Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə49/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   45   46   47   48   49   50   51   52   ...   113

                                                                                                            

199


Işində, gücündə, ancaq, hər zaman 

Ayıq olmalıdır uca hökmüran. 

Bu mübarək səfər çatınca sona, 

Dönüncə yenə öz doğma yurduna, 

Ağır iş deyildir böyük sərvərə

Dünyanı tapşırmaq iş bilənlərə. 

Dövləti saxlamaz yalnız bir nəfər, 

Dünyanı özünə bağlamaz bir ər. 

Dünyada var saysız ölkə və dövlət. 

Bu dövran hər kəsə ayırmış qismət. 

Ram etsən özünə tanrı verəni, 

Qismətin ondadır, o tutar səni. 

Hər padşah əmrinə boyun əyincə, 

Hər ölkə, hər tərəf sənindir məncə. 

Olsa düşman evi sənin torpağın. 

Cilovu başına buraxma, saqın. 

Başqalar mülkündə durmaq nə yarar, 

Vurma ayağına onunla cidar. 

Yad mülkü nə əldə saxlamaq olur. 

Nə də varına bel bağlamaq olur. 

Sanma bu dünyada çarpışma yoxdur, 

Hər kəs bir ağadır, göz dikən çoxdur 

Riyasət fikriylə burda, ey salar, 

Rumlardan kimsəni etməzsən sərdar. 

Kəyan ovlağıdır əcəm torpağı, 

Orda bir vəhşidir yadlar ayağı. 

Nə qədər xatadan uzaqdır həyat, 

Dünyada padşahlıq adını ucalt. 

Ölkənə dönərkən uzaq səfərdən, 

Qısaltmış olarsan uzun işi sən. 

Sən güldür üzünü şahzadələrin, 

Silinsin qəlbindən qəmin, kədərin. 

Hər şahı layiq bir ölkəyə göndər. 

Nə yeri istərsə o yerə göndər. 

Hər biri bir səmtə tərəfdar olsun, 

Hər tərəf bir şaha giriftar olsun. 

Qorxuram əcəmlər qalxsın yenidən, 



                                                                                                            

200


Daranın qanını almaq istərkən, 

Yunana və Ruma çıxarsın ordu. 

Dağıtsın ölkəni, nəyə gərək bu? 

Hər biri padşahlıq edərsə tək-tək. 

Ortada düşmənlik artacaq, bişəkk. 

Hər kəsi mülkünün qayğısı alır, 

Ölkəmiz düşməndən səlamət qalır. 

Düşmənlər talana başlarsa ancaq, 

Yolunu bununla olur bağlamaq. 

Bir də ölkələrdə kin toxmu saçma, 

Yurduna düşmənin yolunu açma. 

Qoyma qanla yusun şahlar dünyanı, 

Qoy alovlanmasın düşmənin qanı. 

Sanma dik başların tökdüyü qandan 

Səyavuş qanıtək qalmaz bir nişan. 

Yersiz qan tökməkdən daim dur geri, 

Qanlıdır səninlə çarxın xəncəri. 

Ərənlər söyləmiş nə gözəl məsəl: 

"Dəyməz dəyməyənə ziyanlı bir əl." 

Yetməsin kimsəyə səndən qəm, kədər, 

Az ziyan verənlər az ziyan çəkər. 

Xor baxma, alçalmaq sığmaz hər başa, 

Kimsəni öldürmə, əbədi yaşa." 

Vəzir yol göstərdi, tökdü çox tədbir, 

Sözləri padşaha eylədi təsir. 

Dövran gümüş teştin ağzını açdı. 

Qara qarğa qızıl yumurta saçdı

178


Qoca möbidlərsə tarix boyunca 

Yumurta və teştdən demiş doyunca

179


İskəndər ağlıyla tökdü bir tədbir, 

Əmr etdi: tez gəlsin, atlansın vəzir. 

Orda kitabxana varsa nə qədər, 

Işarə elədi, tez gətirsinlər. 

Hər çeşid elmdən dəyərli sözlər, 

Hər incə hikmətdən açdı bir dəftər. 

Yunana göndərdi tərcüman ilə

Çevirsin bir dildən başqa bir dilə. 



                                                                                                            

201


Padşahın əmriylə gəldi Ərəstu, 

Durmadan at çapsın Yunana doğru. 

Rövşənək xanımı alsın bərabər, 

Götürsün xəzinə, kitab və dəftər. 

Iranı tərk etdi şahın əmriylə

Yunanın yolunu keçirdi ələ. 

Rövşənək padşahdan hamilə olmuş, 

Sədəfin qoynuna inci qoyulmuş. 

Yunana yetişdi dəbdəbə, əskər, 

Yükdən inləyirdi o nazlı gövhər. 

Doqquz ay olunca, gövhər mədəni 

Dünyaya bəxş etdi öz gövhərini. 

Beşiyi öpərək oldular dilşad, 

Uşağa qoydular İskəndərüs ad. 

Ərəstu vəkildi şahdan, həm vəzir 

Padşahlıq işində tökürdü tədbir. 

Yeməkdə, içməkdə o şahzadayə

Verirdi can kimi gözəl tərbiyə. 

Cismini bəslərdi nazla, nemətlə, 

Körpə qəlbini də şüur, hikmətlə. 

Yüzlərcə gəlmişdir belə gözəllər, 

Onu torpaq yemiş, qalmamış əsər. 



İSKƏNDƏRIN ƏRƏBISTANA 

GETMƏSİ VƏ KƏBƏNİ

ZİYARƏT ETMƏSİ 

Ey saqi, əl uzat qəm qovan meyə, 

Durma, ver mən kimi qəlbi dərdliyə. 

Rahatlıq ətriylə dirçəlsin bu can, 

Qurtulum kədərdən, qəmdən bir zaman. 

Yaxşıdır hər falı xeyr işə yormaq, 

"Rux"u yox, oyunda "şahrux"u vurmaq

180


Alçalırkən belə uca görünmək, 

Sarsılıb durarkən yenə öyünmək, 

Şam kimi bağrının içindən yanmaq, 




                                                                                                            

202


Zahirdə sevinclə nura boyanmaq. 

Hər işdə bir miskin aciz qalınca, 

Qaçar acizlikdən falçı dalınca. 

Əlinə keçirir daş, qumdan açar, 

Daş, qumdan çox zaman dəmir də çıxar. 

Bir qapı qeybdən yox olsa hərgah, 

Kimsə aça bilməz, açar bir allah. 

Xeyrə vur falını, faydan ondadır, 

Çünki xoş fal vurmaq uğur yaradır. 

Inləmə "xəstəyəm" deyə, ey filan, 

Desən ki: "sağlamam" sağlam olarsan. 

Hər işdə bizdən bir qürə atmaqdır, 

Işləri sazlayan yalnız o haqdır. 

Insaf bu pərdədə bizə məhəkdir, 

Tərs pərdə çıxarmaq nəyə gərəkdir. 

Könül, pərdə dardır, sən mənə yar ol! 

Pərdə yırtanlardan sən pərdədar ol! 

Bu parlaq beytləri hekayət edən, 

Mənim ziynətimə yaraşıq verən 

Nəql edir: dünyada olunca yiyə, 

İskəndər xeyməni vurunca göyə, 

Şahın fərmanıyla hər nə dövlət var, 

Yunana daşıdı mətin adamlar. 

Dünya hiyləsindən olunca iraq, 

Dolaşmaq fikrinə sarıldı qıvraq. 

Ədlindən müъdələr alınca dövran, 

Bir qətrə içmədi onu anmadan. 

İskəndər uğurlu şah olduğundan 

Işində ayıqdı hər an, hər zaman. 

Dünyanın sazını əlinə aldı, 

Ancaq şəfqət deyə xoş hava çaldı. 

Kəməndi altına girincə dünya, 

Uymadı ürəyə yatmaz havaya. 

Böyük kimsələrə vermədi ziyan, 

Asayiş altında yaşadı hər yan. 

Dikbaşlıq edəni öldürürdüsə, 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə