7
dağılmasına gətirib çıxartdı. 1929-32-ci illərdə bütün dünyada əmtəələrin qiyməti
48% aşağı düşdü, ticarətin həcmi 63%-ə qədər azaldı. Bu problemləri həll etmək
üçün 30-cu illərdən başlayaraq dəfələrlə beynəlxalq konfranslar çağırılsa da, lakin
qəbul edilmiş müvəqqəti qərarlar məsələni tam həll etmirdi. Bunun üçün dünyanın
ə
ksər ölkələrinin birgə əməkdaşlığı lazım idi. Yalnız bu halda bütün dövlətlərdə
valyuta sistemini tənzimləyən və böhran nəticəsində iqtisadiyyatı dağılmış ölkələrə
uzun müddətə kredit verə bilən bir maliyyə təşkilatının yaradılması mümkün idi.
Odur ki, 1940-cı illərin əvvəllərində Birləşmiş Ştatlardan Qarri Dekster Uayt və
Birləşməş Krallıqdan Con Meynard Keyns məhs belə bir sistemin yaradılması
yollarını təklif etdilər. Onlara görə bu sistem hazırki şəraitə təsir etməliydi. Çoxsaylı
danışıqlardan sonra çətin vəziyyətdə olan beynəlxalq aləm belə bir sistemin
yaradılmasına və nəzarət etmək üçün təşkilatlanmasına razılıq verdi. 1944-cü ilin iyul
ayında BMT-yə daxil olan 45 dövlətin iştirakı ilə ABŞ-ın Bretton-Vuds şəhərində
(Nyu-Hempşir Ştatı) Beynəlxalq Valyuta Maliyyə konfransı keçirildi. Bu konfrans
tarixə “Bretton-Vuds Konfransı” kimi daxil oldu. Konfransın qəbul etdiyi qərarla
1945-ci ilin dekabr ayında BMT-nin iki xüsusiləşmiş təşkilatı – Dünya Bankı və
Beynəlxalq Valyuta Fondu (BVF) təsis edildi. 1946-cı ilin may ayında isə bu
təşkilatlar fəaliyyətə başladı. Bu təşkilatlar fəaliyyətə başlayarkən qarşılarına
qoyduqları əsas məqsəd kinci Dünya Müharibəsindən sonra daha da pis vəziyyətə
düşmüş dünya iqtisadiyyatını əsaslı fundament üzərində qurmaq oldu. Lakin bu
təşkilatlar ümumi məqsəddə bir-birlərini tamamlasalar da funksiyalarına görə bir-
birlərindən fərqlənirdilər.
Dünya Bankı kredit təşkilatı olub məqsədi inkişafda olan ölkələrə kömək etmək,
onların iqtisadiyyatını yüksəltmək, iqtisadi tərəqqiyə nail olmaq, inkişaf etməkdə olan
ölkələrdə kasıblığı aşağı səviyyəyə çatdırmaq və ləğv etməkdir.
Beynəlxalq Valyuta Fondu isə dünya valyutasının monitorinqini həyata
keçirmək, ölkələr arasında ödəmə sistemini təşkil etmək və ödəmə balansında ciddi
kəsiri olan ölkələrə borc verməyi qarşısına məqsəd qoyur.
8
Dünya Bankı ancaq inkişaf etməkdə olan ölkələrə kredit verməkdədir. BVF isə
az bir vaxt çərçivəsində yaranan maliyyə problemlərini aradan qaldırmaq üçün
ehtiyacı olan bütün üzv ölkələrə kredit verir.
Hər iki təşkilat həm qlobal miqyasda (dünya iqtisadiyyatı çərçivəsində) , həm də
regional miqyasda (ayrı-ayrı ölkələr çərçivəsində) maliyyələşmə işləri aparırırlar.
BVF 188 ölkəni birləşdirən qlobal xarakterli beynəlxalq maliyye istitutudur. Bu
təşkilat beynəlxalq valyuta əməkdaşlığı və mübadilə stabilliyini təmin etmək, iqtisadi
artımı gücləndirmək və yüksək məşğulluq əldə etmək, ödəmə balanslarında yaranan
prblemlərlə əlaqədar dövlətlərə müvəqqəti maliyyə yardımı etmək məqsədlərilə təsis
edilmşdir. BVF-nin əsas əməliyyatları müşahidə, maliyyə yardımı və texniki
köməkdən ibarətdir. Müşahidə əməliyyatı ölkələrin iqtisadi və maliyyə inkişafına
nəzarət etmək, iqtisadi siyasətlə baglı tövsiyyələr vermək və xüsusilə də böhraların
qarşını almaqdan ibarətdir. BVF müxtəlif ölkələrə oların ödəmə balanslarında
yaranmış problemlərlə əlaqədar müvəqqəti maliyyə yardımı ayırır. Burada əsas
məqsədlərdən biri yəxsulluğun qarşısının alınmasıdır. Son zamanlar beynəlxalq
maliyyə sistemini gücləndirmək və iqtisadi böhraların qarşısının alınması planları
çərçivəsində BVF müşahidə və texniki yardım əməliyyatları vasitəsilə standartlar və
kodlar hazırlamışdır. BVF həmçinin terrorizmə və çirkli pulların yuyulmasına qarşı
mübarizə aparır.
1960-cı illərin əvvəllərində qızıl hasilatının qeyri-adekvat artımı ilə bağlı olaraq
beynəlxalq likvidliyin artırılmasının zəruriliyi ilə əlaqədar diskussiyalar başlandı.
BVF-nin 1967-ci ildə Rio-de-Janeyro şəhərində keçirilən yığıncağında ilk dəfə
Xüsusi Əvəzetmə Hüququ (XƏH-SDR) sxemindən istifadə olunması təklif olundu.
1969-cu ildə BVF üzvləri XƏH-SDR ilə işləməyə imkan yaratmaq üçün fondun
nizamnaməsinə əlavə etmək barədə razılığa gəldilər. XƏH-ə digər valyutalara,
məsələn dollara yanaşılan kimi yanaşılmalıdır. XƏH kursu gündəlik olaraq bir neçə
aparıcı dönərli valyutanın kursu üzrə müəyyənləşdirilir. XƏH-in ilk emissiyası 1970-
ci ildə oldu. BVF öz əsas əməliyyatlarını XƏH-SDR-lə hesablayır. BVF-in hər bir
9
üzvü 250 baza səsinə malikdir. Bundan əlavə hər üzv ölkə öz kvotasının hər yüz min
SDR-ə bərabər olan hissəsi üçün də bir səs qazanır.
BVF nizamnaməsi 1976-cı ildə Yamaykanın Kinqston şəhərində bağlanmış
Yamayka sazişindən sonra əsaslı dəyişikliyə məruz qaldı. Saziş beynəlxalq valyuta
sistemində qızılın əhəmiyyətini azaltdı, valyutaların üzən kursunu qəbul etdi, XƏH-
SDR-in qiyməti və onun tətbiq dairəsinə yenidən baxdı və nkişaf Etməkdə Olan
Ölkələrin xeyrinə BVF-nin qızıl ehtiyyatlarının satılmasına icaze verdi.
BVF Nizamnaməsinə görə təşkilata üzvlük bütün dövlətlərin üzünə açıqdır,
lakin kvotaların miqdarı qeyri-məhdud olub, dövlətin iqtisadi imkanları ilə bağlıdır ,
daha çox kvotası olan daha çox səsə malik olur. Həmin kvotalar BVF-nin kapitalını
təşkil edir.
BVF-nin strukturuna aşağıdakı orqanlar daxildir Müdirlər Şurası, Müvəqqəti
Komitə, nkişaf Komitəsi; craiyyə Şurası; BVF-nin Statistika Komitəsi; Bölüşdürücü
direktor.
1
Fondun ali orqanı üzvləri 5 illiyə təyin olunan Müdirlər Şurasıdır. Şuraya üzv
dövlətlərin hər birindən bir müdir və bir müavin daxil olur. Müdirlər və müavinləri,
bir qayda olaraq maliyyə naziri və Mərkəzi Bankın direktorundan ibarət olur. Şura
ildə bir dəfə toplanır və BVF-də strateji rəhbərliyi həyata keçirir.Müdirlər Şurası öz
səlahiyyətlərinin bir qismini craiyyə Şurasına həvalə etmək səlahiyyətinə malikdir.
Müdirlər Şurası öz üzvlərindən Müvəqqəti Komitə yaradır. Komitənin tərkibinə
24 icraçı direktor daxil olur, bunlardan 7-si Fondda daha çox kvotaya malik
dövlətlərdən( Almaniya, ngiltərə, Çin, Fransa, Səudiyyə Ərəbistanı, ABŞ və
Yaponiya) seçilir. Digər üzvlər isə ədalət-li regional prinsip üzrə təyin edilirlər.
Komitə ildə üç dəfə toplanır. craiyyə Şurasına müxtəlif xarakterli tövsiyyələr verir
və məruzələr hazırlayır.
nkişaf Komitəsi və ya Birləşmiş Nazirlər Komitəsi Müvəqqəti Komitə ilə
birlikdə Müdirlər Şurası üçün fond ehtiyyatlarının real vəziyyəti haqqında tövsiyə və
məruzə hazırlayır, EOÖ-ə yardımların istiqamətlərini müəyyənləşdirir və s.
1
Ə.H.Ələkbərov, M.Ə. Vəliyev, S.H. Məmmədov “Beynəlxalq qtisadi Münasibətlər” , Çaşıoğlu 2010, səh. 638
Dostları ilə paylaş: |