Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə51/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   47   48   49   50   51   52   53   54   ...   113

                                                                                                            

207


Gözünü parlatdı bir çıraq kimi. 

O gözəl torpaqda enib dincəldi, 

Sevincin, istəyin barını dərdi. 

Ən qoca bir dehqan vermişdir xəbər: 

Tiflisi ilk abad etmiş İskəndər. 

O cənnət bəzəkli gözəl torpağı

Yaxşılıq toxmuyla etdi gül bağı. 

O yerdə İskəndər belə əmr etdi, 

Rumun ayiniylə hər bir iş getdi. 

Keçdi o torpağı seyr edə-edə, 

Ov üçün at sürdü çöldə, dərədə. 

On beş gün dağlarda, çöldə yürüdü, 

Həm şikar edirdi, həm yol ölçürdü. 

Ovla gəzişərkən gözəl ölkəni, 

Can atdı görməyə şah Nüşabəni. 

Eşitdi qadının vardır şövkəti, 

Dəyərli ölkəsi, malı, dövləti. 

Gördüyü çəməndən, sudan şənləndi, 

Gəldi bir çəmənə, atından endi. 

İSKƏNDƏRIN BƏRDƏYƏ GƏLMƏSİ 

VƏ NÜŞABƏ İLƏ GÖRÜŞMƏSI 

Canpərvər şərabı dur gətir, saqi, 

O susuzlar üçün çeşmədir, saqi! 

Yanıram, təşnəlik salmış bir dərdə, 

Mənə ver, şərabə oldum aludə. 

Bərdə nə gözəldir, necə qəşəngdir, 

Yazı da, qışı da güldür, çiçəkdir. 

Iyulda dağlara lalələr səpər, 

Qışını baharın nəsimi öpər. 

O yaşıl meşəsi cənnətə bənzər, 

Şən ətəklərinə bağlamış kövsər. 

Söyüdlük çöllərə vermişdir zinət, 

Ağ bağı elə bil həqiqi cənnət. 




                                                                                                            

208


Qırqovul yuvası hər sərv ağacı, 

Oxuyur kəkliyi, ötür turacı. 

Səssizlik içində dincəlir gülşən, 

Torpağı silinmiş qayğı, kədərdən. 

Reyhanı yaşıldır illər uzunu, 

Hər çeşid naz, nemət bürümüş onu. 

Yem üçün gələr quş bu gözəl yurda, 

Istəsən "quş südü" taparsan burda. 

Torpağı yoğrulmuş qızıl suyundan, 

Elə bil hər yanda bitmiş zəfəran. 

O yaşıl yerləri dolaşıb gəzsən, 

Şənlikdən başqa bir xəyal görməzsən. 

Indi o dərgahın taxtı alçalmış, 

Ipəyi, qumaşı küləklər çalmış. 

Təzə nar gülləri tökülüb solmuş; 

O narlar, nərgizlər dönüb toz olmuş. 

Indisə yerində bu gözəl yurdun, 

Bar sel yumuş dərə, qurumuş odun. 

Yenə də bol olan o göyərtilər, 

Ədalət toxmundan göyərsə əgər, 

Yenidən gözəlcə bəslənsə diyar, 

Get-gedə yaşıllıq, gözəllik artar. 

Padşahın əlinə keçərsə fürsət, 

O taxta yenidən verərdi zinət. 

Hərum adlanırdı bu yurd hər yerdə, 

Indisə adına deyirlər Bərdə. 

Bu mərdlər, gözəllər yurdunda, inan, 

Çox saysız xəzinə gizləmiş zaman. 

Belə şux, sevimli gülşən harda var? 

Harda var xəzinə saçan bu diyar? 

Belə nəql edir söz xəzinədarı, 

Köhnə xəzinənin adlı saları: 

Hakim qadın varmış, adı Nüşabə, 

Uymuş il uzunu keyfə, şərabə. 

Erkəksiz yaşayan bu dişi ceyran 

Gözəldi, göyçəkdi erkək tovuzdan. 




                                                                                                            

209


Xoşsöhbət, ürəyi saf, mətanətli, 

Bir pəri əndamlı, xoş təbiətli. 

Önündə minlərcə gözəl qız varmış, 

Xidmətə ay kimi kəmər bağlarmış. 

Bunlardan başqa, var igid, qəhrəman 

Otuz min qulamı - qılınc oynadan. 

Dərgaha yaxın da olsa, yenə də

Evinə girməzdi erkək bir bəndə. 

Qadınla aşardı onun hər işi, 

Tapşırıq almamış ondan bir kişi. 

Sarayda iş bilən qadınları var, 

Yalnız kətxudasız iş görər onlar. 

Qulları bir yurdda salmışdı məskən, 

Yaxın bir obanı etmişdi vətən. 

Qəhrindən, kinindən onun qorxaraq 

Şəhrinə bir kişi basmamış ayaq. 

Biyara getməyə versəydi fərman 

Yolunda kişilər keçirdi candan. 

İskəndər səhraya çəkincə ordu 

Çadırlar başını əflakə vurdu. 

Gördü bir şənliklə yoğrulmuş cənnət, 

Etdi əkinlərə, çaylara heyrət. 

Sordu: "Bu şən ölkə kimindir, kimin? 

Kim burda padşahlıq edir, söyləyin." 

Dedilər: "Gördüyün bu var, bu yatır, 

Bu gözəl torpaqlar bir qadınındır. 

Qadındır, erkəkdən ürəkli, qoçaq, 

Dəniz incisindən təmiz və parlaq. 

Tayı yox şüurda, adda və sanda, 

Rəiyyət becərir çətin zamanda. 

Mərdliklə belinə bağlamış kəmər, 

"Kəyan nəslindənəm" deyə fəxr edər. 

Külahsız qadındır, ancaq tacı var, 

Bir əskər üzünü görməz bu sərdar. 

Hesabsız qəhrəman qulamları var, 

Önündə üzünü görməmiş onlar. 

Köksü gül. ağ bilək qız, gəlin ancaq 



                                                                                                            

210


Hər işdə onunla edər ittifaq. 

Boyları ox kimi, döş nara bənzər, 

Sanki hər məmədən süd əmmiş şəkər. 

Ən incə ipəklər, ən parlaq tüllər 

O lətif əndamdan utanıb titrər. 

Firiştə onlara baxmaz cürətlə, 

Baxsa göydən enər bir fəlakətlə. 

Bağın eyvanında parıldar tək-tək 

Gündüz şən bir günəş, gecə çıraqtək. 

O ağ bənizlərə etsən tamaşa 

Az qalır şəfəqdən gözlər qamaşa. 

Şaqraq səslərini eşitsə hər kəs 

Can qurban etməyə göstərər həvəs. 

Qulaqda, boyunda incilər gülür, 

Dodaqlar yaqutdur, dişlər isə dürr. 

Bilmirəm nə füsun oxumuş bunlar 

Ki, şəhvət toruna olmamış şikar? 

Bu mavi səmanın altında ancaq 

Işləri şərabdır, çalıb çağırmaq. 

Nəsilcə uca, pak hökmüdar qadın 

Onları qoymazdı şəhvətə yaxın. 

Sənəmxanası var saraylar qədər, 

Azad girib gəzər orda afətlər. 

Pərdə arxasında keçirir həyat, 

Doğma ölkəsinə verir qol-qanad. 

Möhtəşəm şahanə bir sarayı var, 

Bir büsat açmış ki, şahlara yarar. 

Büllurdan taxtı var, göyə vurur baş, 

Üstünə xalvarla tökmüşdür qaş-daş. 

O büllur taxtı bir qəndildən parlaq, 

Gecələr aydan da işıqlı çıraq. 

Oturur o büllur taxta hər səhər, 

Uca tanrısını hər gün yad edər. 

Gəlintək taxtında əyləşir yalnız, 

Xidmətçin ayaqda durur gəlin, qız. 

Mavi çərx altında sazla, qədəhlə

Dünyanı keçirir daşğın fərəhlə. 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə