Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə62/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   58   59   60   61   62   63   64   65   ...   113

                                                                                                            

254


İSKƏNDƏRİN KEYXOSROV 

MƏQBƏRƏSİNƏ GETMƏSİ 

Ey saqi, Keyxosrov camını doldur, 

Bir cam ki, hər gözə verir işıq, nur. 

Dur, ağzına qədər mey doldur ona, 

Hörmətlə ver əsrin Keyxosrovuna. 

Ey uca şövkətli adil padişah, 

Müştəri simalı, asiman pənah! 

Keyxosrov qurduğu məclislər hanı? 

Taxtında oturan İskəndər hanı? 

Onlar öz bürcünü ataraq getdi, 

Şövkəti, dövləti sənə tərk etdi. 

Dünyada İskəndərtək etsən rəftar, 

Sənindir hər buyruq, sənsən tacidar. 

Bu dünya adına vurmuşsa sikkə, 

Səninlə şənlənmiş olsa da ölkə, 

Könül vermə könül aldadanlara, 

Dünya üz verməmiş mehribanlara. 

Onu kim sevdisə, dostun önünə, 

Bax, nələr çıxarmış o dönə-dönə. 

Bir taxtı hiyləylə qurdu, bax, sonra 

Nə oyun açdı o, taxt quranlara. 

O cam ki, bir nəfər məsti şad etdi, 

Bax, cam sahibinə nə bidad etdi. 

Bu yeddi kişvərdə Keyxosrov sənsən, 

İskəndər mülkünə fərman verənsən. 

Bu şahdan güzgü al, o şahdan cam al, 

Düz göstərdikləri yolla get, nam al! 

Hər işə bir qərar verərkən bu gün. 

Sabaha ondan bir səmər var, düşün. 

Şahlara tac verən tacidar sənsən! 

Atanın taxtında yadigar sənsən! 

Şən yaşa, getdi o şən yaşayanlar, 

Köçdü tacidarlar, sənsən tacidar! 

Bu bağda turacın qanadlarıtək 




                                                                                                            

255


Nə çinar qalacaq, nə də bir çiçək. 

Əxistan ömrünü vurdusa başa, 

Bu yaşıl gülşəndə sən var ol, yaşa! 

O məni ucaltdı nazla, nemətlə, 

Göylərə qaldırdı yerdən hörmətlə. 

Sən məni ucaltdın ondan da artıq, 

Bağının qapısı üzümə açıq. 

Yerlərə naxışlar vurduqca dövran 

Üzünə şənliklər gülsün hər zaman. 

Zamanın əlaçıq hatəmlərindən 

Yalnız sən qalmışsan, yaşa daim sən! 

Nədən söyləyirdim, harada qaldım, 

Atımı sürərək, hara yol aldım! 

İskəndər o taxtda, o camda, heyhat 

Görmədi rahatlıq, görmədi səbat. 

Göylərin əbədi taxtı olmayan 

Hər bir taxt deyilmi həyata zindan? 

Bəlinas həkimi dəvət elədi, 

Oturdu o cama yaxın, söylədi: 

"Camdakı ayinə sən də qıl diqqət, 

Ondakı əsrarı ara, tap əlbət!" 

Bəlinas o cama edincə nəzər, 

Qolayca oxundu bütün rəqəmlər. 

O yerdən ki, haman cam asılmışdı, 

Sırayla bir neçə xətt yazılmışdı. 

O xəttə dərindən saldılar nəzər, 

Gizli bir hesabı dərhal seçdilər. 

Padişah, Bəlinas öz kamalilə

Xətlərin sayını gətirdi ələ. 

Sonralar padişah bu torpaqlardan 

Öz vilayətinə keçdiyi zaman 

Camdakı ayini tapdı Bəlinas, 

Üstürlab düzəltdi o ayinə xas. 

Elə ki, İskəndər yol tapdı cama, 

O yerdə dincəldi, yetişdi kama. 

Dedi Bəlinasa: "Səndəndir kömək, 




                                                                                                            

256


Bu taxta başqası qonmasın gərək!" 

Bir tilsim düzdü o ağıllı həkim, 

O taxtın üstündə otursa hər kim, 

Az keçər, bu taxt da tərpənər birdən, 

Onu bu yaqut taxt atar üstündən. 

Eşitdim o cünbüş indi də vardır, 

Qızıl taxt üstündə o bərqərardır. 

Xosrov ayinini təqlid edərək 

Gəldi darvazaya şah Keyxosrovtək. 

Camdan, taxtdan gəldi məqsədi ələ, 

Üz qoydu Keyxosrov yatan köhülə. 

Şahı qələbəyə böyük zəhmətlə, 

Apardı köhülə yüz əziyyətlə. 

Elə ki, köhülə şah yaxın oldu, 

O daşlıq yollarda atlar yoruldu. 

Getmək çox çətindi, nə yol, nə iz var, 

Hər yanı bürümüş tikan və buxar. 

Bələdçi söylədi: "Padşahım, dur, 

Keyxosrov yatdığı köhül, bax, budur. 

Yolları şimşəkli ildırım vurmuş, 

Qayalıq qayalıq üstündə durmuş. 

Köhülün sirrini öyrənmək üçün, 

Padşahım, bu yolda bir qədər düşün. 

Diş-dırnaq tökülür qorxunc yollarda, 

Keyxosrovtək özün yatarsan orda. 

Əsrar pərdəsinə olma çox yaxın 

Işi çox uzanar arayanların. 

Yüyəni geriyə çevirin daha!.. 

Bu köhül içində yatmış əъdaha." 

İskəndər üzünü çevirdi ondan, 

Köhülə piyada getdi hökmüran. 

Bəlinas arxada, önündə rəHbər, 

Sınanmış iki qul, bir də İskəndər. 

Keçdilər zəhmətlə, bitdi qayalıq, 

Köhül dəhlizinə çatdılar artıq. 

Köhül xəzinəsi gəlincə ələ 

İskəndər qəlbinə düşdü vəlvələ. 



                                                                                                            

257


Gördü daş köksündə köhnə bir yarıq, 

Ensiz bir yolu var, dar və qaranlıq. 

Köhül sahibindən tapmaqçın nişan 

Köhülə zəhmətlə girdi hökmüran. 

Bir qədər keçmədi, od qalxdı birdən, 

Alışıb yanırdı içəri girən. 

Soruşdu: "Bəlinas, nədir bu odlar? 

Darısqal köhüldə hardandır buxar?" 

Bəlinas diqqətlə baxdı bir zaman, 

Bilsin ki, neçin od fışqırır daşdan. 

Gördü bir parlayan dərin quyu var, 

Içində qaynaşır əlvan işıqlar. 

Kimsə o işıqdan tutmamış xəbər, 

Arayan tapmamış ondan bir əsər. 

Işığa nə qədər aradı yol, iz, 

Bir işıq tapmadı, qaldı səmərsiz. 

O igid belinə bağladı kəndir, 

Bilsin ki, quyuda bu atəş nədir? 

Parlayan günəşdən tapdı bir nişan, 

Anladı od necə çıxır quyudan. 

Toplu bir alovdu, deyil dağınıq, 

Gördü ki, kükürddür bu yanan işıq. 

Işarət verincə çıxdı quyudan, 

Dualar edərək dedi: "Hökmüran, 

Tələsmək lazımdır, göstərin tədbir, 

Su deyil, quyudan çıxan atəşdir. 

Kükürd mədənidir bu, alovlanır, 

Kükürddən dörd yanı alışıb yanır. 

Bu sirri bilirmiş köhüldə yatan, 

Özünü kükürdlə məhv etmiş, inan." 

Padşaha, köhülə etdi çox dua, 

Çıxarkən üzərlik səpdi alova. 

Köhüldən çıxınca axtardı yolu, 

Tapmadı, qəlb oldu kədərlə dolu. 

Eşitdim, dənizdən bulud qalxaraq 

Şiddətli qar səpdi, doldu hər bucaq, 

Dünyanı sarsıtdı qarlı bir tufan, 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə