Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə61/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   57   58   59   60   61   62   63   64   ...   113

                                                                                                            

250


Çünki mən Kavusun taxtına keçdim, 

Cəmşidin camından gülgün mey içdim. 

Bu uca taxt ilə cam üçün, gerçək. 

Oynamış yerindən, çırpınır ürək. 

Bilmək istəyirəm, uca tacidar 

Dar köhüldə necə tutmuşdur qərar? 

Keyxosrov sirrini arar İskəndər, 

Sən otur, o yerə yalnız yol göstər! 

Yiyəsiz taxtına ağlayım bir an, 

Öpüm gülgün camın dodaqlarından. 

Bu taxt ki, Xosrovdan qalmış yadigar, 

Şahın ölümündən açarmı əsrar? 

Eşidim o cansız camdan bir salam. 

Vücudum canlansın, yaşayım xoşkam. 

Canımın güzgüsü paslıdır, gərək 

O pasla güzgünün tozunu silmək. 

Görməklə qəlbimə düşsün bir təşviş, 

Asan olsun mənə hər bir çətin iş." 

İskəndər sözünü salmadı yerə, 

Sərirli itaət etdi bu əmrə. 

Tez qalabəyinə göndərdi xəbər: 

Qarşıya çıxarsın böyük töhfələr. 

Çeviklik göstərsin hər bir xidmətdə, 

Həm qonaq sevməkdə, həm nəzakətdə. 

Tapşırıq verdi: taxt keşikçiləri 

Padşaha xidmətdən durmasın geri. 

Yol versin, Keyxosrov taxtına keçsə, 

Qədəhi doldursun gülgün mey içsə. , 

Keyxosrov taxtına əyləşdirsinlər, 

Töksünlər başına inci və gövhər. 

Şərabla doldurub firuzə camı

Versinlər padşaha, qalmasın kamı. 

Versin xoşladığı yeməkdən ona, 

Durmayın geri baş əyməkdən ona. 

Elə ki, bitirdi tapşırıqları, 

Dedi: "Şah buyursun qalaya sarı. 

Izninlə burada qalmalıyam mən, 



                                                                                                            

251


Sizi qarşılayım ordan dönərkən." 

Getməkçin tərpəndi böyük İskəndər, 

Bəlinas onunla getdi bərabər. 

Məhəkə vurulmuş beş-altı qul da 

Ona yoldaş oldu bu çətin yolda. 

Mağara yolunu durmadan biçdi, 

O qədər ucaldı, göyləri keçdi. 

Dırmandı rahatlıq etmədən belə 

Çərx kimi burulan yoxuş, keçidlə. 

Gördü bir qaladır, alçalar göylər, 

Adını davada çəkməmiş bir ər. 

Gəlinlər tez şərbət hazır etdilər, 

Qatdılar dodaqdan ona gül, şəkər. 

Açıldı şahanə gözəl bir süfrə, 

Yeməkdən düzüldü adına görə. 

Sarayın qızları bənzərdi aya, 

Hər yandan padşahı aldı araya. 

Dəbdəbə, şövkətə daldı İskəndər, 

Dövlətin siması qəlbi cəzb edər. 

Şah xörəkdən yedi, şərbətdən içdi, 

Qalxınca Keyxosrov taxtına keçdi. 

Taxtın ayağına gəldiyi zaman 

Hörmətçin tacını aldı başından. 

Elə bil səsləndi hər qapı, divar: 

"Yuxudan oyandı yatan tacidar." 

Sərirli vermişdi belə bir fərman: 

"Keyxosrov taxtına çıxsın hökmüran." 

O böyük tacidar keçincə taxta, 

Bir simürğ oturdu sanki budaqda. 

O qızıl sütunlu taxtı güdənlər 

Söz xəzinəsindən saçdılar gövhər: 

"Padşahın çıxması şahanə təxtə 

Hər zaman uğurlu yol açar bəxtə. 

Yaqutu ölçən bu gövhər cam ki, var, 

Çox saysız sərvətə olmuşdur açar. 

Bu dövlət becərən cam və taxt ilə

Çox taxtı və camı alarsan ələ." 



                                                                                                            

252


O biri dedi: "Ey uca şəHriyar! 

Bir ölkə görməmiş səntək tacidar. 

Keyxosrov taxtına sən ki oturdun, 

Başını fələyin taxtına vurdun." 

Incə bir dil açdı başqa bir nəfər: 

"Keyxosrov, Keyqubad nə vaxta qədər, 

Qolun ki, bu taxtla gücləndi artıq, 

Edərsən Keyxosrov və Keyqubadlıq." 

Şah bu taxt önündə bəxtiyarlıqla 

Gözəl fal vuruldu namidarlıqla. 

Padişah bu taxta bəzək, şan verdi, 

Ölən Keyxosrova yeni can verdi. 

Şah taxtın üstündə oturdu çox az, 

Tez taxtı öpərək endi keyfi saz. 

Şah taxta o qədər xəzinə saçdı, 

Xəznədar gözünü heyrətlə açdı. 

Əmr etdi: bir qızıl kürsü qoyulsun, 

Xosrovun camı da yanında olsun. 

Kürsüyə oturdu adlı tacidar, 

Keyxosrov camını ələ aldılar, 

Saqi tapşırığı görüncə belə, 

Parlatdı o camı qızıl mey ilə. 

Verdi İskəndərə qəlbində sevinc: 

"Keyxosrov eşqinə bu şərabı iç! 

Bəxtinin ulduzu sənə yar olsun, 

Qolların bu camla bəxtiyar olsun!" 

Şah camı görüncə ayağa qalxdı, 

Bir kərrə içərək camı buraxdı. 

Cama qolbağından saldı bir gövhər, 

Oturdu, önünə qoydu İskəndər. 

Yiyəsiz o taxta kədərlə baxdı. 

Gözündən şərabsız cama yaş axdı. 

Padşahsız, şərabsız, yetimtək duran 

Boş taxta. boş cama çəkdi bir dastan: 

- Qalmasın qızıl taxt yiyəsiz, yalnız, 

Bu cam da olmasın qızıl şərabsız. 

Hər qədəh işığı alır şərabdan, 



                                                                                                            

253


Hər taxta qiyməti verir hökmüran. 

Tacidar getdimi, durma, taxtı qır! 

Şərabı tökülsə, camı yerə vur! 

Padişah taxtında olar sərəfraz, 

Cənnətin taxtında naz ilə yatmaz. 

Dünyadan cənnətə keçən bir insan, 

Bax, belə bir taxtı sanacaq zindan. 

Bir quş gülşənindən ayrı düşərkən 

Qəfəsi "ac"dandır, toru ipəkdən. 

Budaqdan yaşıl tac qoyduğu zaman 

Sədəfi, ipəyi çıxarır yaddan. 

Biz tac düşgünüyük neçin bu qədər. 

Ölüm basqınından tutan yox xəbər? 

Xəzan qılıncını görmədiyindən 

Qol-budaq ataraq bahar olur şən 

Maral sağrısını şişirdən zaman 

Bilmir ki, bu yerdən keçəcək aslan. 

Cüyürlər çöllərdə oynur, şənlənir. 

O qorxunc aslanlar yatmışmı, nədir? 

Ahunun göbəyi dolmuş müşk ilə, 

Bəbirlərin dişi sınmamış hələ. 

Belə bir qəflətlə keçir günümüz, 

Bir zaman yanğından qopar ünümüz. 

Faydasız olan bu taxt nəyə gərək? 

Üstündə başqası ömür sürəcək. 

Biz başqa kəslərə yer qızdırırıq, 

Bu yerdən utanmaq gərəkdir artıq. 

Faydasız bu taxta uyma, saxtadır, 

Yerimiz taxt deyil, quru taxtadır. 

Bu qızıl taxt deyil, versəniz fikir, 

Ayağa vurulmuş ağır kündədir. 

Bir taxt ki. əbədi yer deyil sana, 

Onu ölməmişkən parçalasana! 

Keyxosrov camında qalmamışsa su, 

Yerinə mey tökmə, qoy qalsın quru. 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə