Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə35/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   31   32   33   34   35   36   37   38   ...   64

                                                                                                                                                    
137
Kələfin ucunu tapmayıb heç kəs. 
Çoxundan bu sirri soruşmuşam mən. 
Olmayıb bir doğru cavab söyləyən. 
Günəşin seyrini, hərə birtəhər, 
Mərkəzdə, ya yerin altında bilər. 
Kim bilir, günəş, Ay bu cilvəgahdan 
Keçib sonra harda sürürlər dövran?.." 
İskəndər kənarda bir az dincəldi, 
Sonra yavaş-yavaş sahilə gəldi. 
Civətək ağırdı o dənizdə su, 
Kəsmişdi yolları bulud ordusu. 
Gəmi belə suda üzməzdi asan, 
Müşküldür yol getmək rəhbər olmadan. 
Soruşdu şah sirri bələdçilərdən: 
"Bu yola nə tədbir görməliyəm mən? 
Salaq biz gəmini suya nə sayaq? 
Yüklə o sahilə mümkünmü çıxmaq?" 
Məsləhət görmədi o yolbilənlər, 
Dedilər: "Yaramaz bu yerdən səfər. 
Olsa yüz bələdçi, yenə də heç kəs 
Gəmini bu sudan çıxara bilməz. 
Vardır civə rəngli bu qorxunc suda 
Qəssasə deyilən bir əjdaha da
206

Mağaradan çıxan qara tüstütək 
Görünər heybətlə hərdən o nəhəng. 
Elə dəhşət saçar o qorxunc heyvan, 
Uzaqdan görərsə əgər bir insan, 
Vahimə içində quruyub ölər... 
Kim olar bu qorxunc yollara rəhbər? 
Hələ bundan betər: burdan baxanda 
Işıqlı bir sahil vardır o yanda. 
Rəngbərəng daşlarla doludur hər yan: 
Qapqara, sapsarı, gömgöy, al-əlvan! 
Hərəsi bir-iki batman qədərdir, 
Qızıl sürmə daşlar sanki gövhərdir. 
O əlvan daşları görəndə insan 
Sevinər fərəhdən, gülər şadlıqdan. 


                                                                                                                                                    
138
Qəhqəhə çəkərək güldükcə gülər, 
O qədər gülər ki, gülməkdən ölər. 
Misqaldan az olsa daşın çəkisi. 
Oyatmaz insanda o, gülüş hissi!" 
Bunları dinləyib şah fikrə getdi, 
Adamlar göndərib təcrübə etdi. 
Qocanın sözləri düz-doğru çıxdı, 
Daşlar çoxlarını torpağa yıxdı. 
İskəndər əmr etdi, bir miqdar əsgər 
Minib dəvələrə ora getsinlər, 
Sarınsın gözləri yetişən zaman, 
Yığıb gətirsinlər həmin daşlardan. 
Nə qədər bacarsa toplayıb hərə, 
Çatsınlar daşları tez dəvələrə. 
Bez ilə bürüyüb bərk sarısınlar, 
Üstdən də çox qalın şeylər salsınlar. 
Daşlarla yükləyib o dəvələri, 
Daşlıqda qalmayıb dönsünlər geri. 
Şahın adamları dinləyib bunu, 
Icra elədilər buyurduğunu. 
Ölüm qorxusundan şah ilə ordu 
Yel kimi tərk etdi o qorxunc yurdu. 
Dəvə sürənlərə padşah əmr etdi, 
Yüz dəvə o sarı qumdan yüklətdi. 
İmarət tikməyə yararlı olan 
Sulu bir çəmənə çatdığı zaman, 
Buyurdu, daşları yerə tökdülər, 
Onlardan bir böyük bina tikdilər. 
Parçaya sarınmış həmin daşlardan 
Eləcə sarıqlı qoyub, açmadan, 
Onları qaydayla düzüb yığdılar, 
Tikdilər qapısız uca bir hasar. 
Daşbadam sayağı gözəl qəsrlər, 
Hərəsinin hüsnü bir özgə təhər. 
O sarı torpaqdan palçıq tutaraq, 
Bayırdan çəkdilər hasara suvaq. 
Hasar içəridən çılpaq divardı, 


                                                                                                                                                    
139
Çünki bu pərdədə gizli sirr vardı. 
Alimlər bu cürə edir rəvayət: 
Aradan keçincə bir xeyli müddət, 
Çürüyüb sarğılar töküldü yerə, 
Yeddi rəng gövhərlər çıxdı zahirə. 
Binalar xaricdən vermirdi ziyan, 
Çünki suvaq vardı sarı palçıqdan. 
Geyimi soyundu daxildən hasar, 
Ölürdü oraya ayaq basanlar. 
Ora yetişəndə hər yoldan ötən, 
Hasarı içindən görmək istərkən, 
Bir qapı axtardı, tapmadı ancaq, 
Hasara dırmaşdı kəmənd ataraq. 
O hasar daşları bir adam görcək, 
Alırdı canını ahənrübatək. 
Batmanı adamı öldürsə əgər, 
Gör dağtək qalansa nələr törədər? 
Deyirlər: qürurlu şahlardan biri 
Əfsanə sayaraq belə sözləri, 
Bir adam göndərmiş, təcrübə etmiş
Eşitdiyi sözlər sübuta yetmiş. 
Binanı qurtarıb, sonra İskəndər 
Dəryadan səhraya elədi səfər. 
Altı ay yol getdi sonsuz çöllərdən, 
Qoşun təngə gəldi axır səfərdən. 
O, fil ayağıyla səhralar keçdi, 
Nilin sahilinə gəlib yetişdi. 
Çayın mənbəyini istədi görə, 
Çıxan olmamışdı o yüksəklərə. 
İskəndər çox iti bir hərəkətlə, 
Böyük mətanətlə, böyük cürətlə
Dördnala çapırdı çayla yanaşı, 
Aşırdı sel kimi o, dağı-daşı. 
Dağları, çölləri keçərək getdi, 
Nəhayət, dağ-dərə axıra yetdi. 
Quru qumluqları keçib ötürdü, 
Axırda yamyaşıl bir təpə gördü. 


                                                                                                                                                    
140
Təpənin ətrafı uca dağlardı, 
Minatək yamyaşıl daşları vardı, 
Bu daşlar kəsmişdi çıxacaq yolu, 
Yol gedən azardı orda sağ-solu. 
Minalı dağlardan büllur sütuntək 
Şəlalə axırdı yolu kəsərək. 
Iti daşlar ilə doluydu hər yan, 
Yol tapa bilməzdi təpəyə insan. 
Bənzərdi tikanlı təpə kirpiyə. 
Zillətlə qalxsaydı biri zirvəyə, 
Orda unudardı əziyyətləri, 
Keçərdi o üzə, dönməzdi geri. 
Birisi, ya mini çıxsaydı bura, 
Burdan da uçardı o çəmənzara. 
Ora neçə nəfər oldusa rəvan, 
Olmadı bir nəfər geri qayıdan. 
Gedənlər nədənsə salırdı məskən, 
Təxtü tac tapırdı orda deyəsən. 
Qoşunu etmirdi onlar bir də yad, 
Qalırdı onlardan quruca bir ad. 
Yığdı alimləri yenə İskəndər, 
Bu işə bəlkə bir çarə etsinlər. 
Dedilər: "Yaramaz təklikdə getmək, 
Oraya çıxanlar cüt olsun gərək. 
Birbaşa çıxmaq da ora çətindir. 
Yolda dincəlsinlər on addımda bir. 
Təpəyə yetişib dayansın onlar. 
Sonra tədbirləri işə salsınlar. 
Heyrətə düşməsin deyə gözləri, 
O üzə tədriclə baxsın hər biri." 
Nəticə vermədi bu son tədbir də, 
Yığdı alimləri İskəndər bir də. 
Düşünüb verdilər belə bir qərar: 
"Hünərli, vicdanlı bir şəxs tapsınlar. 
Dünyagörmüş olsun, yazmaq bacarsın, 
Gedəndə qələmlə kağız aparsın. 
Götürsün yanınca əziz oğlunu, 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə