22
verir. nvestisiyaların kreditləşdirilməsi məsələsinə BY B-in yanaşması layihə tsikli
adlanan xüsusi prosedurda təzahür edir. Bu tsikl beş mərhələdən ibarətdir: layihənin
seçilməsi, hazırlanması və qiymətləndirilməsi; danışıqlar aparılması; layihənin icraçı
direktorlar şurasına təqdim edilməsi; layihənin həyata keçirilməsi və onun gedişinə
cari nəzarət; layihənin reallaşdırılmasının nəticələrinin qiymətləndirilməsi.
1
Kreditin təqdim edilməsi şərtləri bank ilə borcalan ölkə arasında sazişə əsasən
müəyyən edilir. Kreditlərin əksəriyyəti, bir qayda olaraq 15-20 il müddətinə verilir.
Bu müddətin 3-5 ili güzəştli dövrdür. Həmin müddətdə borc alan yalnız borcun cari
məbləği üzrə faizlər ödəyir, əsas borcun məbləğini isə bu dövrdə ödəmək tələb
olunmur. Borcun ödənilməsinin standart şərtləri ölkələrin kateqoriyalarına, o
cümlədən borcalan ölkənin tədiyyə qabiliyyətinə və onun əhalisinin adambaşı
gəlirlərinə əsaslanır. BY B tərəfindən təqdim edilən bütün borclar üzrə borcun
verilməsi barədə saziş imzalanandan 60 gün sonra xərclənməmiş qalığın 0,75%-i
həcmində öhdəlik haqqı tutulmağa başlanır. Borc məbləğinin xərclənmiş və
ödənilməmiş məbləği üzrə faiz dərəcəsi bankın borc vermək məqsədi ilə cəlb etdiyi
borc vəsaitlərinin dəyərinə əsaslanır. BY B borcların iki formasını təklif edir: valyuta
pulu (pul-birlik mənasında işlədilir) əsasında borc və çoxvalyutalı borc; bu formalar
borcun verildiyi valyutanın növü ilə və bazis faiz dərəcəsi ilə bir-birindən fərqlənir.
BY B-in maliyyə resursları aşağıdakı mənbələr hesabına yaranır: BY B üzvləri
tərəfindən ödənilmiş kapital; beynəlxalq kapital bazarlarından alınmış borclar;
borclar və investisiyalar hesabına əldə edilmiş mənfəət.
Bank pul vəsaitlərinin əsas hissəsini dünya maliyyə bazarlarında səfərbər edir.
BY B bütün ölkələrin pensiya fondlarına, sığorta şirkətlərinə, korporasiyalarına,
başqa banklarına və fiziki şəxslərə istiqrazlar və qiymətli kağızlar şəklində başqa borc
öhdəlikləri satır. BY B-in nizamnamə kapitalı üzv ölkələrin onun səhmlərinə abunə
yazılması yolu ilə yaranır. Əvvəlcə nizamnamə kapitalının məbləği 10 milyard
dollardan çox deyildi, 1993-cü ilin ortalarında isə bankın abunə kapitalı artıq 165
milyard dollara bərabər idi. BY B-in düşünülmüş maliyyə siyasəti onun özəl kapital
1
M.Məmmədov, E. badov, “Beynəlxalq qtisadi Təşkilatlar” Bakı 2008, səh. 28-29
23
ilə inkişaf etməkdə olan ölkələrin hökumətləri arasında vasitəçi kimi fəaliyyətinin
səmərəliliyini artırır. BY B tərəfindən buraxılan qiymətli kağızlar bütün dünyada ən
etibarlı qiymətli kağızlardan biridir. Bunun nəticəsində bank kapital bazarlarında ən
yüksək reytinq olan AAA reytinqinə malikdir. Onun ən sərfəli şərtlərlə borc almaq və
qənaət edilmiş vəsaitləri inkişaf etməkdə olan ölkələrə vermək imkanına malikdir,
halbuki bu ölkələrin çoxu başqa yollarla özəl investisiyalardan istifadə edə biləməzdi.
BY B-in təşkilati strukturu bankın ali orqanı olan Müdirlər Şurasından və icra
orqanı olan Direktorlar Şurasından ibarətdir. Müdirlər Şurasında bankın iştirakçısı
olan ölkələrin hər birinin öz nümayəndəsi var. Adətən bu nümayəndə nazir
səviyyəsində yüksək vəzifəli şəxs olur. Müdirlər şurasının tapşırığına əsasən onun
funksiyaları Vaşinqtonda yerləşən icraçı direktorlar şurası tərəfindən həyata keçirilir.
craçı diretorlar şurası bankın fəaliyyətini tənzimləyən qaydalar barəsində qərarlar
qəbul edilməsinə və təqdim edilən bütün borcların bəyənilməsinə görə məsuliyyət
daşıyır. Yeni üzvlərin qəbul edilməsi, bankın səhmdar kapitalının məbləğinin
artırılması və ya azaldılması, eləcə də ölkənin bankda üzvlüyünün müvəqqəti
dayandırılması hüquqları müdirlər şurasının səlahiyyətlərinə daxildir. Müdirlər
ş
urasının və direktorluğun qərarları səs çoxluğu ilə qəbul edilir. Bankda «çəkili»
səslər prinsipi qüvvədədir: iştirakçı ölkələrin hər birinin 250 səsi və hər bir səhmə
görə 1 əlavə səsi var. Üzv ölkənin BY B-də kvotası həmin ölkənin BVF-də malik
olduğu kvotaya müvafiqdir. Səslər üzvlərə məxsus səhmlərin sayına mütənasib olaraq
bölünmüşdür.
BVF-in və Dünya Bankının müdirlər şuraları ildə bir dəfə birgə müşavirə keçirir.
l ərzində ayrı-ayrı hökumətlərin mövqelərini icraçı direktorlar şurasının üzvləri
təmsil edir. 1991-ci ilin iyul ayında Sovet ttifaqı BVF-ə və Dünya Bankı qrupunun
dörd təşkilatına - Dünya Bankına, Beynəlxalq Maliyyə Korporasiyasına (BMK),
Beynəlxalq nkişaf Assosiasiyasına (B A) və nvestisiya Zəmanətləri üzrə Çoxtərəfli
Agentliyə ( ZÇA) üzv olmaq üçün sifariş vermişdir.
1944-cü ildə yaranmış və hal-hazırda 188 üzvü var. Ümumi kreditləşmə həcmi
2005-ci ildən başlayaraq 433 mlrd ABŞ dolları həcmindədir. BY B-in məqsədi orta