Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə22/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   18   19   20   21   22   23   24   25   ...   113

                                                                                                            

89

Bağrını çeynədim kinli düşmanın. 



Qan tökmək peşəmdir, əъdər bədənəm. 

Tək qatil deyiləm, adamyeyənəm, 

Dünyada kimsədən utanmaram mən, 

Utanmaq nə gərək hərbə girərkən? 

Igidi hünərdən qoyar utanmaq, 

Eşşəyi ram edən palandır ancaq. 

Hər zənci mən kimi güldüyü zaman 

Gülər almaz dişli qara bir aslan". 

Rəcəzi bitincə tərpəndi duman, 

Xəznədə qıvrıldı sanki bir ilan

112



Rumlardan bir igid girişdi işə, 



Özünü birinci atdı atəşə. 

Ürəyi çırpındı od söndürməyə, 

Döndü atəş görən bir pərvanəyə. 

O sınaqlı zənci bir hərbə ilə 

Başını qopardı zərbə ilə. 

Başqa bir pəhləvan çıxdı savaşa, 

Bu dövran onu da vurdu bir daşa. 

Beləcə rumlardan yetmiş pəhləvan 

Zəracə əlində keçdi qılıncdan. 

Kimsədə qalmadı cəsarət, hünər, 

O qızmış zənciyə olsun bərabər, 

Yerindən oynayıb dərdə düşdü Rum, 

Sanki qızğın kürə əridirdi mum. 

Ordunu əzincə qara pəhləvan 

Rumlardan olmadı qarşıya çıxan. 

O fələk şövkətli, igidlər yenən 

Mərkəzdən ox kimi atıldı birdən. 

Döyüşçün vücudu yarağa batdı, 

Zənci öldürməyə süngü oynatdı. 

Belində gövhərlə bəzənmiş kəmər, 

Başında polad bir qalxan - cilvəgər. 

Əynində zirehi mavi, qıvırcıq, 

Düyümü zəncinin saçından artıq. 



                                                                                                            

90

Yəməni qılınca içirmiş zəhər, 



Boynundan sallanmış belinə qədər. 

Kəməndi tamğaclı qaşına bənzər, 

Çaçların qurduğu yay kimi çənbər

113


Ipək bir çul salmış kəhər atına, 

O, fil gövdəsiylə çapdı meydana. 

Cilovu sürətlə atdı yəhərə, 

Hücuma keçirkən çəkdi bir nərə. 

Necə bir kəkliyə şığıyar tərlan, 

Dünyaya al günəş doğar ucadan, 

Elə bir sürətlə sərkəş, filbədən 

Düşmənin üstünə atıldı birdən 

Bağırdı: "Ey qara qarğa, ol sayıq, 

Qarşında şahindir, sakit ol artıq. 

Noxtanı çəkməsən yoldan kənara, 

Dünyanı edərəm üzündən qara. 

Üz-gözün onunçun qaradır, inan, 

Qarşımda qaçarsan kəskin qılıncdan. 

Gəl, getmə, qızardım qara üzünü, 

Saçından qıvırcıq edim özünü. 

Güzgütək parlayan qılınc pas tutur, 

Güzgüyəm, məndən hər zənci yas tutur. 

"Ağlıq" ağlıq alır xəstə gözlərdən, 

Qılıncın qızartı alar üzlərdən. 

"Mən divəm - deyirdin, - xörəyim adam", - 

Məni ye ki, divdən lətif adamam. 

Qılınc oynatmağı sizdə yox bilən, 

Indi gəl, qüvvətli qolumdan öyrən! 

Yerindən tərpənmə, çox gəlmə yaxın, 

Yoxsa ki, başını öpər ayağın. 

Mən ərəb huşlu bir Rum sərvəriyəm, 

Zənci öldürən bir sübhün nuriyəm

114


Fil kəskin qolumdan bir qılınc yesə, 

Filban Nil küpünə atar əlbəsə

115


Daşlar oxlarımdan halqa geyəndə

Qulağına halqa taxarsan sən də". 

Sözləri bitincə qalxdı yəhərə, 




                                                                                                            

91

Cilovu buraxdı, çəkdi bir nərə. 



Sərxoş aslan kimi elədi həmlə, 

Aslanca bir toppuz almışdı ələ. 

Toppuzu vurdu şah elə qüvvətlə, 

Elburus dağına düşdü zəlzələ. 

Poladın açdığı dərin yaradan 

Qalmadı abinus ağacında can

116



Qol, boyun, ayaq və köks, gövdə, baş



Girdi bir-birinə, oldu xurdü xaş. 

Zəracə həyatdan olunca rahət, 

Meydana atıldı başqa bir heybət, 

Xurma ağacından uca pəhləvan, 

Elə bir ağacdan qorxardı bağban. 

Hücuma keçincə o kinli qara, 

Padşaha buraxdı odlu bir yara. 

Zirehə təsiri olmadı, zənci 

Buludtək bağırdı, uçdu sevinci. 

O qara buluda qızdı hökmüran, 

Çəkdi ağ nəhəngi qara qınından

117


Hücum eləyəntək aslan ceyrana 

Bir zərbə endirdi o pəhləvana. 

Xurma ağacının uçdu kəlləsi, 

Ağacdan düşdü bir zənci gövdəsi. 

Çıxdı bir başqası "Aslanam" deyə, 

Özünü o zənci durdu öyməyə: 

"Bir qara buludam, zənci dağından, 

Qılıncım yağdırır əъdaha, aslan. 

Bu ağır dağların çəkisi mənəm, 

Qapqara zənciyəm, bir filbədənəm. 

Başından biçərəm qocaman fili, 

Içimə çəkərəm o daşqın Nili. 

Zəhərli dəmirim kimi dişləsə

Qaradan biçərəm ona əlbəsə. 

İskəndər gördü bu hədyan danışan 

Nafini müşk ilə yoğurdu qandan. 

Qılıncı qaldırdı uca boyuna, 

Başından bir zərbə endirdi ona. 



                                                                                                            

92

Ondan da müdhiş bir qara hiddətlə



Atıldı qarşıya çox cəsarətlə. 

Padşahın qılıncı çıxdı birinci. 

Toz, torpaq içində fırlandı zənci. 

Meydana atıldı başqa bir qara, 

Onun da gözünü yumdu bir yara. 

Qorxaq zəncilərdən heç bircə nəfər 

Döyüşə çıxmadı axşama qədər. 

Şan, zəfər olunca şahın yoldaşı 

Döndü ordugaha, ucaldı başı. 

Günəşin gül rəngli donu dönərkən 

Mavi bir rəng aldı Nilin küpündən. 

Alaca göylərə keşik çəkənlər 

Alamtıl gecəyə aydınlıq ələr. 

Keşikçi adəti üzrə ayıqdı, 

Ulduzu sayandan daha sayıqdı. 

Zənci qarovulu, Rum qarovulu 

Keşikdə dayanıb güdərdi yolu. 

Günəş, dan sökərkən gülümsəyərək 

Neylufər günbədə vurunca bəzək, 

Zərnişan xeymədən çıxdı İskəndər, 

Hərb üçün meydana çıxardı əskər. 

Bir məhmiz vurdu o sərkəş tərlana, 

O, suyu od kimi sürdü meydana. 

Mərkəzi aldı öz əlinə, sonra 

Cinahı tapşırdı pəhləvanları. 

Sağ-sola dəm dəmirdən çəkdi bir hasar, 

Möhkəm bir təməldə düzüldü dağlar. 

Zəncilər, həbəşlər hey ordu-ordu 

Əlində qılınc, ox meydanda durdu. 

Cəbhənin qəlbində durmuş zəncilər, 

Sağında həbəşlər, solunda bərbər. 

Boru gurlayınca şah qapısından, 

Zəncilər zəng çaldı, qızışdı meydan. 

Qaramtıl bir bulud gurlayıb çıxdı, 

Qılıncın şimşəyə göylərə axdı. 

Ordular qopardı elə bir nərə 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə