Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə69/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   65   66   67   68   69   70   71   72   ...   113

                                                                                                            

282


Kimsənin qanına susamaz əsla. 

Ədl ondan bir fayda görər, şər - ziyan, 

Xalq məmnun, tanrı da razıdır ondan. 

Hamıya yaxşılıq istər, kin bilməz, 

Kimsənin dərdinə sevinməz, gülməz. 

Görmədim ona bir üstün pəhləvan, 

Yoxdur pəncəsindən onun qurtulan. 

Oxu məgər Arış oxluğundandır 

Ki, daşlarda dərin yara ondandır. 

Şimşəkdir, qılıncı alsa əlinə, 

Ələ mey aldıqda, saçar xəzinə. 

Ağıl ölçüsüylə hər şeyi ölçər, , 

Hikmət qayçısıyla hər işi biçər. 

Saf, doğru olmayan sözə inanmaz, 

Mətindir, verdiyi sözünü danmaz. 

Hər işin üstünə düşsə, yaradır. 

Məclisdə, şikarda o bambaşqadır. 

Yalnız ov zamanı yox onda səbir, 

Döyüşdə, vuruşda çox səbirlidir. 

Vəhşəti dünyadan əqlilə qovmuş, 

Özü də padşahlar nəslindən doğmuş. 

Igidlər şahıdır, qızınca meydan, 

Sərxoşkən ayıqdır çox ayıqlardan. 

O işə girər ki, xəyaltək gəlir, 

Məclisdə hənəyi çox ətirlidir. 

Sözü az, özü çox səbirli, yumşaq, 

Doğruluqda doğru, düzlükdə qovaq. 

Minsə kin atına, qəhri guruldar, 

Yendiyi düşmənə mərhəməti var. 

Dalğalı tufandır sözdə dodağı, 

Alimdən dərs alır məsləhət çağı. 

Qocalar fikriylə girişir işə, 

O ancaq gəncləri alır döyüşə. 

Allaha sığınır o hər bir zaman, 

Yaman gün görərmi tanrı tanıyan? 

Sərvtək yəhərə qalxdığı zaman 

Atından fillərin bağrı olar qan. 



                                                                                                            

283


Qarşıya çıxarsa qocaman bir fil, 

Sanki fil qətrədir, o daşqın bir Nil. 

Azacıq haranlıq etsə at ona, 

Qamçıyla batırar onu al qana. 

Qıvrılmış ilantək sağ, sola qaçar, 

Şölətək arxaya, önə od saçar. 

Dünyanı sarsıdan padşahlar bütün 

Igidlər gücüylə oldular üstün. 

Orduda tək odur zor qılınc vuran, 

Həm ordu qırandır, həm ordu quran. 

Düşməndən nə qorxu, nə ürküsü var, 

Tək əlsiz, ayaqsız kəslərdən qorxar. 

Xeymədə büsatı çox geniş dilər, 

O yalnız əyləncə zamanı gülər. 

Istəməz baş əysin ona bir nəfər, 

Baş əyən kimsəyə çox hörmət edər. 

Bəxşişi xəzinə - budur həyatı, 

Tövləylə bağışlar qatırı, atı. 

Əl açan kəslərə kim gövhər verər, 

Bu, gövhər yerinə bir kişvər verər. 

Qəlbinə gətirsə nə kimi dilək, 

Tezliklə göyərdir onu bu fələk." 

Xaqan bu işlərdən tutunca xəbər, 

Haq verən şövkətdən eylədi həzər. 

Şah ilə sülh üçün qəlbi yumşaldı, 

Uzaqdan-uzağa məhəbbət saldı. 

Döyüşmək fikrindən daşındı artıq. 

Yol axtarırdı ki, etsin barışıq. 

Dünyanın şahına verdilər xəbər, 

Çin, Xəta türkləri hərbə gəldilər. 

Bir məsəl çəkdi şah ki: "Nəşəsi var, 

Ayağıyla gəlsə tora xam şikar." 

Mənimlə çarpışmaq istərsə əgər, 

Namərdlik deyil bu, çox mərdlik edər. 

Arizu yolları qısaldı sizə, 

Uzun yol həm də çox azaldı bizə. 

Onlara çin ilə çataram qaşı, 



                                                                                                            

284


Çin üçün qan ağlar Çinin dağ-daşı. 

Ağarırkən fəza, lacivərd göydən 

Günəş İskəndərə salam verirkən, 

Oturtdu katibi bir Ütaridtək, 

Müştəriyə vursun Zöhrədən bəzək. 

Bir məktub istədi olduqca parlaq, 

Kamil bir ay kimi aydın, yuvarlaq: 

Yazarkən ikiyə ayırdı sözü, 

Ümid bir gözüydü, qorxu bir gözü. 

İSKƏNDƏRİN XAQANA MƏKTUBU 

Qələmi alınca o qələmvuran, 

Ilk sözü başladı ulu tanrıdan. 

Anıldı bu yeri, göyü yaradan: 

Bir varlıq var olmaz onu anmadan. 

Ondandır hər ümid, rahatlıq, kömək, 

Arayan hər qəlbə ondandır dilək. 

Ən çətin günlərdə odur əl tutan, 

Tək odur qoruyan atəşdən, sudan. 

Xəzinə göstərir bəxşiş zamanı, 

Zəhmətdən qurtarır onun ehsanı. 

Bu dünya əzəldən olmazdı çox şən, 

Əmriylə oldu bir bəzəkli gülşən. 

Hökmünə uyanlar ən şərəflidir, 

Eşq olsun, kim ona afərin deyir. 

Namənin başını o bitirirkən 

Bir dastan bəzədi şahın dilindən: 

"Bu məktub yenilməz İskəndər şahdan 

İskəndər dostuna ki, odur xaqan. 

Göylər tanrısının əmriylə müdam 

Xaqana bizdən çox hörmət və salam. 

Çox gözəl anlayır o himmətli zat, 

Sizin bu ölkəyə sürərkən biz at

Irandan hərb üçün gəlmədim, ancaq 

Çinin xaqanına gəlmişəm qonaq. 




                                                                                                            

285


Pərəstiş yoluyla etsin itaət, 

Göstərsin qonağa lazımi hörmət. 

Sizin bu şəhərdə uca günəş var, 

Atını Məşriqdən Məğribə çapar. 

O günəş, bax, mənəm, gəlib çatmışam, 

Ordunu Məğribdən Şərqə atmışam. 

Tutdum ağ, qaranı qılınc gücüylə, 

Istəyən kimsəyə payladım belə. 

Həbəş ölkəsindən atıldım Çinə

225


At çapdım Məğribdən Məşriq zəminə. 

Işıqlı günəşin batdığı yerdən 

Günəş qaynağına at sürmüşəm mən. 

Qara müşk ağacı əkmişəm Hinddə, 

Fikrim ağ yasəmən tikməkdir Çində. 

Sürdüyüm dövrandan var isə qorxun, 

Əmrimin xəttindən qaçırma boyun, 

Hökmümdən azacıq boyun qaçırsan. 

Bərk qulaqburması verər bu dövran. 

Aslanı o yerə gətirmə, saqın, 

Şikara acıqla eyləsin axın. 

Qaytar, qoyma girsin bostana aslan, 

Fillərin yadına salma Hindistan. 

Başına açar bir böyük fəlakət, 

Sərxoşluq adına qurar bir işrət. 

Gördünmü, qılıncım çarpışma günü 

Etdi qan dənizi zənci çölünü? 

Söndürdüm Darada olan qüruru, 

Nə qədər kiçiltdim, bax, coşqun Furu. 

Başqa padşahları taxtından saldım, 

Başından bir anda tacını aldım. 

Firidun hərbimə gəlirsə bu gün, 

Əsirim olacaq, deyildir mümkün. 

Atım hər ölkəyə çapdığı zaman, 

Boşaltdım o evi azğın düşmandan. 

Mənə bir azacıq yaxşılıq edən. 

Dünyada yamanlıq görməmiş məndən. 

Hər kəsə söz verdim, bağladım ilqar, 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə