13
təmin edilir və bunun da kredit xətlərilə oxşarlıqları var. BVF-in iri miqyaslı kredit
verməsi üçün bu kredit xətlərinin istifadəsi iqtisadi sabitliyə və BVF-lə üzv ölkələr
arasında razılaşdırılmış struktur reformu məqsədlərə nail olunmasından sonra şərti
xarakter daşıyır. Başqa üzvlərdən xarici valyutaların əldə olunması üçün istifadə
oluna bilən Xüsusi Hesablaşmalar Hüququnu (XHH) üzv ölkələrə verməklə BVF
həmçinin beynəlxalq ehtiyat aktivləri də yarada bilər. Baxmayaraq ki, bazara
ə
saslamış faiz dərəcəsi tutulur XHH-nun istifadəsi şərtsizdir . BVF-nin əsas maliyyə
strukturu Sxem 1-də göstərilib
Sxem 1.1.1
BVF-nin maliyyə strukturu
1
BVF borclu ölkələr üçün mütləq xarakter daşıyan tövsiyyələrində ciddi monetar
siyasəti rəhbər tutur. Onun adi tələblərinə aşağıdakı kriteriyalar daxildir:
- Borclunun makroiqtisadi siyasəti borcun əsas hissəsinin və faizin
ödənilməsinin başlıca amili olan tədiyə balansının aktiv saldosunun təmin edilməsinə
yönəldilməlidir;
-
Dövlət
xərclərinin
məhdudlaşdırılması
hesabına
daxili
təlabat
sabitləşdirilməlidir;
1
Doç. Dr Abuzer Pinar və Dr. Bahar Erdal “Para Banka Mali Kuruluşlar ve Uluslararası Mali Sistem, Ankara 2008,
səh. 211
Xüsusi Hesablaşmalar Hüququ
Departamenti
Xüsusi Hesablaşmalar
Hüququ Məbləğləri
Xüsusi Hesablaşmalar Hüququ
Təyinatları
Ümumi departament
Ümumi resursların
hesabı
Ümumi xərclər hesabı
Sərmayə Hesabı
14
- Borclar istehsal sahəsinin maliyyələşdirilməsinə istifadə olunmalıdır: borcun
ə
sas hissəsi və faizlər istehsal sahəsində əldə edilən mənfəət hesabına ödənilməlidir;
- nflasiyanın qarşının alınması və izafi dövlət xərclərinin ixtisar olunması
hesa-bına dövlət büdcəsinin kəsirsizliyinin təmin olunması;
- nvestisiya qoyuluşu və sahibkarlığın inkişafına imkan verən və dövlət
xərclərini tam ödəyən vergilərin yığılmasını təmin edən səmərəli vergi siyasətinin
həyata keçirilməsi;
- Pul dövriyyəsinin sabitləşdirilməsi: bu devalvasiyanın, ayrı-ayrı hallarda isə
pul islahatının keçirilməsini nəzərdə tutur;
- Xalq təsərrüfatının rəqabət qabiliyyətliyinin yüksəldilməsi vasitəsi kimi bazar
mexanizmindən istifadənin maksimum dərəcədə təmin olunması, qiymətlər və əmək
haqqı üzərində nəzarətin ləğv olunması, daxili bazara azad daxil olmanın və xarici
ə
mtəələr tərəfindən rəqabətin təmin olunması.
- Uzunmuddətli inkişafın əsası kimi iqtisadiyyatın strukturunun yenidən
qurulmasının həyata keçirilməsi. Bu sahədə tədbirlər sisteminə sənaye
müəsssisələrinin
qeyri-dövlətləşdirilməsi
və
onların
büdcə
hesabına
maliyyələşdirilməsindən kreditləşmə yolu ilə maliyyələşdirilməsinə keçirilməsi, ixcac
ə
mtəələrinin səmərəliliyini yüksəldən vergi güzəştləri və devalvasiya hesabına ixrac
sahələrinin inkişaf etdirilməsi, vergi ödəmələrinin səviyyəsinin aşağı salınması və
mənfəətin ölkədən çıxarılmasına təminat vermək yolu ilə birbaşa xarici
investisyaların ölkəyə axınına köməklik göstərilməsi daxildir.
- Siyasi hakimiyyətin sabitliyinin təmin olunması. Belə ki, hakimiyyətin dəyiş-
məsi borcları da daxil etməklə , xarici öhdəliklərin yerinə yetirilməsi məsələsində
varisliyə təsir edə bilər.
15
1. 2.Dünya bankı və onun institutları: yaranma tarixi və
ə
sas fəaliyyət istiqamətləri.
Dünya Bankı Birləşmiş Millətlər Təşkilatının pul-kredit və maliyyə konfransı
olan Bretton Vuds razılaşması nəticəsində yaradılıb. Bu razılaşma 1944-cü ilin iyul
ayında baş tutmuşdur və bununla da Dünya Bankı yaradılmışdır. Bankın
yaradılmasında məqsəd II Dünya Müharibəsində zərər çəkmiş Avropa ölkələrinə
yardım göstərmək olmuşdur. ki il sonra bank özünün ilk kreditini 250 mln doll.
olmaqla Fransaya müharibə sonrası yenidənqurma işləri üçün ayırmışdır. Bu
təşkilatın rəsmi adı: Beynəlxalq Yenidənqurma və nkişaf Bankı idi. Bank öz işinə
başlayarkən cəmi 38 üzvü var idi. Lakin, 50-60-cı illərdə dünyada yeni dövlətlərin
sayının artması ilə , onun üzvlərinin sayı əhəmiyyətli dərəcədə artdı. Məlum olduğu
kimi, 1929-1933-cü illərdə baş verən dünya iqtisadi böhranı , dünya valyuta
sisteminin stabilliyini məhv etdi. Buna görə də dünyada yeni valyuta sisteminin
yaranmasına ehtiyac var idi. Bu ehtiyacı qarşılamaq üçün 1944-cü ildə Amerika
Birləşmiş Ştatlarında Bretton Vuds (Bretton Woods) konfransı keçirildi.Bu
konfransda qəbul edilmiş qərarlar, dövlətlər arasında valyuta-maliyyə və kredit
münasibətlərinin və ticarət təşkilatının qaydalarını müəyyən etdi.
Dünya bankı adi banklardan seçilir. Sizin bu bankda hesabınız ola bilməz.
Bu bankın müştəriləri yalnız dövlətlərdir. Dünya Bankı, Birləşmiş Millətlər
Təşkilatının ixtisaslaşmış orqanlarından biridir. Onun 185 üzvü var. Bu bankın əsas
məqsədi, iqtisadi keçid dövrü yaşayan nkişaf Etməkdə Olan Ölkələrə və yoxsul
ölkələrə kreditlər vasitəsilə yardım etmək və yoxsulluğun səviyyəsini azaltmaq,
həmçinin üzv – dövlətlərin inkişafını təmin etməkdir.
Sosial ədalət prinsipləri üzərində qurulmuş stabil , dayanıqlı inkişaf
prosesində hər bir inkişaf etməkdə olan dövlətə yardım etmək məqsədilə Dünya
Bankı öz maliyyə resurslarından , yüksək ixtisaslı personalından və geniş bilik
bazasından istifadə edir. Burada əsas diqqət əhalinin yoxsul təbəqələrinə və yoxsul
ölkələrə yardım göstərməkdir. 2010-cu maliyyə təqvimində qurum tərəfindən 30
mlrd. dollardan çox kredit vəsaiti bankın beynəlxalq miqyasda müştəri ölkələrinə