Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə52/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   48   49   50   51   52   53   54   55   ...   113

                                                                                                            

211


Tanrıya səcdədən durmazlar geri, 

Yox yemək, içməkdən başqa işləri. 

Şahanə sarayla, böyük dövlətlə

Riyazət çəkərdi bir ibadətlə. 

O qədər dindardır bu nazlı dilbər, 

Əz cənnət köşkündə yatmaz gecələr. 

Başqa bir köşkü var mərmər daşından, 

Ay kimi hər gecə süzülür pünhan. 

Köşkündə o günəş, o nazlı qönçə

Başlar ibadətə şəfəq söküncə. 

Bir sona suya baş vurduğu qədər 

Yasdığa baş qoyub yatar o dilbər. 

O pəri əndamlı qızlarla yenə 

Mey ilə, çalğıyla başlar keyfinə. 

Gecəni, gündüzü keçirir belə, 

Gündüzü belədir, gecəsi elə. 

Nə gündüz əl çəkir can bəsləməkdən, 

Nə gecə tanrıya səcdə etməkdən. 

Vardır qapısında çox xidmətçilər, 

Özünün, işinin qeydini çəkər." 

İskəndər bu işdən şənləndi, ancaq 

O naxşı görməyə göstərdi maraq. 

Yaşıllıq içində gördü bu dünya, 

Gövhərdən qiymətli olan kimiya. 

O yerdə başladı istirahətə, 

Bir neçə gün daldı eyşə, işrətə. 

Hökmüdar qadına verdilər xəbər. 

Mübarək fal ilə gəlmiş İskəndər. 

Pərəstiş etməyə gördü hazırlıq, 

Göndərdi padşahın adına layiq 

Hər çeşid yararlı, ləziz yeməklər

Ürəkdən xidmətə bağladı kəmər. 

Ayırdı mətbəxə, miniyə yarar 

Gözəlcə bəslənmiş canlı heyvanlar. 

Müşk, ənbər qoxuyan dadlı yeməklər, 

Əlini yumağa müşk ilə ənbər. 

Hər çeşid yeməli, dadlı meyvə var, 



                                                                                                            

212


Müşk ilə şəkərdən bir neçə xalvar. 

Mey, noğul, bostanın bəzəyi reyhan 

Neçə gün daşındı şaha durmadan. 

Həm də mehtərlərə ayrı olaraq 

Hər gün göndərirdi müəyyən ərzaq. 

O qədər mərdlik üz verdi qadından 

Tə"rifi dillərdə oldu bir dastan. 

Padşahın könlündə açdı bahartək 

Onunla görüşmək arzusu çiçək. 

Qadını öyrətmək istədi o şah, 

Olsun bu ölkənin sirrindən agah. 

Bilsin sərhəddini bu məmləkətin, 

Varmıdır əsli bu sözün, söhbətin? 

Şəbdizə vurunca gündüz qızıl nal, 

O dünya günəşi atlandı dərhal

184


Hazırlıq görüncə ucaldı göyə, 

Yol aldı saraya "Elçiyəm" deyə. 

Elə ki, saraya çox yaxın gəldi, 

Yolun zəhmətindən bir az dincəldi. 

Göylərə baş vuran bir saray gördü, 

Onu yerlər öpür, göylər öpürdü. 

Xidmətçi qadınlar onu gördülər, 

Qaçıb Nüşabəyə verdilər xəbər: 

"Rum tacidarının şən dərgahından 

Ölkəmiz alıbdır şənlikdən nişan. 

Ağıllı bir elçi gəlmişdir bizə, 

Rum şahından xəbər gətirmiş sizə. 

Ağıl mədənidir başdan-ayağa, 

Bənzəyir tanrıdan yanan çırağa." 

Nüşabə sarayı bəzədi artıq, 

Dəmirli yollara vurdu yaraşıq. 

Nazənin qızlara vuruldu bəzək, 

Düzüldü sıraya yüz əlvan çiçək. 

Müşkin kəməndlərə düzüldü gövhər, 

Daş-qaşa büründü ipək geyimlər, 

Bir bağça tovuzu kimi səkərək 

Parlayıb, gülümsər işıq çıraqtək 



                                                                                                            

213


Padşahlıq taxtına oturdu xoşhal, 

Əlində ətirli, gözəl portağal. 

Əmr etdi, padşahlar ayini üzrə

İskəndər elçisi gəlsin hüzurə. 

O uca sarayın baş vəkilləri 

Əmrini icradan durmadı geri. 

Elçi çox sür"ətlə girdi qapıdan, 

Qondu taxt üstünə o qorxmaz aslan. 

Belindən nə qılınc açdı, nə kəmər, 

Elçitək etmədi səcdə İskəndər. 

O gözəl sarayda bir hikmət gördü, 

Sevimli bir saray, bir cənnət gördü. 

Hər yanda qaynaşır huri və pəri, 

Müşk ilə, ənbərlə yoğrulmuş yeri. 

Daş-qaşa batmışdı gəlinlər, qızlar, 

Baxanın gözündə parlar ulduzlar. 

Elçiyə daş-qaşın parıltısından 

Bir alov göründü durduğu məkan. 

Sanki birləşmişdir mədənlə dərya, 

Bütün gövhərləri tökmüş buraya. 

Elçinin tutduğu uğursuz işə

Nüşabə pərt olub, düşdü təşvişə: 

"Bu zirək kişiyə indi nə demək, 

Qoyulan ayinə əməl etməmək? 

Həddini tanıtmaq gərəkdir ona: 

Bu elçi saymayır bizi, baxsana." 

Nüşabə baxınca düşərək şəkkə 

O bişmiş qızılı vurdu məhəkə. 

Diqqətlə baxınca tanıdı birdən, 

Taxtında yer verdi, qəlbi oldu şən. 

Bildi İskəndərdir, dolaşır ona, 

Taxtında oturmaq yaraşır ona. 

Yeddi mavi göyün səadətilə 

Onun tərifini gətirdi dilə. 

Endirdi həyadan göz qapağını, 

Utandı, tər yudu al yanağını. 

Sezdiyi bu işi açmadı ona, 



                                                                                                            

214


Açarım var, deyə bağlı qıflına. 

İskəndər bir elçi kimi davrandı, 

Özünü olduqca o sərbəst sandı. 

Çox salam yetirdi hey dönə-dönə, 

Təkmil bir elçilik etdi özünə. 

Salamlar bitincə dedi: - Ey sərdar 

Şöhrətli, şövkətli, adil tacidar 

Deyir: "Ey şöhrəti dünyanı tutan, 

Ən adlı kəslərə meydan oxuyan, 

Nə üçün çevirdin bizdən yüyəni? 

Hüzura gəlmədin, anmadın məni? 

Nə zülüm etdim ki, düşmən kəsildin? 

Ey harın at, bizi acizmi bildin? 

Bundan da kəskin bir qılınc kimdə var? 

Kimin oxu belə qızğın od saçar 

Ki, ona sığınmaq yararlı ola, 

Səninçin məsləhət budur, gəl yola. 

Uca dərgahından çəkinmə, gəl, get, 

Coşduğum gündə qorx, ondan həzər et. 

Bu gözəl ölkənə mən ki yol aldım, 

Öz dövlət kölgəmi üstünə saldım. 

Qapıma neçin baş vurmadın bir an, 

Neçin üz çevirdin mənim yolumdan? 

Könlümü alırsan meyvə, şərabla, 

Aldadırsan noğul, reyhan, kababla. 

Etdiyin bu işlər qəbuldur, ancaq 

Doğru fikirlərdən gəl olma uzaq. 

Səni bu idrakla görməyim, inan. 

Bəxtiyar görünür hümay quşundan. 

Qəbul başlanırkən səhər, çox erkən 

Şahın dərgahına sən də gələrsən." 

Elə ki, yetirdi özündən xəbər 

Başını aşağı dikdi İskəndər. 

Nüşabə cavabçın lalə sayağı 

Gül açıb, tərpətdi yaqut dodağı: 

"Ey cəsur padişah, eşq olsun sənə, 

Elçilik edirsən özün özünə. 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə