Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə21/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   17   18   19   20   21   22   23   24   ...   113

                                                                                                            

85

Çağır ki: "Beynini gətirin görək, 



Olmazmış belə bir ləzzətli yemək. 

Bilsəydim ki, zənci ətindən təam 

Edərmiş vücudlu belə sapsağlam, 

Rum əsirlərini bəsləməzdim mən, 

Hər zaman yeyərdim zənci ətindən. 

Bilsin o adamcıl, müdhiş canavar, 

Ondan iti dişli insan yeyən var." 

Bununla sönər o kin saçan ocaq, 

Dəmiri dəmirlə olar yumşaltmaq. 

Həyata keçirsək bu tədbiri biz, 

O güclü qolları yenərik şəksiz. 

Qurdluqda mümkündür qurtulmaq qurddan, 

Cəhlə qarşı verər cəhalət ziyan." 

İskəndər əmr etdi: rum əsgərləri 

Gizlində dolaşsın düşmən yerləri. 

Yollardan keçərkən məğrur zəncilər 

Əsir götürsünlər bir neçə nəfər. 

Əmrinə igidlər baş əydi bir-bir, 

Zəncidən aldılar bir neçə əsir. 

Döndülər şah olan xeyməyə sarı, 

Təslim eylədilər o düşmanları. 

Əsirlər hüzura gəldiyi zaman 

Üzləri qaraydı, başları al qan. 

Padişah yerindən tez kükrəyərək 

Şikar arxasınca düşən aslantək 

Əmr etdi, birini dərhal qapdılar, 

Başını dağ kimi vurub çapdılar. 

Verdilər mətbəxə ki, al bu başı, 

Padşaha hazırla bir zənci aşı. 

Aşpaza başqa tövr anlatdı bunu, 

Nə sayaq oynasın müdhiş oyunu. 

O biri zəncilər qorxaraq durmuş, 

Bu qanlı adətdən boynunu burmuş. 

Padişah əmr etdi: açılsın süfrə, 

Hər çeşid yeməkdən düzülsün yerə. 

Qoyunun pörtülmüş ətindən aşpaz 




                                                                                                            

86

Süfrəyə düzdükcə keyfi oldu saz. 



Ceyran dərisini yırtantək aslan 

Dişiylə didərək başı hökmüran, 

Başını oynadıb ləzzətlə yedi, 

"Ox, belə bir yemək yemədim - dedi. 

Nə qədər dadlıymış zəncinin əti, 

Verməz başqa ətlər böylə ləzzəti. 

Zəncinin ətindən kabab yaxşıdır, 

Yanında qırmızı şərab yaxşıdır. 

Tək zənci budundan yeyərəm kabab, 

Dadlıdır, duzludur, xoş gəlir şərab". 

Zəncilər önündə qoyun başından 

Zənci başı deyib yedi hökmüran. 

Müdhiş əъdahanı görüncə belə 

O qara ilanlar dağıldı çölə. 

Ordunun içinə döndü zəncilər, 

O qara günlərdən verdilər xəbər: 

- Əъdaha yeyənmiş bu insanxəyal. 

Nəhəngdir, bizlərə verdi çox zaval. 

Elə bir ləzzətlə yeyir zəncini, 

Sanki zənci yeyir badam içini. 

Bir zənci başını keçirsə ələ, 

Qoyunun başıtək yeyir ləzzətlə. 

Zəncinin qəlbinə çökmüşdü qorxu, 

"Biz ipək sanırdıq, cod palazmış bu!.."

108

Alovlu şölələr get-gedə söndü, 



Qızğın atəşlərə soyuq göründü. 

Ertəsi günü quş qanad açınca. 

Fələyin başından duman uçunca, 

Gecəyə bağırdı xoruz hiddətlə, 

Təbillər gurladı, coşdu şiddətlə. 

Şeypurlar kin ilə gurlar, elə bil 

Məhşərdir, surunu çalır Israfil. 

O öküzquyruğu şeypurlar ötdü, 

Göydəki Öküzün partladı ödü. 

Coşdu qurd gönündən olan nağara, 

Dünyanın beynini gətirdi zara. 



                                                                                                            

87

Igidlər köksündə çırpınan ürək 



Dərindən inlədi türkün nayıtək. 

Yer dimağındakı odlu zərbələr 

Çırağın beynində şöləyə bənzər. 

"Çəkil, çəkil" deyə o polad oxlar 

Fillərin belində tuturdu qərar. 

Hər polad qılıncdan parladı şimşək 

Buludlu gecədə axan ulduztək, 

Qalxaraq yerindən hər iki ordu 

Başqa bir təhrdə yenə səf qurdu. 

Sanki iki bulud baş-başa qoşdu, 

Iki od dənizi köpürdü, coşdu. 

Rumlarla zəncilər hərbə girərək 

Qarışdı iki rəng alan qabantək. 

Quş kimi atların polad nalından 

Yer oldu igidlər qanıyla əlvan. 

Qol qıran oxların vıyıltısından 

Kimsədə nə bədən qalmışdı, nə can. 

Qılınc güzgüsündən şəfəqlər axdı, 

Bu şəfəq günəşdən daha parlaqdı. 

Rumlular elə bir bayraq ucaltdı, 

Yerə ox, göylərə kəməndlər atdı. 

Cəbhənin qəlbində durmuş İskəndər, 

Sağ-solu bəzəkli bir alay əskər. 

Qarşıda zəncilər kin ilə durdu, 

Çıxardı Bisütun kimi bir ordu. 

Qocaman fillərin ağır səfləri 

Elə bil uzanır bir dağ kəməri. 

Əqiq kimi gözlər, süngü kirpiklər. 

Dəmirdi xortumdan quyruğa qədər. 

Hər filin belinə taxt qoyulmuş ac, 

Üstündə bir zənci, başında bir tac

109


Meydanda bir nərə vuranda filə

Atəşi canına salır vəlvələ. 

O qədər fil gəldi, dolaraq meydan 

Hər tərəf qaraldı fil ayağından. 

Fillərin yanınca gedən piyada 




                                                                                                            

88

Hər yerdə yüz fili salırdı bəndə



110

Meydanın ayini bitincə, artıq 



Ürəkdən silindi sevgi, insanlıq. 

Zəracə adlı bir qara pəhləvan 

Ortaya atıldı, oxudu meydan. 

Fil kimi kükrədi toppuz əlində, 

Bir tutar qoymadı fillər belində. 

Bir qara ilandı qurddan füsunkar, 

Qabarıq, şişkin bir böyük başı var. 

Geniş ağzı sanki qara bir qazan, 

Baxanın ağarır gözü qorxudan. 

Dəmir cövhərindən küpdür bu qaya, 

Içinə tökülmüş qapqara boya. 

Sinəsi bir polad qalxandan qurma, 

O div gövdəsini hələ heç sorma. 

Gördünmü başında qotaz bir bayraq? 

Bu zənci bayrağın eyniydi ancaq. 

Mahcası bənzərsə çevrilmiş tasa, 

Gözləriydi içi qan dolu kasa. 

Zənci çox öyündü: "Mən bir sərkəşəm, 

Tüstünün altında yanan atəşəm. 

Polad çeynəyən fil, Zəracə mənəm, 

Fillərin belində şərab içənəm. 

Qədəhi vurunca sərxoş olaraq 

Filləri zərbəmlə edərəm çolaq. 

Meydanda əl atsam kəskin qılınca 

Dağları edərəm mən parça-parça. 

Qarşıma çıxarsa qızmış bir aslan, 

Şimşəkli buludam, qoparram tufan. 

Coşarsam, atından salaram Nili, 

Bu rüxüm piyada buraxar fili

111


Silahım göyərmiş aslan canından, 

Mənim öz vücudum silahdır, inan. 

Ürəyim almazdır, vücudum dəmir, 

Bu almaz, bu dəmir mənimçün nədir? 

Başımı qürurla qaldırsam əgər, 

Etmərəm atəşdən, dənizdən həzər. 

Yırtaram böyrünü hər pəhləvanın, 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə