Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə55/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   51   52   53   54   55   56   57   58   ...   113

                                                                                                            

223


Gedərkən Nüşabə bağladı peyman,  

İskəndər verməsin mülkünə ziyan.  

Vəsiqə yazmağa şah verdi fərman,  

O cənnətdən çıxıb getdi hökmüran.  

İskəndər şəhərdən çıxınca gerçək,  

Fələkdən kin gördü, Tanrıdan kömək.  

Düşmüşdü qurtulmaq üçün qayğıya,  

Şükr etdi qurtaran böyük Tanrıya.  

Gündüzdən günəşi qapınca gecə,  

Bir çıraq parlatdı bir şam sönüncə.  

Al Günəş göyünün uca səqfınə  

Haləli ulduzlar düzüldü yenə.  

Padşah da yuxuya tez hazırlandı,  

Dörd ünsür də yatdı, qapı bağlandı

188

.  


Dan yeri söküncə dincəldi artıq,  

Qaranlıq içində söküldü ağlıq.  

Şəfəqlər içində qalxdı yuxudan,  

Səhərtək bir məclis qurdu hökmüran.  

Günəşin əlində bir narınc vardı,  

Fələk narıncının başını yardı

189

.  


O mələk əndamlı Nüşabə şən-şən  

Uğurlu fal ilə çıxdı şəhərdən.  

Elə bil qaranlıq çöküncə lay-lay,  

Göründü məşriqdən bədirlənmiş Ay.  

Pərvintək kənizlər yanında gedər,  

İncidir başından dırnağa qədər.  

Gözəllər dolaşır dörd bir yanında,  

Yüz Zöhrə qaş kimi bir barmağında.  

Şahlara yaraşan bir dərgah gördü,  

Dünyaca bir ordu, barigah gördü.  

O qədər ipəkli bayraq ucaldı,  

Hava gül, torpaq göy rənginə çaldı.  

Çadırlar gövhərdən olmuşdu nişan,  

Dərgahın yolunu kəsmiş hər yandan.  

Aradı, öyrəndi, gəldi saraya,  

Gördü bir xeymədir ucalmış Aya.  




                                                                                                            

224


İpləri ipəkdən möhkəm hörülmüş, 


                                                                                                            

225


Sütunu qızıldır, mismarı gümüş. 

Atından endi yol tapsın hüzurə, 

Üz sürtsün dünyanın öpdüyü yerə. 

Növbətçi hörmətlə verincə izn, 

Zərnişan çadıra girdi nazənin. 

Gördü ki, dünyanın şahları gəlmiş, 

Bir tac kölgəsində başlar əyilmiş. 

İskəndər önündə kəmər-kəmərə

Padşahlar oturmuş, göz dikmiş yerə, 

O parlaq büsatdan düşdü qorxuya, 

Görənin ürəyi dönərdi suya. 

Hamısı divarda surətə bənzər, 

Danışıb gülməyə kimdə var hünər? 

Hasarı görüncə hasarlı gəlin 

Titrədi, bu qəbul göründü gərgin. 

Yer öpdü Nüşabə, afərin aldı, 

O aslan ürəklər buna mat qaldı. 

Kənizlər hakimin əmrini alcaq 

Bir kürsü qoydular günəşdən parlaq. 

Yanında oturdu dünya gəlini, 

Aldı qız-gəlinlər dörd dövrəsini. 

Halını soruşdu, göstərdi hörmət, 

Coşdu o gəlişlə məclisdə işrət. 

Bir az toxtayınca yeni oturan, 

Işarət edildi uca padşahdan: 

Tez süfrə ağası gətirsin xörək, 

Ortaya düzülsün hər çeşid yemək. 

Öncə gətirildi ətirli şərbət, 

Sanki yerə sərdi hovzunu cənnət. 

Gülab kimi axan bu arxı, yəqin 

Yuxuda nə Xosrov görmüş, nə Şirin. 

O qədər xonçalar düzüldü ora, 

Ənbərdən ucaldı toz buludlara. 

Ən ləziz yeməklər bol-bol axaraq 

Hər yanda dağ kimi vurmuşdu qalaq. 

İkiqat ələnmiş yağ qatlamalar 

Ən parlaq aydınlıq kimi parıldar. 



                                                                                                            

226


Ələnmiş ağ undan, bişmiş yuvarlaq, 

Ay kimi qoğallar xəzdən də yumşaq. 

Qoyuldu xonçaya yüz çeşid yemək, 

Yeməklər xonçaya verirdi bəzək. 

Yox idi elə bir yemək dünyada 

Bir mövqe tutmasın qızıl xonçada. 

Dadlıdır, yeməklər gəlincə xoşa, 

Dopdolu qədəhlər çəkildi başa. 

Göyün ortasına gəlincə günəş, 

Içdilər mey qəlbə salınca atəş. 

Hamının çatılmış qaşı açıldı, 

Sərxoşlar üzünə nəşə saçıldı. 

O pəri bədənli nazlı dilbərlər 

Çalğını dinlədi axşama qədər. 

Zülmətdən gecə bir ordu çəkərkən, 

Təbiət gözündən mürgü tökərkən 

Cahandar söylədi o pərilərə: 

"Bu gecə basmayın ayaq şəhərə! 

Buyruğum belədir, səhər gərək mən 

Bir məclis düzəldəm yerdən göyəcən. 

Firidun və Kəyan rəsmiylə şən-şən, 

Dolğun kam alaraq çalğıdan, meydən, 

Qoy şərab bir yanğın salsın könülə, 

Bişsin hər işimiz bu qan çayilə! 

Ayrılaq bir zaman dünya işindən, 

Pərvərdə mərcanla bəslənsin bədən. 

Mey ilə gül kimi parlayaq belə, 

Güllərdən rəng alaq bu kürə ilə. 

Saçaq qətrələrdən torpağa ənbər, 

Çimsin bu şərabdan güllər, olsun tər." 

Pərilər hörmətlə öpdü torpağı, 

Şənləndi, ismətdən yandı yanağı. 

Məclisdə Nüşabə, o nazlı dilbər, 

Sanki dan sökərkən doğmuş bir ülkər. 

Ənbərdən gecə şən büsat qurunca 



                                                                                                            

227


Yayıldı o müşkin saçlar boyunca. 

O müşkin saçlardan böyük İskəndər 

Bir kəmənd düzəltdi, saçırdı ənbər. 

Ayı, Müştərini kəməndlə birdən 

Yerlərə endirdi uca göylərdən. 

Şənlik gecəsiydi o şanlı gecə, 

Pərilər dalmışdı nazlı sevincə. 

İskəndər qəlbini çalmaq fikrilə 

Istərdi atəşdən parlatmaq şölə. 

Padişah əmr etdi: "Tez od qalansın, 

Müğlərin rəsmiylə gündür, müşk yansın." 

Meydən bir od yaxdı ki, şöləsində

Içənlər yandı öz əlbəsəsində. 

Çalğı nəşəsiylə yeyib içdilər, 

Gecəni şənliklə etdilər səhər. 

Lacivərdə şəncərf vurunca dövran 

Samur sarı tülkü doğdu o zaman. 

Yenidən canlandı şənlik və həyat, 

Quruldu sevimli, şahanə büsat. 

Çəmənlər yenidən nəşəyə gəldi, 

Kəklik və qırqovul cilvəyə gəldi. 

Nəğməyə başladı pəriüzlülər, 

Günəş mehreganda daha xoş gələr. 

O gülgun meydən ki, yaquta bənzər, 

Gündüzün üzünə səpdilər gövhər. 

İSKƏNDƏRİN NÜŞABƏ İLƏ

MƏCLİSDƏ OTURMASI 

Dur, saqi, şərabdan bir qədəh gətir! 

O qızıl çiçəkdən bir fərəh gətir! 

Üzümün rəngini şərabla bir tut, 

Yaquta bənzətmə, qıl tam bir yaqut! 

Firidun şənliyi, Cəmin novruzu 

Üzlərdən silmişdi kədəri, tozu. 

İskəndər şövkətli taxta oturdu, 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə