Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə31/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   27   28   29   30   31   32   33   34   ...   113

                                                                                                            

125


Ipəyin üstündə müdhiş əъdaha, 

Baxanlar qorxudan baxmaz bir daha. 

Qıvırcıq qara bir qotaz başında, 

Sanki bir buluddur dağın qaşında. 

Bir qara qartaldı, qanadı nurdan, 

Görürdü onu hər uzaqdan baxan. 

Tərpəndi əъdaha heybət əskərlər, 

Başında əъdaha peykər İskəndər. 

Dünya bu şurişdən dəhşət alaraq, 

Nə üçün? - Bir ovuc torpaqçün ancaq! 

Hiyləgər dünyaya aldanma, burax, 

Qurdu aslanlıqla olur bağlamaq, 

Qapaqlı xonça bil köhnə dünyanı, 

Gah halva yedirir, gah ciyər qanı. 

Yer çuxur, göy isə uca və parlaq, 

Biri qan teştidir, o biri torpaq. 

Hər teştin üstündə yazılmış çoxdan 

Siyavuş qanıtək bir çoxlu dastan. 

Bir məhsul verər bu dünyanın bağı, 

Al qana batırır bütün torpağı. 

Bu teştə kimsənin girməz naləsi, 

Köməyə buraxmaz bu yol heç kəsi

Indi ki, fəryada yetişməz bir kəs, 

Kömək istəyənlər çıxarmasın səs. 

Səsinə pərdənlə çək mətin hasar, 

Sakit bir yaşayış eylə ixtiyar. 



DARANIN SƏRKƏRDƏLƏRİ İLƏ  

MƏSLƏHƏTİ 

Dur, tövbə yandıran odu al, saqi, 

Başıma o meylə atəş sal, saqi! 

Xoşdur bu məclisdə parlasın günəş, 

Şam kimi başımda yansın bu atəş. 




                                                                                                            

126


Aqillər kam alır yaxşılıqlardan, 

Tanrı köməyinə sığınır hər an. 

Ədalət mülkündən kim üz çevirsə, 

Ona aqil deməz ağıllı kimsə. 

Insana bu ağıl gözəl qonşudur, 

Heyif ki, pislərlə oturur, durur. 

Ağılsız kəslərlə oturub duran 

Ağıldan, şüurdan deməsin dastan. 

Koxanın əlindən olanlar azad 

Bu kənddə ev tikib düzəldər abad. 

Sən də bu yükünü boynundan atsan 

Qorxmazsan hər alçaq boyun vurandan. 

Ancaq öz varınla ol coşğun ümman, 

Götür öz faydanı öz varlığından. 

Özünə ölüncə özün ol qonaq, 

Ağac ol, özündən doğur qol-budaq. 

Yedi özgə malın barama qurdu, 

Nazildi barmaqtək, yediyin qusdu. 

Ən qoca bir möbid rəvayət edir, 

Ağıllı kəslərə hekayət edir: 

Rum şahı gedirdi böyük şövkətlə, 

Qılıncla, qoşunla, varla, dövlətlə. 

Hər yerə yayıldı bu qızğın xəbər: 

Rum elindən gəlir qorxunc bir əъdər. 

Daranın məhvinə hazırlanaraq 

Hər çeşid silahla qaldırmış bayraq. 

Bu xəbər bayramtək sardı hər yanı, 

Çünki yaxmış idi Dara dünyanı. 

Bir sözlə, məmləkət, əhali, ölkə

Zalimin əlindən gəlmişdi təngə. 

Daraya hər ölkə bəslərdi nifrət, 

İskəndərə isə məhəbbət, hörmət. 

Bu işdən Daraya verdilər xəbər, 

Dənizdən dalğatək keçdi İskəndər. 

Sınaqlı kəsləri çağırdı Dara, 

Ağıllı başlardan istədi çara. 

Nə sayaq girişsin düşmənlə hərbə, 



                                                                                                            

127


Düşmənə nə sayaq çalsın qələbə? 

Nə tədbir göstərir qoca rəhbərlər? 

Döyüşdə basılsın rumlu İskəndər. 

Görmüşdür enərkən düşmən ordunu, 

Döyüşün taleyi qorxutdu onu. 

Dərdinə bir çarə demədi bir kəs, 

Kimsədən çıxmadı bu barədə səs. 

O məclis bilirdi: Dara sərkəşdir, 

Yaxmaqda amansız, qızğın atəşdir. 

Kimsənin sözünü tutmaz, dinləməz, 

Onunçun durmuşdur dinməz-söyləməz. 

Məclisdə vardı bir adlı pəhləvan, 

Həsəbi, nəsəbi, Zəngə-Şaviran, 

Adı Fəribərzdi, gövdəsi bir dağ, 

Vücudu poladdı, qolu bir çomaq. 

Məclisə çağrılmış bu igid kişi 

Gözəlcə bilirdi bütün keçmişi. 

Daranın taxtına etdi çox səna: 

"Uğurlu məclisin yar olsun sana, 

Dünyada hər zaman anılsın adın, 

Fələk dövr etdikcə gülsün muradın. 

Keçmişdə eşitdim ulu babamdan, 

Nəsihət yolunda etmişdi bəyan. 

Keyxosrov dünyadan edərkən səfər 

Cavahir camından vermişdi xəbər

129


Yaxın bir zamanda dövlətin taxtı

Alçalar və sönər ulduzu, baxtı, 

Rum elindən çıxar müdhiş bir sərkəş, 

Hər atəşgədəyə vurar bir atəş. 

Bu Iran büsbütün mal olar ona, 

Qürurla oturar Kəyan taxtına. 

Durmaz bir ölkədə, cahan fəth edər, 

Bir zaman özü də məhv olub gedər. 

Həmən şəxs olmasın rumlu İskəndər? 

Bu düşmən olursa, ondan et həzər. 

Adını buza yaz, bizim torpağa 

Qoyma bu düşməni ayaq basmağa. 



                                                                                                            

128


Ondan bu ölkəmiz görməsin ziyan, 

Xəzinə yolunda yoxsul verər can. 

Bir hiylə qurmalı, itaət etsin, 

Yalnız Rum mülkünə qənaət etsin. 

Xoş hiylə acıqdan xoşdur hər zaman, 

Su səpmək yaxşıdır atəş yaxmaqdan. 

Hər zaman qolunun gücünü yoxla, 

Tərəzi gözünü bərabər saxla. 

Elə iş görmə ki, doğsun sənə kin, 

Dəmirə tez təsir etsin sükahin

130



Aslanlıq heybəti getsə aslandan 



Başını bir qatır əzər o zaman. 

Dünyanı namusla olur saxlamaq, 

Onunla ucalır dövlət və bayraq. 

Baş qoşma onunla, iş keçər, gedər, 

Dara rütbəsilə böyüklük edər. 

Qızıl öz vəzninn versə arpaya 

Qızıl qiymətiylə çıxar ortaya

131


Çox zaman yırtıcı qızğın bir aslan 

Torpağa sərilir incə tikandan. 

Əqrəblə bağlasan düşmən kimi kin, 

Baxma çox ucadan, olma çox əmin. 

Neştərli çibindən gəl qorun sən də, 

Nəmruda əmr etdi: "Mənə ol bəndə!" 

O şəxsə ram olmuş dünya əzəldən, 

Döyüşdə mərdliyi verməmiş əldən. 

Tox ilə ac kabab yesə bir yerdə, 

Tox adam kababdan düşəcək dərdə

132


Hətta öz qadının, övladın olsa, 

Parçalar, ortaqlı paltarın varsa. 

Oğlunun boyuna gəlsə paltarın. 

Məhəbbət gözləmə, gedəcək varın. 

Olduqca boy atsa yeni bir fidan, 

Sərv ondan, şübhəsiz, görəcək ziyan. 

Yaramaz böyüklər sözündən qaçmaq, 

Ağıllı sözlərə çevirmə yarpaq! 

Dünyanı təcrübə etdikcə bir-bir. 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə