Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə42/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   38   39   40   41   42   43   44   45   ...   113

                                                                                                            

170


Nə şeydir ordunu qorxuya salan?" 

Davada sınanmış qoca namidar 

Dedi: "O pəhləvan olur bəxtiyar 

Ki, səntək padşahın ordusundadır, 

Səninlə özünü bir ordu sanır, 

Uca fərmanınla bu zəif torpaq 

Səninçin bir möhkəm qələ quracaq. 

Eşitdim bir keçmiş döyüşçüdən mən: 

Ürək qüvvətlidir can qüvvətindən. 

Şahım, ordu çəkmək cəsarət istər

Heç aciz qalarmı igid hünərvər? 

Ordunu meydana çəkərkən gərək 

Padişah ummasın ondan bir kömək. 

Mətanət sənindir, kömək tanrıdan, 

Bunlardır ordunu mətin saxlayan. 

Düşməni yenərkən unutma bunu: 

Bağlama düşmənin qaçmaq yolunu.. 

Ümidin qırılsa, ürəkdən çalış, 

Mərdin qulağını buran olmamış. 

Uğurlu zamanda zəfər gözləyən 

Düşmən qorxusunu silsin könüldən. 

Zal oğlu söyləmiş mərd Fəramərzə: 

- Könlünü qırma, sal Əlbürzə lərzə. 

Bəhmənə söyləmiş həm Isfəndiyar: 

- Qəlbini qırmayan bir ordu qırar. 

Çünki öz qəlbini qırmışdı Dara. 

Qanını qorxaqlıq tökdü daşlara. 

Qorxulu ürəklə meydana girdi, 

Lakin qorxusunu o gizlədirdi. 

Qəlbinə bir işıq salmadı dövlət, 

Oldu bu döyüşdə torpağa qismət." 

İskəndər yenidən soruşdu ondan: 

"Ey illər yaşamış qoca pəhləvan, 

Eşitdim, Zal oğlu atın belində 

Tək həmlə edərmiş dava çölündə. 



                                                                                                            

171


Özünü orduya vurduğu zaman 

Qaçardı ordular qarşı durmadan. 




                                                                                                            

172


Səbəb nə, kəskin bir qılıncdan belə

Qorxaraq bir ordu dağılır çölə?" 

Gözəlcə bir cavab verdi pəhləvan: 

"Söylərkən dilimiz dönər çox zaman

162



Doğrudur, Rüstəmin qurduğu tədbir 



Ən igid ərləri dənlərdi bir-bir, 

Başçılar düşüncə qara torpağa 

Ordu da qorxaraq başlar qaçmağa. 

Kim ki təkbaşına bir ordu yenər. 

Belə bir tədbirlə qazanar zəfər. 

Doğrusu inanmaz buna bir insan, 

Böyük ordu qaçsın tək bir atlıdan." 

İskəndər yenə də soruşdu ondan: 

"Bu sirri aç mənə, qoca pəhləvan, 

Neçin Fəramərzi öldürdü Bəhmən? 

Qanına boyadı o mərdi nədən? 

Etməsin deyə bu ocağa zərər, 

Nəsihət vermədi neçin möbidlər?" 

Belə cavab verdi sınaqlı kişi: 

"Bəhmən əъdahatək gördü bu işi. 

Azdırdı yolundan fələk Bəhməni, 

Əъdahanın ağzı oldu vətəni. 

Ağaca baltanı vurdu pəhləvan. 

Ayrıldı tacından, qızıl taxtından. 

Ayağı batmışdı bu qədər qana. 

Səadət gülməzdi belə insana". 

Necə ki, küləkdən bir yarpaq titrər, 

Bu sözdən titrədi, əsdi İskəndər. 

"Bu körpü asanca keçilməz" dedi. 

Daranın qanından dəhşətə gəldi. 

Gövhər xəznəsindən qoca pəhləvan 

Istədi bəndləri açsın durmadan. 

Anlatsın dünyanın bu gedişindən. 

Cahangirə layiq hər bir işindən. 

Padşahı bir qədər öydükdən sonra, 

Pəhləvan ərz etdi o tacidara: 

"Bu dünyanın mülkü bənzər bir bağa, 




                                                                                                            

173


Əlini bərk vurma kövrək budağa. 

Bu təzə tarixdən köhnəyə qədər 

Kim qalmışdır versin doğru bir xəbər? 

Hanı Rüstəmi-Zal, Simürğ ilə Sam, 

Firiduni-Fərhəng, o Cəmşid və cam? 

Yer yedi, keçmədi çox zaman belə, 

Yeməkdən qarnı, bax, doymamış hələ. 

Köçdülər, bu növbət yetəcək bizə, 

Zəncirtək bağlıyıq bir-birimizə. 

Dörd tağ altında beş növbət nə gərək? 

Şeşdərsiz olurmu bu doqquz fələk?

163 


Bu dünya sənindir, ol ona dayaq, 

Düşmənlər yatarkən oyaq ol, oyaq! 

Başını qorxusuz dünyadan qoru, 

Çəkin o kəsdən ki, bilməyir qorxu, 

Uzaq ol bir yol ki, ziyan gətirir, 

Bulaşıq bir yola güman gətirir. 

Diləkçin kim köynək geysə tərsinə, 

Duayla avanda çevirər yenə

164



Səni də tərs olan hər əyri yoldan, 



Dua et, düz yola qaytarsın yəzdan. 

Qəlbini çalmasın bu mal, bu dövlət, 

Azı bir zillətdir, çoxu fəlakət. 

Ağıllı kimsə yol göstərmiş sana, 

Malını bənzətmiş candakı qana. 

Zəiflik çoxalar qan olanda az, 

Qan çox olan zaman tutular boğaz. 

Hər yerdə ki, dövlət, sərvət artmışdır, 

Üstündə qara bir ilan yatmışdır. 

Bəzəkli göylərin tağına bax sən, 

Sütunları boşdur vardan, dövlətdən. 

Bir tağın altında yaşayıb, anla, 

Cüft olmaq gərəkmi qara ilanla? 

Bihudə bəndləri qır qəlbdən, yetər, 

Sitəmkar deyilsən, ədalət göstər. 

Daranın zülmünü gəl sil zehnindən, 

Çünki o Daraydı, sən İskəndərsən. 



                                                                                                            

174


Bax, nə məhsul verdi Daraya cahan, 

Elə etmə, sən də görərsən ondan. 

Nə etdi ki, sənə ram oldu cahan, 

Taleyin ondadır, ayrılma ondan!" 

Qocanın sözündən şah çiçəkləndi, 

"Uğurlu bir faldır" deyə şənləndi. 

Qocanın sözünü saydı bir xidmət, 

Ona bağışladı çox böyük sərvət. 

Iran başçıları xidmətdə durdu

165


Onun daşlarıyla tərəzi qurdu. 

Uzaqdan gələnlər şən dərgahına. 

Şahanə məclisə etdilər səna. 

Bu dərgahda əgər söndü bir çıraq, 

Yerində bir günəş doğdu ən parlaq. 

Gün gəldi, bir gecə getdisə bizdən, 

Bir çiçək soldusa, güldü bir gülşən. 

Birisi arpaca qızıl itirdi, 

Ararkən xəzinə ələ gətirdi. 

Geniş bir qəlb ilə dəniz şövkətli 

Hamıya göründü çox mərhəmətli. 

Padşahı görüncə rəiyyətpərvər, 

Daranın zülmündən nə demədilər. 

Istidə, soyuqda Dara dövründə 

Bir ağ gün görmədi kimsə ömründə. 

Birliyi ölkədən elə ayırdı, 

"It də yiyəsini tanımayırdı". 

Yaxşılar qəlbində doğdu qorxu, kin, 

Kimsə öz canından olmadı əmin. 

Zülümdən qurtaran dedi hər yanda: 

"Mürüvvət rumlarda, mərdlik Yunanda". 

Bu qədər ordunun içində ancaq 

Iki sərkərdəyə şah inanaraq, 

Zalım olanlara verdi güc, qüvvət, 

Nəhayət, qolunu qırdı təbiət. 

Böyüklük verdi kim kiçiksə ona, 

Özü də büründü alçaq bir dona. 

Padişah sayılmaz elə bir kimsə 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə