsullarının istehsalının azalmasına səbəb olmuşdur.
b) Torpaq islahatlarının həyata keçirilməsindəki zəif inkişaf əsas problemlərdən
biridir. Bu hal isə bəzi torpaqların səmərəli istifadə olunmaması ilə, bəzi hallarda isə
tamamilə istifadə olunmaması ilə nəticələnir. Başqa bir problem isə kənd təsərrüfatı
müəssisələrinin tam özəlləşdirilməməsidir. Bu müəssisələr tez bir vaxtda
özəlləşdirilərsə ən azından dövlət əlavə xərclərdən azad olmuş olar.
c) Ölkədə otlaq şəraitinin olması da əsas problemlərdən biridir. Döyüş
zonalarındakı kənd təsərrüfatı istehsalına yarayan torpaqlar boş qalmaqdadır.
Bəhs olunan layihədə başlıca məqsəd bütün ölkə daxilində yayıla biləcək ölçüdə
kənd təsərrüfatı müəssisələrinin özəlləşdirilməsinə şərait yaratmaq, hazırlanan
metoda uyğun olaraq götürülmüş savxoz və kolxozların təzədən qurulması
proqramını həyata keçirmə vaxtının sürətləndirməsidir. Bu layihə Bərdə, Salyan,
Lənkəran, Xaçmaz və Naxçıvan Muxtar Respublikasındakı Şərur rayonlarında
nümunə olaraq götürülmüş sovxoz və kolxozlarda həyata keçiriləcəkdir.
Su, nəqliyyat və enerji sahələrində həyata keçirilən reabilitasiya layihələri
aşağıdakılardır:
• “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri I və II”;
• “Magistral avtomobil yolu II və III”;
• “Elektrik enerjisinin ötürücü sisteminin bərpası layihəsi”.
“Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri I” layihəsi aşağıdakı qurumlar
tərəfindən icra olunur:“Azərsu” ASC;Dövlət Şəhərsalma və Arxitektura Komitəsi.
Layihənin ümumi dəyəri 310 mln. ABŞ dolları təşkil edir ki, bunun 206 mln.
ABŞ dolları kreditin payına düşür. Layihənin icrasına Dövlət Şəhərsalma və
58
Arxitektura Komitəsi tərəfindən 2007-ci ildə, “Azərsu” ASC tərəfindən isə 2008-ci
ildə başlanılmışdır.
“Magistral Yol II” və “Magistral Yol III” layihələri üçün 675 mln. və 241.6 mln.
ABŞ dolları həcmində vəsaitlər ayrılıb. Hər iki layihə Nəqliyyat Nazirliyinin
nəzdində fəaliyyət göstərən “Azəryolservis” ASC tərəfindən icra olunur. Layihələrin
məqsədi ölkələr arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsindən, regionlarda
infrastrukturun bərpası yolu ilə sosial-iqtisadi inkişafa və turizmin dəstəklənməsinə
nail olmaqdan ibarətdir. “Magistral Yol II” layihəsinin icrasına 2006-ci ildə
başlanılmışdır və 2014-cü ildə layihənin başa çatdırılması planlaşdırılır. “Magistral
Yol III” layihəsinin icra müddəti 2010-2015-ci illəri əhatə edir.
“Elektrik enerjisinin ötürücü sisteminin bərpası” layihəsinin icrasına 2008-ci ildə
başlanılıb. Sözügedən layihə üçün Dünya Bankı 48 mln. ABŞ dolları məbləğində
kredit vəsaiti ayırıb. Layihənin məqsədləri:
• Yüksək gərginlikli elektrik veriliş xətləri şəbəkəsinin idarə olunmasının və
istismarının təkmilləşdirilməsi;
• Beynəlxalq standartlara cavab verən SCADA sisteminin yaradılması və
ötürücü sektorun reabilitasiyası yolu ilə elektrik enerjisi ilə təchizatın etibarlığının,
keyfiyyətinin artırılması və iqtisadi səmərəliliyin əldə olunması.
Bununla belə iqtisadi tərəqqiyə nail olmaq və istehsalı inkişaf etdirmək
məqsədilə respublikaya xarici sərmayələrin cəlb olunması üçün silsilə tədbirlər
həyata keçirildi. Xarici kapitalı cəlb etmək məqsədilə "açıq qapı" siyasəti yeridilməyə
başlandı. Xarici investorlara və kreditorlara təminat verən, onları müdafiə edən
qanunlar qəbul edildi. Fiziki və ya hüquqi şəxslər respublikada qanunların
dəyişdrilməsindən asılı olmayaraq, on il müddətində investisiyanı qoyduğu şərtlərlə
işlətmək hüququ əldə etdi. Xarici səhmdarların gəlirlərinin repatriasiya olunması
haqqında da qanun qəbul olundu. Dünya Bankı, Beynəlxalq nkişaf Assosiyası,
Avropa Yenidənqurma və nkişaf Bankı ilə əməkdaşlıq qurulub uğurla inkişaf
etməkdədir.