Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə56/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   52   53   54   55   56   57   58   59   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
223 
 
  


               _______________  
Milli Kitabxana
  ________________ 
224 
 
15  
 
Tur dağı Musaya oldusa eyvan, 
Məhəmmədin qəsri yarandı nurdan. 
Musa Allahdan vəhy almaq üçün "Turi-Sina" dağına çıxmışdısa, Məhəmməd 
nurdan yaranmış qəsrdə Allahla söhbət edirdi. 
16
 
 
Gəlinimdə olan şuxluq, təravət 
Peykərşünaslara eylər kifayət. 
Gəlinim - burada əsərim, yəni "İqbalnamə"ni, peykərşünas isə  sənəti, 
gözəlliyi qiymətləndirən deməkdir. 
17
  
Kürədən çıxanda güzgü bərq vurar
Fəqət sınan zaman zirehə yarar. 
Qədimdə güzgünü pardaxlanmış  dəmirdən qayırardılar. Güzgü qırıldıqda 
ondan zireh də düzəltmək olurdu. 
Beytin mənası: gənclikdə insanın üzü güzgü kimi parlaq və saf olur, amma 
qocalanda üz qırışır, zireh kimi çin-çin olur. 
18
  
Zülmətə bürünmüş keşikçixana, 
Həmlə eləmişdir fil pasibana. 
Keşikçixana - dünya, fil - gecə, pasiban - Günəş  mənasını verir. Yəni gecə 
gəlmiş, hər tərəfi qaranlıq basmışdır. 
19
  
Bir 
ahu 
balası doğmuşdur çəmən, 
Müşk-ənbər saçmada öz göbəyindən. 
Ahu - ulduz, çəmən - göy mənasındadır. Ahunun göbəyindən qara müşk 
düşən kimi göydən yerə qaranlıq çökməkdədir, yəni - gecədir. 
20 
 Dürr 
üçün 
qəvvastək suya batırdım, 
Gah seçib götürür, gah da atırdım. 
Nizami "İqbalnamə"ni yazarkən yeni surətlər, incə  mənalar, gözəl ifadələr 
tapmasını qəvvasın dənizdən dürr çıxarmasına oxşadır. 
21
 
 
Fələyin köhləni olub təngnəfəs... 
Vaxtın sürətlə keçməsinə işarədir. 
22 
 Daxmada 
gecənin hörüklərindən, 
Yeddi rəng ipəklər toxuyuram mən. 
Bu dar evimdə gecənin mənə verdiyi ilhamla rəngarəng surətlər, sözlər 
yaradıb, əsərimi yazıram. 
23
  
Bu 
lacivərd küpdən mən də İsatək 
İplər çıxarıram hər an rəngbərəng. 
Dini  əfsanəyə görə,  İsanın peyğəmbərliyinə  ən  əvvəl inanan on iki boyaqçı 
olmuşdur. Bunlar İsadan möcüzə istəmişlər.  İsa da guya boyaqçılara boyamaq 
üçün verilmiş bütün əşyanı bir küpə tökmüş  və bunları eyni küpdən hər kəsin 
istədiyi rəngdə çıxarmışdır. 


               _______________  
Milli Kitabxana
  ________________ 
225 
 
Bu beytdə: lacivərd küp - göy, səma; rəngbərəng iplər isə - müxtəlif surətlər 
və müxtəlif mənalar ifadə edən misralar, beytlər deməkdir. 
 
24
  
Onda 
Müştərini görərək hər an, 
Vurar üzüyünə Ütarid nişan. 
Nizami özünü Ütaridə - katibə, Xoylu İmadı isə xoşbəxtlik gətirən Müştəri 
ulduzuna bənzədir. Münəccimlərin fikrincə, Müştəri xoş tale göstərən ulduzların 
ən böyüyüdür, Ütarid isə göylərin katibidir. 
Beytin mənası: Müştəri Ütaridə xoşbəxtlik nəzərini salan kimi Ütarid bu 
səadəti möhürləmək üçün katiblik üzüyünü barmağına keçirir. Keçmişdə şahların 
katibi onların möhürünu özündə saxlardı ki, yazılanları möhürləsin. 
25
 
 
Məgər neçə uşaq tutar bir mama? 
Bir ağac nə qədər yetirər xurma? 
Burada Nizami özünü mamaya və bar verən ağaca, yaratdığı misraları  və 
beytləri uşaq və xurmaya bənzədir. Yəni bir şair bir gecədə nə qədər şeir yazar. 
26
  
Yuxusuz, 
ac-susuz 
qalıb o gece, 
Bu mavi dəryada üzürdüm tekcə. 
Mavi dərya ilham mənasındadır. Yəni bu yuxusuz çalışdığım gecədə fikrim 
ilham dənizində söz inciləri toplamaq üçün üzməkdədir. 
27 
 Gecə gecə deyil, dibsiz bir quyu, 
Ayı da, günü də udmuşdu suyu. 
Ayın görünmədiyi gecə, yəni tamam qaranlıq olan gecə el arasında qədimdən 
bəri qaranlıq quyuya bənzədilir, güya Ay və Günəş bu quyuya düşmüşdür. 
28 
 Atdığım kəməndlə, şahın bəxtindən 
Əmlik ceyranları ovlamışam mən. 
Şahın dövlətindən ilham kəməndini  ələ alaraq xəyahmın çəmənində  məna 
ceyranları ovlamışam - gözəl beytlər yaratmışam. 
29
 
 
Əngin dənizlərə mən tor atmışam, 
Bu torla növbənöv balıq tutmuşam. 
Xəyalımın dənizinə tor ataraq, çoxlu təzə fikirlər tapmışam, rəngarəng 
beytlər yaratmışam. 
30 
 Vuraşur önümdə Çin ilə Həbəş. 
Çin - ağ kağız, Həbəş isə kağız üzərində qara xətlər, yazılar deməkdir. 
31
 
 
Qızışıb coşduqca beynim şərabdan, 
Gəldi səxavətə söz də bu zaman. 
Şərab  şairin ilhamı, təbi mənasındadır. Nizami ömründə  şərab içmədiyini 
başqa beytlərində də bildirmişdir. Məsələn: 
Sən mey iç, gətirmə heç bir bəhanə,  
Ağzım möhürlüdür, üz vurma mənə.  


               _______________  
Milli Kitabxana
  ________________ 
226 
 
Bu fikri nizamişünaslar da təstiq edirlər. 


               _______________  
Milli Kitabxana
  ________________ 
227 
 
Beytin mənası: mənəvi şərabım - təbim coşduqca sözlər, fikirlər də beynimdə 
coşub daşır. 
32
 
 
İlham buludlarım çəkdi nərələr, 
Gövhərşünaslara yağdırdı gövhər. 
İlhamım cuşa gəldi, sənəti sevənlər üçün yağış kimi dürlər yağdırdım. 
33
  
Taleyim 
açıldı, oldum bəxtəvər, 
Zöhrə dəf göndərdi, Müştəri dəftər. 
Zöhrə ulduzu Yaxın Şərqin klassik şairlərinin əsərlərində göylərin çalğıçısı 
sayılır. Zöhrənin dəfi buna işarədir. 
Kosmoqrafiya Müştəri ulduzu üzərində qara xətlər olduğunu göstərir. 
Müştərinin bu xətlərini qədimdə yazı saymışlar. Müştərinin dəftəri ifadəsi də 
buna işarədir. 
İkinci tərəfdən, Müştərinin Zöhrə ilə bir bürcdə qarşılaşması, qədim 
astroloqların fikrincə, xoşbəxtlik əlamətidir. 
Bu beytdə  Zöhrənin dəfi - əyləncəli, zövq verən şeirlər, Müştərinin dəftəri 
isə, xoşbəxtlik kitabı demekdir ki, bu da "İqbalnamə"yə işarədir. Nizami demək 
istəyir ki, bu kitabda həm zövq, sevinc, həm də səadət yolunu tapmaq olar. 
34 
 Neçə vaxt ağ rəngə lacivərd qatdım, 
Bitdi "Şərəfnamə", murada çatdım. 
Ağ  rəng - kağıza,  lacivərd isə mürəkkəbə  işarədir. Nizami ağ  rəngi 
lacivərdə qatdım deməklə, əsərlərini yazmasından bəhs edir. 
35
  
Gör 
əvvəl nə ekdim, gör bitdi nələr, 
Sınığı bu sayaq bitişdirərlər. 
Şair "İqbalnamə"ni yazmaqla və onu "Şərəfnamə" ilə bitişdirməklə, 
"İskəndərname" kimi bütöv bir əsərin meydana çıxdığını göstərir. Beytdə  sınıq 
sözü "Şərəfhamə"nin mövzuca yarımçıqlığına işarədir ki, "İqbalnamə" bunu 
tamamlayır. 
36
  
Bilmirəm bu qədər füsunkar sözlər 
Babil quyusundan çıxır nə təhər? 
Əsatirə görə, qədim Babil şəhərində dərin bir quyu var imiş ki, oradan asılmış 
Harut və Marut adında sehrbaz mələklər də quyudan çıxa bilməzlərmiş. Nizami 
burada öz şeirlərinin o quyudan çıxa biləcək dərəcədə qüvvətli caduya, yəni 
təsirə malik olduğunu söyləyir. 
37
  
Zöhrəyə o "Zənd"i kimlər öyrətdi, 
Oxuyub Harutu tamam bənd etdi? 
Əsatirə görə, guya Zöhrə ulduzu çox gözəl oxumağı ilə Harutu cəzb etmiş, 
Harut da ona qovuşmaq üçün sehrbazlığa başlamış  və sehrbazlıq etdiyinə görə 
cəzalandırılaraq quyudan başı üstə asılmışdır. 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə