Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə57/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   53   54   55   56   57   58   59   60   ...   113

                                                                                                            

233


Nüşabə geyindi şahanə xələt, 

Necə ki, günəşdən ay alır zinət. 

Yenidən əmr etdi böyük İskəndər: 

"Hədiyyə alsın hər pəriüz dilbər!" 

Verildi adına görə hədiyyə, 

Burda geysin deyə, aparsın deyə. 

O qədər yükləndi hər gözəl pəri 

Çəkə bilməyirdi zəri, zivəri. 

Təşəkkür edərək öpdülər yeri, 

Sevinclər içində döndülər geri. 

Gövhər toplayınca uca mədəndən, 

Axıcı xəznətək döndülər şən-şən. 



İSKƏNDƏRİN ƏLBÜRZ  

DAĞINA GETMƏSİ 

Ey saqi, qırmızı süddən ver ki, hər 

Civəyə əks etsə, ona can verər. 

Ver mənə, dönmüşdür qanım civəyə, 

Söz düzüm dırnaqdan keçən riştəyə

200


Ey şəfəq sökmədən oyanan himmət, 

Yenə söz saçmağa etmişəm niyyət. 

Bu qızıl sözlərlə bir gövhər qurum, 

Əlaltı başları daşlara vurum. 

Qızılda varmıdır o güc, parıltı. 

Mən kimi dindarı etsin əlaltı? 

Bəzəkçün yaranmış bu qızıl, gövhər 

Bənd olsun, zəncirdir, qəm, kədər verər. 

Qorxaraq əyridən, quldur, oğrudan 

Varlılar qızılı gömər hər zaman. 

Yoxsul ki, hər zaman qızıl düşünər, 

Bu istək ona da xəzinə verər. 

Indi ki, qızıldan ucadır istək. 

Ən yoxsul, ən zəngin kimsədir, demək. 

Bu dünya olmuşdur yoxsul dünyası, 




                                                                                                            

234


Həm özü məsuddur, həm əqrəbası. 

Qorxusuz və rahat yaşar hər zaman, 

Çəkinməz quldurdan, qorxmaz oğrudan. 

Düşüncə, kədərdir çox sərvət, çox var, 

Dünyası az olan olur bəxtiyar. 

Tarixə dəyərli gövhər düzənlər 

Gövhərli xəznədən belə nəql elər: 

O Cəmşid idraklı aldıqca fərəh 

Nüşabə eşqinə qaldırdı qədəh. 

Gül ilə, mey ilə verdi əl-ələ, 

Neçə gün keçirdi sərkərdələrlə. 

Iş görmək fikriylə bir gün oturdu, 

Bahardan bəzəkli bir məclis qurdu. 

Çəkdi o məclisə elə bir hasar 

Bürcündə görünməz oldu ulduzlar. 

Baş sərkərdələri eylədi dəvət, 

Hörmətli yer verdi, göstərdi şəfqət. 

Şən məclis qurdu bu sınanmış ərlər, 

Padşahın ağlından aldılar bəhər. 

Fikrini açmaqdan durmadı geri, 

Bütün istəyini sürdü irəli: 

"Könlümə qonmuşdur belə bir həvəs, 

Sizdən başqasıyla almayım nəfəs. 

Sizin rəyinizlə istərəm ancaq 

Dünyanı mən qarış-qarış dolaşmaq. 

Ruma dönmək idi fikrim, nə etmək, 

Atın cilovunu çevirdi fələk. 

Əzm etdim ki, Ruma çevirməyim üz, 

Ölkələr dolaşım gecə və gündüz. 

Şən, uçuq yerlərdə gəzim hər yanı. 

Əlimə keçirim bütün dünyanı. 

"Səncab" ölkəsinin başında durum, 

"Səqlab" gümüşünə sikkəmi vurum. 

Ölkələr, torpaqlar dolaşmaqla mən 

Öyrənim xalqlardan hansıdır çox şən. 

Alım bu şənlikdən faydalı bəhrə, 

Çünki təsir edir dəmir dəmirə. 



                                                                                                            

235


Birinci yürüşdə istəyim ancaq 

O qoca Əlbürzə kəsmə yol açmaq. 

Dağları, çölləri aşıb keçərək, 

Sonra da dənizə səyahət etmək. 

Xəzər dənizinə durum baxım mən, 

Damlalar çiləyim suya qədəhdən. 

Ordumla sahilə çıxınca artıq 

Bir həftə ovlayım quş ilə balıq. 

Sonra da baxaram əzmim nəyədir, 

Zəmanə o zaman bir yol göstərir. 

Bu işlər olurmu fikrinizlə saz? 

Dövlət doğrulardan boyun qaçırmaz." 

Başçılar yer öpdü: "Sizindir əmr, 

Bizim fikrimizdir şah tökən tədbir. 

Baş qoyarıq, hara qoysanız ayaq, 

Əmriniz hər başa bir tacdır parlaq. 

Suda, ya atəşdə yer varsa, yenə

Fikrimiz baş əyər hər bir əmrinə. 

Atsanız yerə ən uca dağlardan, 

Qorxusuz düşərik yerə hər zaman. 

Şahdan bir yol seçmək, bizdənsə ancaq 

Padşahın əmrinə boyun qatlamaq". 

Bu sözdən ürəyi olunca rahət, 

İskəndər onlara etdi çox hörmət. 

Yola çıxmaq üçün gördü hazırlıq, 

Açdı xəznələrin ağzını artıq, 

Ordunu gövhərlə elə doyurdu, 

Onları cəvahir daşımaq yordu. 

Öz kəskin ağlıyla qabağı görən 

Qorxaraq çəkindi yaman gözlərdən. 

Xəzinə yükləndi, yol aldı, ancaq 

Yollarda çətindi onu daşımaq. 

Dağlara qaldırmaq çətin olurdu,- 

Xəzinə çəkirdi göylərə ordu. 

Belə bir fikirə gəldi İsgəndər, 

O köhnə top üçün düzəltsin çənbər. 




                                                                                                            

236


Yerləri öyrənsin o, mənzil-mənzil. 

Quru nə qədərdir, dəniz neçə mil. 

Bilsin yer üzündə uca, alçağı, 

Enə və uzuna ölçsün torpağı. 

Ədldən, zülümdən tutaraq xəbər 

Hər yoldan azana olsun bir rəhbər. 

Hər zülmü ədlilə yusun dövrandan. 

Qurtarsın hər azad xalqı bu qandan. 

Hər qorxulu yerə çəksin bir hasar, 

Hər yerdə bir hünər eyləsin izhar. 

"Yollar çox uzaqdır" deyə düşündü, 

Yollarda təhlükə, qorxu göründü. 

Hədərə getməsin çəkdiyi zəhmət, 

Xəzinə olmasın düşmənə qismət. 

Gördü ki, talandan varlanmış əskər, 

Varlandıqlarından qorxdu İskəndər. 

Birinci, çalışmaz varı olanlar, 

Əlindən var-yoxu getməkdən qorxar. 

Ikinci, qarşıya çıxsa ac, bəlli, 

Qılıncı endirər o iki əlli. 

Sınaqlı kəslərdən böyük İskəndər 

Özüylə almışdı yüz on üç nəfər. 

Hamısı şahanə məclisin qəlbi, 

Hər işdə ağıl və tədbir sahibi. 

Sınaqdan Bəlinas hamıdan yaşlı, 

Hamıdan bilikli, hamıdan başlı. 

Ən çətin işlərə onu çəkərdi, 

O da ən ağıllı tədbir tökərdi. 

Xəzinə və yolun çətinliyindən 

Söz açdı ona hər uzağı görən. 

Bəlinas söylədi hey düşünərək: 

"Xəzinə torpağa gömülsün gərək! 

Ordu da padşahı təqlid eləsin, 

Bir xarabalıqda malı gizləsin. 

Bilinsin xəzinə gizlənən məkan, 

Hər kəs öz varına qoysun bir nişan. 

O uzaq yollardan qayıdan zaman 

Hər kəs qoyduğundan tapsın bir nişan. 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə