Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə29/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   25   26   27   28   29   30   31   32   ...   113

                                                                                                            

117


Varmış bir təbii, qızıl yumurta. 

O incə naxışlı şahanə büsat 

Verərdi görənə təzə bir nişat. 

Dilini o qasid edincə polad, 

Köhnəlmiş xəracı eləyincə yad, 

Bağırdı: "Möhkəmdir başımdakı tac, 

Qızmış bir aslandan alınmaz xərac. 

Başqa bir ayinə girmişdir cahan, 

Qalmamış o qızıl yumurta doğan. 

O köhnə büsatı bu dövran sildi, 

Keçmiş ayinlərə qələm çəkildi. 

Hər zaman cəvahir çıxarmı daşdan? 

Dünya gah sülh istər, gah vuruş, gah qan. 

Bu qədər qürurla çəkmə boş nəfəs, 

Qılıncla cavab ver, danışma əbəs. 

Yetməzmi qılıncım qan dama-dama 

Taxtını çəkməmiş mənim altıma? 

Mənim də var ikən qılıncım, taxtım, 

Lakin bu dünyanı sənə buraxdım. 

O qədər səndə var cəlal, təmtəraq, 

Mənə də belə bir guşəni burax. 

O yerə yetirmə "gücüm var" deyə, 

Səninlə çarpışım pəncə-pəncəyə. 

Ataraq hörməti, rəsmi, həyanı 

Kinimlə coşdurum qəlbimdə qanı. 

Şah eşitmədimi edərkən savaş

Qopardım zəncidən mən nə qədər baş? 

Bir at çapmağımla getdim mən hara, 

Atdım dikbaşları toz-torpaqlara. 

Bir şah ki, şahlara verir taxt və tac 

Miskinlər kimi heç verirmi xərac? 

Məndən Misri istə, istəmə gövhər, 

Misir qızılıtək sözə ver zivər. 

Bax, sərvət, dövlətim qalxmış nə yerə, 

Tələb et məndən öz rütbəmə görə. 

Qaldırma fitnəni, coşdurma kini, 

Gəl, viran eləmə Iran mülkünü! 



                                                                                                            

118


Çatmışdır əlinə böyük məmləkət, 

Şükr elə, yetməzmi bu qədər dövlət? 

Zamanın meylini gəl dolandırma, 

Bu fikrə qələm çək, su bulandırma. 

Istəmə verilməz şeyi, padişah! 

Rəftar et, necə ki, edir iki şah". 

Qasid eşidincə bu sərt xəbəri 

Zehnindən silindi bütün sözləri. 

Dərgaha üz qoydu dərdlə, möhnətlə. 

Atəşli şimşəkdən daha sürətlə. 

Elə ki, açıldı qasidin dili, 

Ikiqat büküldü o sərvin beli. 

Bu ağır cavabı eşitdi Dara, 

Bağrını dəldi ən kinli bir yara. 

"Kimdir o sikkəsiz, cəsarət etsin, 

Dara sikkəsilə rəqabət etsin?" 

Kinindən o andı bir neçə dastan, 

Saraldı eşidən kəslər qorxudan. 

Zəhərli gülüşlə dolaraq kinə, 

Dedi: "Bax bu azğın çərxin işinə, 

Bu zülüm deyilmi edir fələklər? 

Daraya kükrəyir miskin İskəndər. 

Qaf dağı olsa da, gözünü silsin, 

O kimdir mənimlə çarpışa bilsin? 

Bir tərlan yanında bir çibin nədir? 

Coşqun bir dənizdən kiçik qətrədir." 

Başqa bir qasidi göndərdi Dara, 

Kin ilə gözünü dikdi yollara. 

Qasidə tapşırdı bir top, bir çövkan, 

Bir çuval küncüd də verdi ərməğan

126



Hədiyyə sirrini öyrətdi ona, 



Sevindi qurduğu incə oyuna. 

Daranın verdiyi tapşırıqları 

Bilərək, üz qoydu Yunana sarı. 

İskəndər qəsrinə basınca ayaq 

Atəşdə mum kimi şölə saçaraq, 

Ədəblə qeysərə baş əydi öncə. 




                                                                                                            

119


Pərəstiş və ayin başa gəlincə 

Söz düyümlərini sürətlə üzdü, 

Söylənən sözlərdən bir inci düzdü: 

"Canlara hakimdir fərman verənlər, 

Buyruq qullarıdır göndərilənlər. 

Şövkətli padişah versə hər əmr, 

Itaət eyləmək bir vəzifədir". 

İskəndər bildi ki, bu üzr istəyən 

Ağır bir fərmanla gəlmiş yerindən. 

Acıqlı gülərək dedi: "Ərz qıl!" 

Qasidin dilindən açıldı qıfıl. 

Qasidin Daradan gətirdiyi mal 

İskəndər önündə qoyuldu dərhal. 

Elə ki, mətahı ortaya saçdı, 

Daranın əmrindən qasid söz açdı. 

Başladı çövkandan, topdan əvvəlcə: 

"Uşaqsan, sənə top olsun əyləncə, 

Istəyin mənimlə çarpışmaq olsa, 

Qəlbinə boş yerə sıxıntı dolsa, - 

Küncüdü saraya səpərək durdu, - 

Qarşına çıxarram bundan çox ordu". 

Dünyanı sarsıdan böyük İskəndər 

Gördü bu fallarda şanlı bir zəfər. 

Bir məsəl çəkdi ki, qaçdığı zaman 

Hər şeyi qarşıma çəkər bu çövkan. 

Onunçun göndərmiş Dara çövkanı

Özümə çəkim bu köhnə dünyanı. 

Yuvarlaq bu topu hər heyətşünas 

Yerin kürəsiylə eyləmiş qiyas. 

Şəhriyar onunçun göndərmiş bunu, 

Çövkanla qazanım onun topunu. 

Daranın fikrini bilincə salar 

Kinini küncüddə etdi aşikar. 

Küncüdü dağıtdı evə, eşiyə, 

Quşları səslədi, dənləsin deyə. 

Darıya daraşdı saray quşları, 

Qalmadı bu yerdə bir dənə darı. 



                                                                                                            

120


Bu cavabda elə qəti məna var, 

Küncüdün yağını sıxıb çıxarar. 

Küncüddən çox olsa Dara qoşunu, 

Mənim də quşlarım dənləyər onu. 

Üzərlik doldurdu kiçik çuvala, 

Qasidə verincə dedi: "Çıx yola

127



Dara küncüd qədər çıxarsa ordu, 



Mənim də ordumun qədəri, bax, bu!" 

Qasid İskəndərdən eşidib bunu, 

Yüklədi ulağa ağır yükünü- 

Daraya Yunandan gətirdi cavab, 

Bu ağır cavaba kim gətirər tab? 

Daranın cavabdan qızardı gözü, 

Çünki çox güclüydü düşmənin sözü. 

Ədavət bağladı hiddətlənərək, 

Iranın xalqından istədi kömək: 

Çin, Xorəzm, Ğəzneyn, Qur mahallarından, 

Yer dəmir kəsildi heyvan nalından. 

Bir ordu düzəltdi Qaf dağı qədər, 

Hamısı daş, dəmir çeynəyən əъdər. 

Bu böyük orduya san verən zaman, 

San verən qalmışdı bu işdə heyran. 

Döyüşkən ərlər ki, at oynadırdı, 

Təxminən doqquz yüz minə çatırdı. 

Böyük şəhriyarın böyük ordusu 

Bir coşğun dənizdi, yoxdu qorxusu. 

Kin ilə Yunana doğru yol açdı, 

Keçdiyi yerlərdə bayquş ulaşdı. 

Axdı dəniz kimi Ermənistana, 

Gülək də çatmadı onun tozuna. 

Ölkələr aşırdı Yunana qədər, 

Qurular titrədi, coşdu dənizlər. 

O dikbaş atların polad nalından 

Çöllərdə otlardan qalmadı nişan. 

Günəş də düşsəydi şahın ardına 

Qalardı gəzdiyi yerlər virana. 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə