Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə50/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   46   47   48   49   50   51   52   53   ...   113

                                                                                                            

203


Yerinə qoyurdu ən yaxşı kimsə. 

Ölkədə bir şəhər yıxsaydı əgər, 

Qurardı ondan da gözəl bir şəhər. 

Bu dünya belədir, bu vaxta qədər 

Birini yıxarsa, birini tikər. 

İskəndər başladı abad etməyə, 

Oldu hardan-hara İskəndəriyyə. 

Çindən Qeyruvana yol var nə qədər 

Uca dərgahına axdı qasidlər. 

Hər padşah vəsiqə alırdı ondan, 

Ölkələr sığındı ona hər yandan. 

Dəyərli töhfələr gəldi hər yerdən, 

Adına yaraşan zərdən, zivərdən. 

İskəndər əmr etdi, cavab olaraq 

Məktublar müşk ilə yazılsın ancaq

181


Bir zaman ötmüşdü bu qərar üzrə, 

Göylər dəfələrlə baş vurdu yerə. 

Padişah dünyanı gəzməkçin yenə, 

Hazırlıqla düşdü səfər qəsdinə. 

Oxumuş ərəbdən gələn məktubu, 

Illərcə qəlbində qalmış arizu. 

Istədi büsatı Iranda qursun, 

Ərəb də bu yolda ona baş vursun

182


Kəbəni ziyarət etsin bir zaman, 

Sevinsin mübarək fallı naxışdan. 

Hökmüran olunca bütün Irana, 

Xeyməni köçürdü Ərəbistana. 

Xəzinə topladı bir neçə xalvar, 

Biyaban yolunu tutdu şəhriyar. 

Ərəb başlarını onun baxşışı 

Əydirdi büsbütün əmrinə qarşı. 

Görüncə əmrinə ram olmuş zəfər, 

Hökmünə baş əydi dikbaş ərəblər. 

Yel kimi at sürdü Ərəbistana, 

Ərəblər düşmədi ondan ziyana. 

Hər yerdə atını edincə rahət, 

Həm bəxşiş saçdılar, həm hədsiz nemət. 



                                                                                                            

204


Hər çeşid lüzumlu yeməkdən başqa, 

Bəslənmiş sürülər verməkdən başqa, 

Gücləri çatdıqca şahın önünə 

Hər yerdən çəkdilər ağır xəzinə. 

Səhralar dolaşan görkəmli atlar, 

Zəhərdən su içmiş parlaq qılınc var. 

Boyu otuz ərəş, üstü çox parlaq, 

Nizələr, qan ilə bəslənmiş mizraq. 

Yüyənsiz dəvələr, löklər hər yandan, 

Toz, torpaq içində yel kimi uçan. 

Bunlardan başqa çox bəxşişlər daşdı, 

Yüklənən gön, dəri, nəfis daş-qaşdı. 

Ona hörmət üçün hey zaman-zaman 

Hər yerdən çəkildi yüklənmiş karvan. 

İskəndər xəzinə ağzını açdı, 

Qızılı, zinəti xalvarla saçdı. 

Atlazdan səhraya fərşlər açaraq, 

Yaqutlar altında gizləndi torpaq. 

Yanaşdı Kəbəyə şən bir üz ilə, 

Həccin əmalını öyrəndi belə. 

Dünyanın nafinə basmışdı ayaq 

Aləmin nafindən ənbər açaraq. 

Çarxın pərgarıtək mərkəz nöqtəni 

Dolaşdı, ziyarət etdi Kəbəni. 

Təvafı olduğu kimi bitirdi, 

Kəbə halqasını ələ gətirdi. 

Öpərkən Kəbənin qapılarını

Ürəkdən andı o, böyük tanrını. 

Başını mübarək qapıya vurdu, 

Xəzinə saçaraq yoxsul doyurdu. 

Qızılı su kimi edərdi rəvan, 

Dəvə bağışladı o karvan-karvan. 

Doğrular evində tutunca qərar 

Tanrıya pərəstiş etdi tacidar. 

Kəbəni xəzinə-gövhərə tutdu, 

Damları müşk ilə ənbərə tutdu. 

Təvaf işlərindən azad olaraq, 



                                                                                                            

205


Basaraq Yəmənin gönünə ayaq

183


Parlatdı Yəməni ordunun tozu, 

Gönü parladantək Süheyl ulduzu, 

Oradan atını Iraqa sürdü, 

Yunana dönməkçün hazırlıq gördü. 

Böyük Azərbaycan hökmüdarından 

Bir elçi gələrək dedi: Hökmüran, 

Nə üçün ram etdin bütün dünyanı? 

Sildin ruzigardan zülmü, tüğyanı? 

Verdin hər ölkəyə qurtuluş, aman, 

Ermənistan nədən çıxdı xatırdan? 

Doğduğun şəhərə bu yaxın ölkə 

Nə üçün bürünsün qaranlıq kölgə? 

Ermənistan oda ibadət edər, 

Başqa padişaha itaət edər. 

Orda Ad nəslindən bir pəhləvan var, 

Qüvvəti Rüstəmin gücünə çatar. 

Adı Dəvalidir, hər bağrı yarır, 

Aslan dərisindən yosun qoparır. 

Ermənistandakı bütün igidlər 

Yalnız bu padşaha boynunu əyər. 

Hər kəs badə içər onun adına, 

Yaxın ölkələrdən bac gəlir ona. 

Ordunla bu səmtə hücum etməsən, 

Ölkəni şübhəsiz alacaq bizdən." 

Hünərdən, gücdən söz açınca ona, 

Babildən at saldı Ermənistana. 

Ölkədən yuyaraq fitnəni, qanı, 

Rum şahı xoşladı Ermənistanı. 

Silindi ortadan hər bir köhnə iş, 

Möbidə ibadət, oda pərəstiş. 

Ordan da tez hücum etdi Abxaza, 

Açdı abxazlara kindən darvaza. 

Səs saldı gurlayan təbil hər yerə, 

Süngülər sirrini açdı göylərə. 

Hansı bir qələyə göndərdi xəbər 

Açarı durmadan təslim etdilər. 



                                                                                                            

206


Dəvali Abxazda şahlıq edərkən 

Eşitdi Rum şahı gəlmiş səfərdən. 

Bağladı vəfaya gön kəmərini, 

Işıqlı qəlbindən ataraq kini 

Atlandı, yüyəni aldı tez ələ, 

İskəndər əlini öpmək qəsdilə. 

Xəzinə götürdü o şəhriyara, 

Çatınca tapşırdı xəzinədara. 

Dərgaha gəlincə öpdü torpağı, 

Kinini yenərək olmadı yağı. 

Dünyanı zəfərlə ölçən İskəndər 

Gördü mərdlikdə yox ona bərabər. 

Nəvaziş göstərdi o qəhrəmana, 

Taxtının yanında yer verdi ona. 

Sordu əhvalını şəfqətli səslə, 

Qəlbini qızdırdı qızğın nəfəslə. 

Əmr etdi xəznədar şəxsə İskəndər; 

Versin Dəvaliyə xəzinə, gövhər. 

Gətirsin adına layiq bir xələt, 

Sırğa və həmayil, cəvahir, zinət. 

Həm qılınc, həm qədəh, cavahir, ipək, 

Verilsin padşaha layiq bir bəzək. 

Hər nə əmr etmişdi uca şəhriyar 

Yerinə yetirdi o xəzinədar. 

Ucaldı Dəvali, qəlbi oldu şən, 

Geyindi İskəndər ipəklərindən. 

Tovq asdı, tac qoydu, cavahirnişan, 

Sayıldı başını dik tutanlardan. 

Təşəkkür dilini açaraq ona: 

"Padşahım, yaradan yar olsun sana!" 

Qüruru yenərək, kiçildi deyə, 

Kiçilmiş başını qaldırdı göyə. 

O gündən xidmətə sıxdı kəməri, 

Padşaha xidmətdən durmadı geri. 

O, şahpərəstlikdə elə ad aldı, 

Şaha xas olanlar geridə qaldı. 

O yerlər göründü şaha bağ kimi, 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə