24
gəlirli, eləcə də aşağı ödəmə qabiliyyətli ölkələrdə kreditlər, təminatlar və analitik və
konsultasiya xidmətləri göstərmək hesabına davamlı inkişafa nail olmaq yolu ilə
yoxsulluğun azaldılmasıdır. Uzun illər boyu əldə edilmiş gəlir hesabına BY B inkişaf
sahəsindəki fəaliyyətini maliyyələşdirir, eləcə də ona kapital bazarında ucuz vəsaitlər
cəlb etməyə bu vəsaitləri daha əlverişli şərtlərlə borcalanlara təqdim etməyə imkan
verən maliyyə sabitliyini təmin edir.
1995-ci il Nizamnamə dəyişikliklərindən sonra, BY B – in işinin 4 başlıca
istiqaməti müəyyənləşdirildi:
- nkişaf etməkdə olan ölkələrin tələbatlarını ödəmək məqsədilə,ehtiyatların
cəlb edilməsi üçün yeni sazişin imzalanmasına çalışmaq;
- Göstərilən siyasəti dəyişməz şəkildə davam etdirmək üçün, bankın inkişafına
vahid yanaşma;
- Dünya Bankı tərəfdaşlarının dairəsini qlobal və regional səviyyələrdə
genişləndirmək və möhkəmləndirmək;
- Bankın fəaliyyəti təkmilləşdirmək;
BY B-in maliyyə vasitələri üzvlük haqqları, investisiyalar və dünya kapital
bazarı (fond əməliyyatlarının 90%) hesabına yaradılır. Yarandığı dövrdən indiyədək
BY B –in Afrika, Asiya, Avropa və Latın Amerikasında regional missiyaları
fəaliyyət göstərir. Bankın 70 regional və ölkə büroları və nümayəndəlikləri
mövcuddur. Hər bir ölkənin payı, həmin ölkənin iqtisadiyyatının, dünya
iqtisadiyyatına nisbəti ilə müəyyənləşir. Sənayecə nkişaf Etmiş ölkələrin payına
(Böyük Yeddilik –Group 7) 45% düşür. Bu onların beynəlxalq iqtisadi əlaqələrdə
tutduğu əhəmiyyətli yerlə izah olunur. Amerika Birləşmiş Ştatlarının payı 17 %
təşkil edir.
BY B – in Ali orqanı crayə Şurasıdır, craedici orqan isə Direktorlar şurasıdır
(Board of Executive directors). carəyə Şurasına, üzv dövlətlərin Maliyyə
Nazirlikləri və ya Mərkəzi Bankların rəhbərləri daxildirlər. Rəhbərlər ildə bir dəfə
görüşürlər. Direktorlar Şurası, Bankın siyasəti haqqında qərar qəbul edir və maliyyə
vəsaitlərinin ayrılmasını təsdiqləyir. Əsas operativ şöbə 1974- cü ildə təsis olunmuş
25
nkişaf Komitəsidir. Bankın struktur elementlərindən biri də, fəaliyyətin
qiymətləndirilməsi üzrə Departamentdir (Operations Evaluation department). Onun
ə
sas vəzifəsi bank tərəfindən maliyyələşdirilən layihələrin monitorinqi və nəticələr
haqqında Direktorlar Şurasına hesabat verməkdir.
BY B - in fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: ortamüddətli və
uzunmüddətli kreditlər vasitəsilə layihələrin maliyyələşdirilməsi; nvestisiya
layihələrinin hazırlanması, texniki və maliyyə -iqtisadi cəhətdən əsaslandırılması;
nkişaf edən post-sosialist ölkələrində struktur yenidənqurma proqramlarının
maliyyələşdirilməsi.
Əksər humanitar və texniki yardımdan savayı Bank qrantlar ayırmır. Bank
tərəfindən ayrılan bütün maliyyə vəsaitləri geri qayıtmaq xarakteri daşıyır.( yəni
gələcəkdə geri qaytarılmalıdır ) nkişaf etməkdə olan ölkələr Bankdan ona görə
vəsait götürürlər ki , bu onların inkişafı üçün vacibdir.
Bankın əsas əməkdaşları, üzv dövlətlər hesab edilir. Bankın Nizamnaməsinə
uyğun olaraq maliyyə vəsaiti yalnız üzv dövlətlərə verilir. Məhz hökumətlər
Bankın əsas məlumatlarını əldə edir və bütün layihələr milli qanunvericiliyə
uyğun olaraq dövlətin yurisdiksiyası altında həyata keçirilir. Bank, dövlət orqanları
ilə qeyri-hökumət təşkilatlarının (QHT) əlaqələrini dəstəkləyir. Bankın əsas
prioritetlərindən biri, özəl sektorun stimullaşdırılmasıdır. BY B-in Nizamnaməsi
özəl sektora birbaşa vəsait ayrılmasına imkan vermir, bu işlə Beynəlxalq Maliyyə
Korporasiyası məşğul olur.
Beynə lxalq nkiş af Assosiasiyası - beynəlxalq maliyyə-kredit təşkilatı, BMT-
nin ixtisaslaşmış müəssisəsi, Beynəlxalq Yenidənqurma və nkişaf Bankının (BY B)
filialıdır. 1960-cı ildə yaradılmışdır , hazırda 162 üzvü var. Bu təşkilata üzv olmaq
üçün ölkə ilk növbədə BY B-ə üzv olmalıdır. B A-nın rəsmi məqsədi onun üzvü olan
nkişaf Etməkdə Olan Ölkələrə BY B-in adi borcları ilə müqayisədə daha yüngül
şə
rtlər daxilində kreditlər verilməsi yolu ilə həmin ölkələrdə iqtisadi tərəqqiyə və
həyat səviyyəsinin yüksəldilməsinə kömək etməkdir. Kreditlər, bir qayda olaraq,
ödənişə 10 ildən sonra başlamaq şərti ilə 50 il müddətinə verilir. Sonrakı 10 ildə hər il
26
kreditin 1%-i və qalan 30 ildə hər il kreditin 3%-i ödənilir. Kreditin müqabilində hər
il borc məbləğinin 0,75%-i ödənilir. Hər nəfərə görə illik gəlirin məbləği müəyyən
edilmiş həddən az olan ən yoxsul ölkələr faizsiz kreditlər alır. Kreditlər milli valyuta
ilə verilir. Assosiasiyanın maliyələşdirdiyi hər bir layihə siyasi-iqtisadi ekspertizaya
məruz qalır. Kredit almağın zəruri şərtləri bunlardır: borc alan ölkə üçün BY B
kreditlərinin əlyetərli olmaması, kredit vermə layihələrinin olması, kreditor ölkələrlə,
məsələn, onlardan alınmış borcların ödənilməməsi və ya mülkiyyətin qəsb
edilməsindən dəymiş zərəri kompensasiya etməkdən imtina olunması ilə bağlı siyasi
və iqtisadi münaqişələrin olmaması.
B A-nın maliyyə mənbələri - BY B-in mənfəəti, iki qrupa bölünmüş üzv
dövlətlərin qaytardığı kreditlər və onların üzvlük haqlarıdır. Birinci qrupa 24 nkişaf
Etmiş Ölkə daxildir. Onlar abunə üzrə bütün məbləği dönərli valyutada ödəyir və
assosiasiyanın fondunun artırılmasının çox hissəsini təmin edirlər. kinci qrupa daxil
olan ölkələr (138 ölkə) abunə üzrə məbləğin 10%-i dönərli valyutada , qalan hissəsini
isə milli valyutada ödəməlidirlər.
1
Assosiasiyanın və BY B-in rəhbər orqanları müştərəkdir. BY B-in prezidenti,
müdirləri və direktorları B A-da analoji vəzifələri tuturlar. B A-da «çəkili» səslər
prinsipi qüvvədədir: üzv ölkə 500 səs və bundan əlavə abunə üzrə ödənilmiş hər 5000
dollara görə əlavə 1 səs alır. Assosiasiya kreditlər verilməsinin şərtlərini və maliyyə
normativlərini nəşr edir. Beynəlxalq nkişaf Assosiasiyasının başlıca maliyyə
mənbəyi üzvlük haqlarından gəlir.
BY B və B A paralel işləyirlər. Onların işçi heyəti eynidir, eyni rəhbərləri var
və eyni Prezidentə hesabat verirlər, eləcə də layihələrin qiymətləndirilməsində eyni
standartlardan istifadə edirlər. Fərq yalnız kreditin şərtlərində və maliyyənin
mənbələrində özünü biruzə verir.
Beynəlxalq nkişaf Assosiasiyası yalnız yoxsul ölkələrə kreditlər verir
(adambaşına gəliri 905 dollardan çox olmayan) , o ölkələr ki, BY B-dən kredit ala
bilmirlər. Bu gün 80-a yaxın ölkə bu kateqoriyaya daxildir. Bu ölkələrdə 3,2
1
Dünya bankının internet saytı-www.worldbank.org/ida
Dostları ilə paylaş: |