Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə72/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   68   69   70   71   72   73   74   75   ...   113

                                                                                                            

294


Çarpışsam, düşmənim güclüdür, əzər, 

Başını Keyxosrov tacları bəzər. 

Onunla keçinmək istərəm gerçək, 

Xalq məni aciz bir xaqan biləcək. 

Bilmirəm bu şahın nədir istəyi? 

Ölkəyə gəlməkdən nədir diləyi? 

Xaqana söylədi ağıllı vəzir: 

"Çətindir göstərmək sənə bir tədbir. 

Əzmin çox kəskindir, qorxuram, yəqin, 

Əmrin də əzmintək olacaq kəskin. 

Barına, orduna məğrur olaraq, 

Yenilmək görünür sənə çox uzaq. 

Belə bir şəhriyar gəlmiş qapına, 

Dostluq qapısını bağlama ona. 

Fəth etmiş, hər yerə basarkən ayaq

Bu işə olarmı heç soyuq baxmaq? 

Oyunmu sanırsan bunu, tacidar? 

Bu işdə yararlı incə nöktə var. 

Bu işlər tanrının işidir, bişəkk, 

Düşməklik - tanrını sınamaq demək. 

Günəşi qılıncla sarsıtmaq olmaz, 

Qocaman Əlbürzü dağıtmaq olmaz. 

Qəbul et, yoxsa bu qocaman fələk 

Dövlət sahibinə ziyan verəcək. 

Nə bəxti atmağa yarar, ey xaqan, 

Nə də bəxtiyara kəsilmək düşman. 

Xoşbəxtə taxılma, olsan da mətin

Onunla çarpışmaq çətindir, çətin. 

Bəxtiyar əzm etsə, başmağı cütlə, 

Ən kəskin neştərə vurulmaz şillə. 

Onunla bircə ay get keçin bir az, 

Bu yerdə yad olan çox uzun qalmaz. 

Şişəyə öncə sən vurma daş, kəsək, 

Qırılsa çətindir onu düzəltmək. 

Yaralar sağalıb taparsa səhhət, 

Yaranın yeri tük çıxarmaz, əlbət. 

Çalış ki, bu qara əъdaha bədən 



                                                                                                            

295


Hörmətlə sovuşsun bizim ölkədən. 

O gün daş atıldı Sinin tasına, 

Gəldi bu əъdaha Çin qapısına. 

Düşünmə, lacivərd boyalı paltar 

Hər şəxsə göylərdən gəlir, ey salar!

229


Ahəngsiz səs ilə inləyir cahan, 

Qüsur pərdədədir, suçsuzdur çalan. 

Pərdəyə istəsən xoş ahəng vermək 

Həmahəng pərdəyə get elə kömək." 

Düşmənlik etməkdə Çin tərəfdarı, 

Görmədi fələkdən kömək asarı. 

Düşündü bu işə uyğun bir çara, 

Itaət etməyi aldı qərara. 

Əzm etdi sülh ilə yola gəlməyə, 

Dərgaha üz qoysun "elçiyəm" deyə. 

Nəzərdən keçirsin o cahandarı, 

Başını dik tutan o başçıları. 

Şahlıq şövkətini görərək bir bir, 

Sonra da bu işə töksün bir tədbir. 

Günəş qayıqçısı o gün səhərkən, 

Qayığı salırkən suya sahildən, 

Xütən şəhriyarı, Çin tacidarı

Tədbirlə geyindi elçi paltarı. 

Aşina olmadan kimsə bu sirrə. 

Çapdı İskəndərin düşdüyü yerə. 

Şahın dərgahına gəldiyi zaman 

Bu işdən tez xəbər tutdu hökmüran: 

Hüzura bir elçi göndərmiş xaqan, 

Görüşdə mübarək, sözdə pəhləvan. 

Padişah əmr etdi: "Gəlsin hüzurə, 

Buyursun elçilər oturan yerə." 

Möhtəşəm elçi tez girdi dərgaha, 

Pərəstiş yoluyla baş əydi şaha. 

Əmr etdi, otursun aşağı yandan, 

Xaqanın əmrini eyləsin bəyan. 

Padşahın əmriylə elçi oturdu, 

Oturdan kimsəyə bir də baş vurdu. 




                                                                                                            

296


Bir zaman oturdu qırpmayaraq göz, 

Yaxşıdan, yamandan açmadı bir söz. 

Gördüyü büsata qalaraq məhbut, 

Etdi o dövrədə nöqtətək sükut. 

Elçiyə işarə etdi İskəndər: 

"Xaqandan gətirdin, söylə, nə xəbər?" 

Bulud arxasında gizlənən o ay 

Qılınctək dil açdı, dür saçdı lay-lay: 

"Iran, Rum şahının bu gəlməsindən 

Səadət taparaq, ölkə oldu şən. 

Bu yerlər, ölkələr, Çindən Maçinə

Böyük tacidarın keçsin əmrinə. 

Dünyada yaşasın uca dərgahı, 

Olsun tacü taxtın böyük pənahı. 

Gizli sözlərim var sənə, tacidar, 

Qorxuram bu yerdə etməyə izhar. 

Belə əmr etmişdir məni göndərən: 

"Xəlvət et, olmasın eşidən, görən. 

Qalmasın xaslardan gərək bir nəfər, 

Bir sən ol o yerdə, bir də İskəndər. 

Açıqda, gizlində qalsa bir kimsə, 

Sirrimi açma sən, düşməsin səsə." 

İskəndər çəkindi yersiz istəkdən, 

Ehtiyat eylədi xəlvət etməkdən. 

Əmr etdi durmadan böyük tacidar: 

O sərvə vursunlar qızıldan cidar. 

Qızıl bir kəmərlə çəkib qolunu, 

Bir zəncir altına aldılar onu. 

Çəkildi büsbütün saraydakılar, 

Qapıya yönəldi xaslar, hər kim var. 

İskəndər tək qaldı, çəkindi ancaq

Yanına bir almas qılınc qoyaraq. 

Söylədi: "Kimsə yox, bir mənəm, bir sən. 

Durma, aç düyünü qapalı sözdən." 

Padşahın əmrilə əsrarlı kişi 

Düyünü qıraraq, anlatdı işi. 

Əsrarın üzündən pərdəni açdı, 



                                                                                                            

297


Duaya başladı, inci, dür saçdı: 

"Necə ki, yaşıla bürünüb hər bağ. 

Hər qızıl gül olur yanar bir çıraq. 

Gül kimi parlasın üzün hər zaman, 

Tək səndən yaşıllıq alsın bu cahan. 

Qazılsın dünyanın möhrü adına. 

Çatasan dövlətə, öz muradına. 

Zənnimcə tanıyır məni şəhriyar, 

Daha yalvarmağa nə ehtiyac var? 

Sirrimdən əgər o tutmamış xəbər. 

Bilirəm, İskəndər doğruluq sevər. 

Sənə öz yanımdan elçi gəldim mən, 

Əsirin olmuşam, əsir etmədən. 

Mənəm Çin xaqanı, qoşun sərvəri. 

Sənin xidmətində öpürəm yeri." 

Pozuldu bu cəsur işdən tacidar. 

Xoşuna gəlmədi belə bir rəftar. 

Acıqlı bağırdı ona hökmüran: 

"Seçilir qumaşın üzü astardan. 

Tərlandan seçirəm aciz sərçəni, 

Bağrından tanıram müşkü, nafəni. 

Ancaq saxlayıram həya və hicab, 

Örtülü kəslərdən açmaram niqab. 

Anlat ki, nə məcbur eyləmiş səni, 

Gizlində qalmadın, yırtdın pərdəni? 

Indi Rum şahından heç qorxmayaraq, 

Poladı mum kimi sandınmı yumşaq? 

Sarsılmaz qolumdan qorxmadınmı sən? 

Mənim tərəzimə torpaq tökürsən!

230


Gənc maral nə qədər olsa da cəsur, 

Cilovu aslandan çəkməsi xoşdur. 

Bir cavab olaraq söylədi xaqan: 

Yüz min afərinə ey layiq olan, 

Bilirəm amansız deyil padişah, 

Dərgaha onunçun gətirdim pənah. 

Başımı hansı düşmənim kəsər? 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə