Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə60/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   56   57   58   59   60   61   62   63   ...   113

                                                                                                            

246


Axından ölkəmiz çox ziyan edir, 

Malımız, canımız məhv olub gedir. 

Rahatlıq versəydin bu ölkəmizə, 

Böyük bir mərhəmət edərdin bizə. 

Bu açıq və uçuq yerləri bir-bir 

Daş ilə dağ kimi eyləsən təmir, 

Onda çöl xalqının axınlarından 

Rahatlıq içində dincələr xəzran”

203



Əmr etdi: nə qədər açıq, uçuq var, 



Çəksin bu xəzranın xalqı bir hasar. 

Gecə də, gündüz də qara daşlarla 

Olduqca böyük səd çəkilsin yola. 

Iş bilən, sınanmış daş yonanlardan, 

Dağlarda açığı sədlə bağlayan 

Bilikli ustalar göndərdi ora, 

Keçidlər alındı möhkəm hasara. 

Hasar işlərindən azad olaraq 

Hərəkət qəsdilə ucaltdı bayraq. 

Gurlayan təbillər açırdı yara, 

Ağaclar abnustək olurdu qara. 

İskəndər xeyməni çıxardı çölə, 

Yollarda mənzili qatdı mənzilə. 

Ata ülkər kimi verdi hərəkət, 

Hər bürcə çatınca saçdı səadət, 

Gecənin saçları müşkin həlqədən 

Neylufər günbədə saçarkən səmən, 

Yolun zəhmətindən padişah, ordu 

Azacıq dincəldi, bir məclis qurdu. 

"Əfsanə söyləsin" deyə, İskəndər 

Çağırdı o yerdən bir neçə nəfər. 

Verdi bir çox sual o yerə dair, 

Bütün vəqələri öyrəndi bir-bir. 

Söz sözü çəkərkən hər yerdən onlar 

Açdılar şaha çox maraqlı əsrar: 

"Burda bir qala var ki, cənub yeli 

Əssə də, o yerə uzanmaz əli. 

Minadan bir daşdır, saçar müşk, ənbər, 




                                                                                                            

247


Həm gözəl, həm şəndir bir cənnət qədər. 

Sərir adlanır o mübarək məzar, 

Orda Keyxosrovun taxtı. camı var. 

Keyxosrov mülkündən köçüb gedərkən, 

Taxtına, tacına bu yerdir məskən. 

Məzarı odlu bir köhüldür ancaq, 

O yerə olmayıb ayaq da basmaq. 

Həm də o məkanda padşahlıq edən 

Bir məlikzadə var onun nəslindən, 

O şahın yerinə pərəstiş edər. 

Taxtını, tacını düşməndən güdər." 

O dünya dolaşan uca hökmüran 

Gül kimi açıldı bu xoş dastandan. 

Harda macəralı bir qala alsa, 

Yenilən qüvvətli, ya aciz olsa, 

Girərdi qalaya Keyxosrov sayaq 

Apaçıq, ya da ki, gizli olaraq. 

Qalanı dolaşıb dönərdi yenə, 

Bəxşişlər verərdi keşikçisinə. 

Hər şeyi görməyə marağı vardı, 

Hər işin üstündən odtək çapardı. 

Elə ki, eşitdi bu keyfiyyəti, 

Qalanı görməyə artdı rəğbəti. 

Qoca Keyxosrovun köhnə canından 

Dövlət məclisinə versin yeni can. 

İSKƏNDƏRİN SƏRİR QALASINA 

GETMƏSİ VƏ KEYXOSROVUN QƏBRİNİ 

ZİYARƏT ETMƏSİ 

Saqi, dur şərabla könlümü güldür. 

Bu işdə səbrinə bir ölçü götür. 

Könül çırağının tükənmiş yağı, 

Mey ilə parlat bu sönük çırağı. 



                                                                                                            

248


Gündüz qarğa rəngli qara gecədən 

Çıxmış Zəngibardan kafur kimi şən

204



Uğurlu cənnəttək işıqlı gündüz 



Şəfəqlər içində parladırdı üz. 

Havada toz, duman yox zərrə qədər. 

Lacivərd rənginə boyanmış göylər. 

Guşəyə çəkilmiş küləkli xəzan. 

Baharın dan yeli əsir hər yandan. 

Işıqdır dağ, çəmən, bütün yer üzü, 

Parlar al çıraqla dünyanın gözü. 

Kainat bir cənnət bağına bənzər, 

Hər yanda qoxuyar müşk ilə ənbər. 

Bəxtiyar İskəndər uğurla yenə

Taxtından oturdu təxti-rəvanə. 

Göylərə söykəndi tacının başı, 

Ucaldı bayrağı, açıldı qaşı. 

Yer yorulmuş idi at nallarından. 

Dağların başına düşdü həyəcan. 

Ordunu Səririn şəhrinə çəkdi, 

Keyxosrov taxtını görmək istərdi. 

Sərirli eşitdi İskəndər gəlir, 

Keyxosrov taxtını görmək istəyir. 

Işindən, ağlından tutmuşdu xəbər, 

Adildir cahangir böyük İskəndər. 

Kəyanın nəslinə verməmiş ziyan, 

Doğruya köməkdir, arxadır hər an. 

Çoxunun başına qoymuş qızıl tac. 

Bəxşişlər vermişdir, almamış xərac. 

Şahı qarşıladı iki mənzildən, 

Xalılar döşədi, yollar oldu şən. 

Dəyərli bəxşişlər saçdı o qədər. 

Sayını olmadı bilən bir nəfər. 

Gül kimi tərtəzə hər çeşid dəri, 

Götürmüş həddindən çox bu şeyləri. 

Zil qara samur, al tülkü dərisi.. 

Qaqum, qunduz, vaşak ki, hər birisi 

Baharda ilk açan yarpağa bənzər. 




                                                                                                            

249


Üstünə səpilmiş bənövşə, ənbər. 

Başını dik tutan boyları çinar, 

Döyüşdən qorxmayan igid qulamlar, 

Cilovda yeriyən qullar hər biri 

Görüşdə ən təzə, xidmətdə diri. 

Hüzura göndərdi belə bir baxşış, 

Başqa töhfələri həddini aşmış. 

Saraya axınca bu var, bu dəniz, 

Nazirlər saymaqdan qaldılar aciz. 

Sərirli hüzura gəldi, baş vurdu, 

Belini ikiqat bükərək durdu. 

İskəndər şəfqətlə oturtdu onu, 

Hörmətlə yüksəltdi uca boynunu. 

Məclisdə bitincə görüş ayini, 

Soruşdu taxt ilə cam qissəsini: 

"Anlat ki, tilsimli cam, Kəyan taxtı

Necədir, sönmüşdü onun da baxtı?" 

Sərirli dedi: "Ey dünyanın şahı, 

Şərəfli şahların ey şahənşahı! 

Keyumərs ordundan kiçik bəndədir, 

Firidun mülkünün fərmanindədir. 

Ulduzlar yayına ox olsun sənin, 

Göy kimi dünyanı tutsun kəməndin. 

Keyxosrov camıdır hər şeyə açar, 

Sənin də əlində açan güzgü var. 

Fərq budur, dünyada qazandı ad-san 

İskəndər güzgüdən, Keyxosrov camdan. 

Taleyi oyanmış padşahlar getdi, 

Bu taxtı, bu tacı sənə tərk etdi. 

Taxtınla dünyaya saçılsın işıq, 

Başından tac əskik olmasın artıq. 

Dünya tacidarı əzm etmiş, desək 

Köhnəlmiş bu tağa vursun yeni rəng. 

Onunçun atını sürmüş bu yerə, 

Ucalsın daxmamız uca göylərə." 

İskəndər dedi: "Ey böyük namidar, 

Kəyandan bu taxta, taca yadigar. 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə