Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə26/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   22   23   24   25   26   27   28   29   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
102 
 
Məncə, su olmuşdur hər şeydən əvvəl. 
Qızğın hərəkətdən və çaxnaşmadan 
O yerə çatdı ki, od oldu əyan. 
İldırım buxardan ayırdı odu, 
Bundan rütubətli hava doğuldu. 
Suyun qatılığı getdikcə artdı, 
Həmin qatılıq da yeri yaratdı. 
Cövhərlər yerbəyer olduğu zaman, 
Təbiət qoynunda yarandı cahan. 
Ən saf və ən lətif cüzündən onun 
Yaranıb hərəkət elədi gərdun. 
"Sudan bu kainat yarana bilməz". 
Deyə inkar etmək istəsə hər kəs, 
Nütfəni bir anlıq qoy salsın yada, 
Sözümə sübutdur, dəlildir o da!" 
 
 
BƏLİNASIN DEDİKLƏRİ 
 
Bilici Bəlinas təzim elədi
Torpağı öpərək hörmətlə dedi: 
"Ey şahım, görüm ki, dünya durduqca 
Allahın yanında olasan uca! 
Yar olsun əqlinə hər bilik, hər sirr, 
Gözü nur, nuru göz ziynətləndirir. 
Şah gizli sirləri soruşdu bizdən. 
Fikrimi hüzura ərz eləyim mən: 
Ilkin tilsim kimi yaranmış torpaq. 
Qalan tərkiblər də ondandır ancaq. 
Hərəkət qüvvəsi ona etdi kar
Atəşi söndükcə yarandı buxar. 
Onun da ən parlaq zərrələrindən 
Ulduzlar yaranmış, - fikrindəyəm mən. 
Buxarda vəzncə ağır olanlar 
Hərə bir mərkəzdə tuturdu qərar. 
Onlardan birinci - işıqlı oddur, 
Dünyanın ən yüksək tağı da odur. 


               _______________  
Milli Kitabxana
  ________________ 
103 
 
İkinci - havadır, hərəkətdədir, 
Hərəkət etməzsə, bilinməz nədir. 
Üçüncü - sudur ki, təravət verər. 
Hər şeyə təzəlik, lətafət verər. 
Dördüncü - torpaqdır, tapdayır əyyam. 
Tapdanan köksündən toz qalxır müdam." 
 
 
SOKRATIN DEDİKLƏRİ 
 
Sokratın növbəti yetişən zaman 
Sanki xurma yağdı yerə ağacdan, 
Dedi ki: "Padişah, şadlıqla ömr et. 
Din-bilik yolunda daim öndə get! 
Sənə şikar olsun bütün arzular, 
Sirrlər qarşısında daim aşikar. 
Şahın sorduğunu kim deyə bilər? 
Çünki çox gizlindir sorduğu sirlər! 
Kim necə bacarır fikir söyləsin. 
Varını hüzura təqdim eyləsin. 
Xilqət səhifəsi açılmamışdan 
Bircə vücud varmış, o da yaradan. 
Bir bulud yaratmış əzmi, cəlalı, 
Şimşəyi, yağışı olmuş faydalı 
Onun yağışından yaranmış göylər. 
Ildırımından da günəş, ay, ülkər. 
Maddələr çökdürüb ondakı buxar, 
Bu yeri yaradıb etmiş bərqərar!" 
Bələdçi getmədi bundan o yana, 
Artıq danışmaqda görmədi məna. 
 
 
FƏRFURYUSUN DEDİKLƏRİ 
 
Alim Fərfuryus da təzim eylədi. 
Torpağı öpərək belə söylədi: 
"Ey şah, ömr edəsən durduqca dövran, 


               _______________  
Milli Kitabxana
  ________________ 
104 
 
Bütün dövranların şahı olasan! 
Dünya boş qalmasın ədalətindən, 
Çünki zülmü, qəhri qəhr eləyənsən. 
Haqsevən padşaha cavab olaraq, 
Ərz edim fikrimi mən də bu sayaq: 
Hələ bu dünyalar yaranmamışdan 
Bir cövhər yaratdı böyük yaradan. 
Tanrının feyziylə yetirdiyi bu. 
Cövhər bir müddətdən dönüb oldu su. 
Ikiyə bölündü sonra bu su da
Yarı üzdə qaldı, yarısı altda, 
Bunlar andırırdı müşkü, kafuru, 
Yarısı mayedi, yarısı quru
150

Maye olan hissə etdi hərəkət, 
Quru olan isə tapdı sükunət. 
Hərəkət eləyən - göy oldu, parlaq. 
Sükunətdə qalan - bu yer, bu torpaq. 
Mənim də bildiyim bunlardır ki, var, 
Düşüncəm çıxmayır bu həddən kənar." 
 
 
HÜRMÜZÜN DEDİKLƏRİ 
 
Hürmüz də əl atdı qıfıla sarı
151

Zənciri çeynədi əqlin açarı. 
Düyünü açmadan əvvəl sidq ilə 
Şaha dua edib başladı belə: 
"Açıla biləcək hər düyünə sən, 
Görüm ki, əql ilə üstün gələsən! 
Fələk istəyincə eləsin rəftar. 
Şadlığın əbədi olsun payidar! 
Padşah hər budağın söz bəhərindən 
Lütf edib bir meyvə istəyirsə, mən. 
Əlbəttə, çıxmaram belə fərmandan, 
Mən də öz fikrimi eləyim bəyan: 
Düşüncə yoluna düşəndən bəri 
Seyr etdim firuzə rəngli göyləri. 


               _______________  
Milli Kitabxana
  ________________ 
105 
 
Zənnimcə, bu dərya şövkətli göylər 
Dağ başına çökən tüstüyə bənzər. 
Bu qorxunc tüstünün üstündə ancaq 
Bir elə nur var ki, pak, təmiz, parlaq. 
Örtmüşdür o nuru tüstü pərdəsi, 
Şan-şan görünmədə tutqun çöhrəsi. 
Pərdəyə nəqş olan pəncərələrdən 
Işıqlar süzülür cahana hərdən. 
Bizim gördüyümüz Gün, Ay, ulduzlar 
Həmin işıqdandır bütün hər nə var. 
Vardır bu xilqəti yaradan, fəqət, 
Bilmirəm nə sayaq olmuş ilk xilqət.." 
 
 
ƏFLATUNUN DEDİKLƏRİ 
 
Əflatun, o ustad, qəlbini açdı, 
Dəniztək gövhərlər, dürrlər saçdı: 
"Aydın düşüncəli dünya şahından 
Dünyada heç bir sirr qalmasın nihan. 
Bəxti hər bir işdə ona yar olsun, 
Qurtuluş yolunda daim var olsun! 
Şahın sorduğunu deyərik şəksiz
Amma idrakından çəkinirik biz. 
Heç yoxdur qorxumuz yanlış sözlərdən. 
Çünki bəhs edirik naməlum yerdən. 
Düşünüb mən belə verirəm qərar 
Ki, yoxdan yaranmış bütün varlıqlar! 
Vardan yaratsaydı varı yaradan. 
Əbədi qalardı mayə hər zaman. 
Mayədən doğurmaq - yaratmaq deyil. 
Kəndxuda başqadır, xuda başqa, bil! 
Bir kəs ki, əql ona ad verib: Qadır, 
Özü bildiyini özü xəlq edir
152

Ayrıca yaradıb o, hər gövhəri, 
Vasitə olmayıb burda digəri. 
Hər gövhər bəzənib kəmala yetdi, 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə