Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə34/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   30   31   32   33   34   35   36   37   ...   113

                                                                                                            

137


Məclis qur, ulduzlar nur verdi yerə, 

Firiştə qapını açmış göylərə

136



Keyxosrovun tacı səadət arar, 



Bilmirəm kim kimin başından qapar? 

Bu köhnə zəmanə kimə olar yar? 

Ulduzlar kim ilə olar vəfadar? 

Bu göyə atdığın tozdan, torpaqdan 

Mənə yox, özünə yetişər ziyan. 

Baş mənəm, başqalar mənə əl-ayaq, 

Nə gərək başını boş yerə qırmaq? 

Öz sillən toxunar öz yanağına, 

Baltanı vurarsan öz ayağına. 

Gənclik qüruruyla şaşmaq əbəsdir, 

Qəmənlə boynunu qaşıma, bəsdir! 

Qılıncım tək sənə açmamış oyun, 

Saysız dik başlardan qoparmış boyun. 

Mənimlə munisdir şahların baxtı, 

Cəmşidin əklili, Kavusun taxtı. 

Bərkliyi çəkməklə dəmir, poladam, 

Ruyintəndir mənim şöhrətli babam. 

Yağışdan qorxarmı qocaman qurdlar? 

Onların ipək yox, dəri kürkü var. 

Bəxtiyar kimsənin alınmaz baxtı, 

Satın almaq olmaz tac ilə taxtın. 

Isfəndiyar köçmüş dünyadan əgər. 

Nəsəbin yetişər Bəhmənə qədər. 

Bəhmən də şahlığı atdığı zaman 

Dünyaya mən oldum böyük hökmüran. 

Məndədir Bəhmənin aslan ürəyi, 

Həm Isfəndiyarın polad biləyi. 

Onlardan yadigar bu gün mənəm, mən! 

Zorda Isfəndiyar, ürəkdə Bəhmən! 

Kəyan nəslindənəm, mən yenilmərəm. 

Başqalar əlaltı, tək əsil mənəm! 

Böyük səhv etmisən məni ölçərkən, 

Bəhmən qüvvətiylə ölçməmişsən sən. 

Babamın mülkünün sahibiyəm mən, 




                                                                                                            

138


Gəl öz sahibinə üsyan etmə sən. 

Tutduğun işlərdən tez ol peşiman, 

Düşün ki, bir fayda verməz sonradan! 

Çox igid olsan da, qızışma ancaq. 

Aslanın izinə, gəl basma ayaq! 

Gəl etmə qabalıt, həlim ol, yumşal! 

Oynatma yerimdən, öz yerində qal! 

Yurdunu talaram, kini tərpətsən, 

Ölkələr verərəm bir rica etsən. 

Dağ kimi ağıram, mətanətliyəm, 

Hökmümdə amansız, həm də qətiyəm. 

Sən məni-tərpətmə, tərpənər dünya

Bir kərə demişəm, dedim bir daha!" 

Dara məktubunu şaha oxuyan 

Kəskin sözlərini edincə bəyan, 

İskəndər əmr etdi: "Oynasın əlin! 

Ona bir cavab yaz bundan da kəskin." 

Katibi qələmlə göstərdi hünər, 

Məktubu bəzədi hər çeşid gövhər. 

Yazdı bu məktubu elə sənətlə, 

Fələklər əlini öpdü hörmətlə. 

Dəyərli məktubun başı qapandı, 

Naməni alaraq qasid yollandı. 

Daranın katibi məktubu açdı, 

Hər rəngin nüktədən yüz gövhər saçdı. 

Oxuyub gördü ki, gövhərdir hər söz, 

Düzdüyü dürlərdən ayrılmayır göz. 

DARANIN MƏKTUBUNA 

İSKƏNDƏRİN CAVABI 

"Anaram tanrını, haq qüdrətini, 

Torpaqdan yaradır hər göyərtini, 

Bu uca göylərə ülviyyət saçan, 

Ağıllı kimsənin gözünü açan, 



                                                                                                            

139


Dünyanı yaradan hər şeydən qəni, 

Kimsəsiz kimsənin kömək edəni, 

Dünyaya insanla verdi yaraşıq, 

Göyləri yerlərə bağladı artıq. 

Suyun qılıncına yer oldu qılaf, 

Günəş çeşməsitək parlatdı şəffaf. 

Bəndəlikdən uzaq o pərvərdigar, 

Onda nə pozulmaq, nə qocalmaq var. 

Ona şahiddir hər gözə görünən, 

Varlıqlar hissədir onun mülkündən. 

Hər varlıq isbata möhkəm bir dəlil, 

Dünyada bir şeyə o möhtac deyil. 

Bir şeyi yaratmaq istərsən, əlbət, 

Sənə də, mənə də gərəkdir alət. 

O hər şey yaradır, lakin alətsiz, 

Idraka bu ağlın gücü yox hərgiz. 

Hər ağıl tanrıdan öyrənir bilik, 

Ürəklər tilsimdir, edər bəndəlik. 

Hökmü, hikmətiylə doludur cahan, 

Hökmdə aşkardır, hikmətdə nihan. 

Bu sadə səhradan uçuşan ruhlar 

Ondan gəlmiş, yenə ona qayıdar. 

Hər qəlbə, hər gözə ondandır işıq, 

Mənə də, sənə də o verdi şahlıq. 

Hər varlıq, hər yoxluq onun hökmündə, 

O ulu tanrıdır, bir kiçik bəndə. 

Bəxşişi bol olan bu pərvərdigar 

Əcəbmi məni də etsə tacidar? 

Söylə, ey şəhriyar, ey bəxti uca, 

Anandan çatdınmı bu taxta, taca? 

Sənə də şahlığı vermiş yaradan, 

Hər verən şeylərə baxma ucadan, 

Nemətə xor baxmaq olmaz, tacidar! 

Xor baxan bəndəni sevməz bir dindar. 

Dünyada sərxoş da, huşyar da olsan, 

Əmrindən boynunu qaçırma bir an. 

Pənahım olursa o pərvərdigar, 



                                                                                                            

140


Əcəbmi məni də etsə tacidar? 

Böyüklük etməyi bacarram mən də, 

Qılınc oynadaram aslan önündə. 

Qılıncla təxtü tac ala bilərəm, 

Ayı da kəməndə sala bilərəm. 

Cəmşid tarixini oxu bir daha, 

O ayı gör necə uddu əъdaha

137


Haman əъdahaya sonra Firidun 

Əъdaha gücüylə açdı nə oyun?!

138


And olsun yer-göyü quran tanrıya 

Ki, ondan bu yer-göy almışdır maya. 

Tanrıdan bir kimsə tutmasa xəbər, 

Demək, yox başında şüurdan əsər. 

And olsun keçmişin rəhbərlərinə, 

Bizim dinimizin peyğəmbərinə, 

And olsun Ibrahim qoyan sühüfə, 

O dinçin tanrıya şükür min dəfə. 

O Iran xalqına əl taparsam mən, 

Silərəm Zərdüştün dinini yerdən. 

Nə atəş qoyaram, nə atəşgədə, 

Odlar da şölədən yanar bu dərdə. 

Bu közəl mərasim, bu ayin, bu yol 

Ulu babalardan qalmış, əmin ol! 

Bu müşkün qoxusu duyulmamaqçin 

Onu çör-çöp ilə gizlətmək neçin? 

Xurma ağacına kəməndi atan, 

Əlbəttə, yeyəcək xurmanı asan. 

O külün bostanda başı yüksəlir 

Ki, gözəl rəngi var, həm saçır ətir. 

Bilsə ki, mərdliyi, qol qüvvəti var, 

O zaman başını maral dik tutar. 

Aslanlar içində odur ən vəhşi: 

Pəncəsi itidir, kəskindir dişi. 

Bir maral budu var. iki ac aslan. 

Kababı kim yeyər? Ən güclü olan! 

Iki fil xortumu çarpışır, demək, 

Bunlardan ən güclü üstün gələcək. 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə