Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə74/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   70   71   72   73   74   75   76   77   ...   113

                                                                                                            

302


Bu heyrətli işdən tutunca xəbər, 

Padşahlıq taxtından endi İskəndər. 

Yol ölçən bir köhlən ata oturdu, 

Hərb üçün sazladı müntəzəm ordu. 

Xaqanla döyüşə tez hazırlandı. 

Onun peymanını bir hiylə sandı. 

Əmr etdi, təbillər gurlasın kinlə, 

Düz qaşlar çatılsın düyünlü çinlə. 

Uca bir dağ kimi ordu çəkərək. 

Vurdu ox, yay, qılınc, qalxandan bəzək. 

Kəşfiyyat qoluna verdi çox yaraq, 

Dənizdən buluda ucaltdı bir dağ 

Bu işdən xaqana verildi xəbər. 

Onunla döyüşə çıxmış İskəndər. 

Ordunun qəlbində at sürdü xaqan. 

Səs ilə bağırdı: "Kimdir hökmüran? 

Söyləyin atını bu səmtə çəksin, 

Üzünü üzümdən gizləyir neçin?" 

O çinli səsindən İskəndər durdu, 

Donunu çinləyib belinə vurdu. 

Fil yıxan atını səyirtdi hamam. 

At saldı öndəki filə durmadan. 

Dil açdı. türklərə eylədi qarğış: 

"Fitnəsiz anadan bir türk doğmamış. 

Çinlidən gözləmə çin qaşdan başqa, 

Verdiyi peymana çevirir arxa. 

Nə doğru söyləmiş keçən qocalar: 

"Çinlidən umulmaz vəfa, etibar." 

Hamı dargözlüyə bəsləmiş rəğbət, 

Başqanın gözündə görürlər vüsət. 

Əvvəlcə sülh üçün niyə söz verdin? 

Sonra düşmənlikdə nə fayda gördün? 

Peymanım, qəlbim bir, tutmuşam bir yol, 

Sözüm az, doğruluq, sədaqət bol-bol. 

Demək ki, sizlərdə məhəbbət kindir, 

Çindəki türklərin qəlbi çin-çindir. 

Bu çinli türklərdə olsaydı vəfa 



                                                                                                            

303


Donunun çinində yaşardı dünya. 

Qəlbimi bağladın öz peymanına, 

Ey dönük, indi səs vurursan mana. 

Poladdan bir dağa dönsə vücudun, 

Yəcucdan, Məcucdan olsa da ordun, 

İskəndər, İskəndər sədditək, inan, 

Tərpənməz o polad əzən Yəcucdan. 

Turacın əcəli çatdığı zaman 

Şahin ovlağına qonar havadan. 

Çəyirtkə al qanad açınca, əlbət, 

Al qanla verəcək sərçəyə bir xətt. 

Tacını alaram dikbaşlıq etsən, 

Suçundan keçərəm dostluğu güdsən. 

Tinətim yaralar, həm də sağaldar, 

Arıtək həm balım, həm də iynəm var." 

Dedi Çin xaqanı: "Mən, ey şəhriyar, 

Sözümdən dönmədim, möhkəmdir ilqar. 

Sənə dost demişəm, dostam hər zaman, 

Sözümdə doğruyam, möhkəmdir peyman. 

Hökmünə baş əydim, artıq dönmərəm, 

Verdiyim əhdimdə sabitqədəməm. 

Yanına onunçun gəlmişəm, inan, 

Manqalın ətr alsın mənim udumdan. 

Biləsən məndə də var qüvvət, hünər, 

Ulduzlar göyünə çəkərəm əskər. 

O qədər hünərsiz deyiləm ki, mən 

Yenmədən qayıdam hər bir döyüşdən, 

Görürsən, dağ kimi var mətin ordum, 

Coşqun bir dənizdən belə yox qorxum. 

Yalnız arxa duran tale var səndə, 

Yer sənə kölədir, göy sənə bəndə. 

Kin, inad göstərən bir bəxtiyara, 

Çəkir öz başını ağacda dara. 

Sənin arxandadır bu göy, bu dövran, 

Dövranla döyüşmək olurmu asan?" 

Endi fil belindən, durdu fil kimi, 

Çağladı Firona doğru Nil kimi. 



                                                                                                            

304


İskəndər gördü ki, üzr ilə xaqan 

Ona üz çevirmiş, gəlir hərasan. 

Önünə at çəkdi, misli yox Çində, 

Başdan quyruğacan qızıl içində. 

Endi bu at ilə onu kamiran, 

Yanında yer tutdu böyük pəhləvan. 

Bu atdan başqa çox şey verdi ona, 

Bir illik xəracı keçdi xaqana. 

Dost olandan sonra şah ilə xaqan 

Düşmənlik kəsildi xanədanlardan. 

O yerdə birləşdi hər iki ordu, 

Hər iki padşahın qəlbi bir vurdu. 

Silahı, acığı tökdülər yerə, 

Töhfələrlə onlar keçdi alverə. 

Çinin süpəhdarı Çin diyarından 

Azuqə göndərdi şaha hər zaman. 

Sarayın xalqına bu yeyintilər 

Kifayət edirdi axşam və səhər. 

Çalğı məclisində qədəh vurardı, 

Birlikdə oturar, birgə durardı. 

Məclisdən ovlağa çaparkən onlar, 

Ikisi bir yerdə edərdi şikar. 

Heç biri təklikdə içməzdi badə, 

Hər biri hər işdə yaşar azadə. 



RUM VƏ ÇİN NƏQQAŞLARININ 

YARIŞI 

Saqi, can bəsləyən bir mey ver mana, 

Bir mey ki, can kimi gərəkdir cana. 

Solmuş çiçəyimə təravət versin, 

Soyumuş qanıma hərarət versin. 

Çiçəkli bahartək bir gülşən gündə. 

Ruzgardan seçilmiş gözəl, şən gündə

Şaha Çin xaqanı gəlmişdi qonaq, 




                                                                                                            

305


İki parlaq günəş bir oturaraq, 

Zəncidən, Yunandan, Çindən, Irandan 

Qonaqlar səf çəkmiş hər iki yandan. 

Məclisin üz-gözü mey ilə şəndi, 

Dünyanın çöhrəsi tozsuz gülşəndi. 

Içki şənliyində gövhərdən dalğa. 

Cöyləyən dodaqdan axır qulağa. 

Iş bilən kəslərdən açıldı söhbət: 

Dünyada bilikcə kim tapmış şöhrət? 

Dəyərli şey çıxar hansı torpaqdan? 

Sənətcə dünyada kim almış ad-san? 

Birisi söylədi: "Cadu və hiylə

Hindlidən baş verir, baxsan diqqətlə." 

O biri söylədi: "Bəxti yatanlar 

Hər sayaq cadunu Babildən alar." 

Başqası söylədi: "Verir ən şaqraq 

Xanəndə Xorasan, çalğıçı Iraq." 

Birisi söylədi: "Yüksəkdir, əlbət, 

Ərəbin dilində olan fəsahət." 

Birisi dedi: "Rum nəqqaşı, əlbət, 

Dünyada qazanmış böyük bir şöhrət." 

O biri söylədi: "Görmədin, nədir, 

Çin naxşı dillərdə bir əfsanədir." 

Deyişmə coşdurdu Rum ilə Çini, 

Yenməyə başladı biri-birini. 

Hər biri fikrini isbat edərək 

Naxış pərgarından göstərdi örnək. 

Deyişmə sonunda verildi qərar, 

Iki qaş tağıtək bir tağ qursunlar! 

Bu tağa hər iki qaş arasından 

Bir örtü çəkilsin müəyyən zaman. 

Rumlu bir guşədə sən ətə dursun, 

Çinli bir bucaqda naxışlar vursun. 

Müəyyən saatlar gəlməmiş başa 

Baxmasın heç biri digər naxışa, 

Yalnız bu iş sona vardığı zaman  

Qalxsın bu asılı pərdə ortadan. 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə