Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə13/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   9   10   11   12   13   14   15   16   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

52 

 

Bəxtiyar bir həyat başladı yerdə 



Bu günəş anadan doğan səhərdə. 

Altında ağ atı keçsə hər yerdən. 

Ayağı dəydiyi yer olur gülşən. 

Hansı bir qələdə parlatmış yüyən, 

Düyümü açmışdır pərgar xəttindən. 

Hər şəhrə hünərlə qələbə çalmış, 

Qarun sərvətini əlinə almış

72



Bayrağı qələyə sancdığı zaman 

Bəyinin başını asmış qaladan. 

Hamıda insanlıq bir təbiətdir, 

Bu başqa insandır, başqa xilqətdir. 

Bildiyim ən adlı, sanlı kimsələr 

Bu insanlığına təşəkkür edər. 

Geniş ehsanı var, uca şövkəti, 

Aldanmış dünyanın vəlineməti, 

Dirilsə bir ölü, qalxsa məzardan, 

Şəhəri, bazarı tutar həyəcan. 

Min: ölü dirilsə ədalətilə, 

Düşmənin ürəyi düzəlməz hələ. 

Isatək nə qədər ölü diriltdi, 

Bu gözəl əxlaqla xalqı qul etdi. 

Gövhər mədənitək dağılan dünya 

Bu günəşlə tapdı həyat və ziya. 

Yer cəhənnəm idi - nə iş, nə tarla

Bir cənnət olmuşdu bu gənc baharla. 

Hər yeni nemətdən dağıdır xalqa, 

Neməti çay kimi axıdır xalqa. 

Yaxşılıq ardınca getsə hər zaman 

Yaxşının adını unutmaz cahan. 

Demirəm dənizdir uca şövkətin, 

Bir mədən qədər var ağır qiymətin. 

Şahın da sarayı günəş kimidir, 

Məşriqdən məğribə uzatmış kəndir. 

Cənnəti tutmuşsa tuba ağacı, 

Hər budaq olmuşsa bir qəsrin tacı, 

Ehsanı Şərq ilə Qərbə kök salmış, 



_______________  

Milli Kitabxana

  ________________ 

53 

 

Hər ev süfrəsindən bir nemət almış. 



Adı Keyxosrovla olmuş bərabər, 

Nəsəbi ucadır Keyqubad qədər. 

Atını hansı bir səhraya çapmış, 

Hər qanqal ətəyi əşrəfi tapmış. 

Yer, xəzinəsindən bir çuval tikmiş, 

Xeyri zər toplamış, yasəmən gümüş

73



Hansı xəzinəni açıb axtarsan, 



Onun sikkəsindən tapılar nişan. 

Tac ilə başını ucaltmış fələk, 

Başında bu tacı olsun mübarək. 

Dünyanın Xızrısan, İskəndərisən, 

Həm mülkün, həm həyat suyun var, əhsən. 

Fəth etdin İskəndər kimi dünyanı, 

Xızrtək doğrultdun yoldan azanı. 

Hər şeyin ucadır uca adıntək, 

Yalnız bir şeyin yox - tayın yox demək. 

Aslanlar ovuna çıxdığın zaman 

Bir oxla edərsən iki ov nişan. 

Fillərlə döyüşdə atınca kəmənd, 

Qənnucun şahını edərsən filbənd

74



Şir gur ovlayanda sən olsan orda, 

Nə ki şir, ovlarsan Bəhram Guru da. 

Kim əyməz başını, əmr etsən: "Əyil!" 

Hansı dövlətdir ki, əlində deyil? 

Sən at oynadarkən, məğrur boyunlar - 

Yəhər qayışıtək yumşalar onlar. 

Iki şəxs əmindir, sən qəhr edərkən: 

Bir sənə qul olan, bir boyun əyən. 

Düşmən üzr istəsə sən bağışlarsan, 

Bu mətin əhdinə qul olmuş dövran. 

Dünyanın başına döndü ruzigar, 

Altı şahdan qalmış altı yadigar. 

Kəyümərs padşahdan tacıdır nişan, 

Cəmşiddən bir qılınc, taxt Firidundan, 

Camı Keyxosrovdan qalmış yadigar, 

Ulduzlar sirrini edər aşikar. 




_______________  

Milli Kitabxana

  ________________ 

54 

 

Ən parlaq bir güzgü, şəffaf bir gövhər 



Quraraq, yadigar qoymuş İskəndər. 

Ləldən düzülən o parlaq üzük, 

Süleyman möhrüylə çil-çıraq üzük. 

Saydığım altı şey məxsusdur sana

Adında altı hərf şahiddir buna

75



Səndə bundan başqa altı xislət var. 

Bunlarla olarsan daim bəxtiyar: 

Birinci - açıqdır xəzinən hər an, 

Istəməsələr də edərsən ehsan. 

Ikinci - kərəmin hesaba gəlməz, 

Haqqını biləndən almazsan əvəz. 

Üçüncü - şəfqətlə alarsan ürək, 

Hər zaman məzluma edərsən kömək. 

Dördüncü - taxmısan göylərə bayraq, 

Bir ordu yenərsən təklikdə ancaq. 

Beşinci - günahkar olsa peşiman. 

Suçundan keçərsən onun hər zaman. 

Altıncı - mətindir verdiyin qərar, 

Unudan deyilsən, gözəl vəfan var. 

Bəzəyindir sənin bu altı cəhət, 

Səndən ayrılmasın bu altı xislət. 

Iki tərlan gərək ölkə qurmaqda

Xəzinə yığmaqda, şikar vurmaqda. 

Iki ilan gərək sənə, onlardan: 

Biri dövlət, biri xəznə qoruyan. 

 

 

PADŞAHA XİTAB 



 

Yeddi göy altında, ey dünya şahı, 

Beşinci ölkənin sənsən pənahı

76



Əmrində bu qədər ölkə, şəhər var, 

Qapında sütundur saraylı şahlar. 

Hər gecə göylərdə dolanar qəmər, 

Sənin çırağına gəlib yağ tökər. 

Günəş də başında tacı, hər səhər 



_______________  

Milli Kitabxana

  ________________ 

55 

 

Taxtının önündə köləlik edər. 



Sənə bu şahlığı bəxş edən kimsə 

Vermişdir ürəyin nə istəmişsə. 

Şahlıq et, verilmiş sənə ölkələr

Kömək ol, xalqlara ədalət göstər. 

Çibin qanadını qırmasın tərlan, 

Fil də qarışqaya verməsin ziyan. 

Allaha min şükür, min şükür, əlbət, 

Şahda yazdığımdan çoxdur ədalət. 

Şahdan bir diləyim var mənim ancaq, 

Mənim dastanıma nəzər salaraq, 

Sönük bir əfsanə verərsə artıq, 

Üstünə nə kölgə salsın, nə işıq. 

Rast gəlsə dalğalı incə, gövhərə, 

Başımı ucaltsın uca göylərə. 

Bu "Şərəfnamə"də dünya sirrindən 

Çox xəznə açarı gizlətmişəm mən. 

Hər kimin əlində olsa bu açar, 

Bir çox xəzinələr, tilsimlər açar

O gizli xəznəni aça bilməsə, 

Verər qızıl açar şənlik o şəxsə

77



Bilirsən, bu yarım yonulmuş gövhər 



Qoynunda gizlətmiş nə xəzinələr? 

Bu gövhər yonmağım səninlə şəndir, 

Afərin deməyim sənə səndəndir. 

Ağıl ki, göyləri endirər yerə, 

Afərin söylər bu afərinlərə. 

Şahdan alınmışdır belə bir əmr: 

"Adıma bir naxış bağla, ey şair!" 

Şahın sözlərindən ilham alaraq

Ağıla, şüura bərk sarılaraq, 

Vurum bu gəlinə elə yaraşıq, 

Şahın məclisini bürüsün işıq! 

Ona bu şux gəlin olsun bir kəniz, 

Məclisdə, dünyada tutulsun əziz. 

Dünyanı parladan çıraq nə qədər 

Yaxını, uzağı nurilə bəzər. 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə