Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə77/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   73   74   75   76   77   78   79   80   ...   113

                                                                                                            

314


Su kimi lətifdir o çənə, buxaq, 

Atəşdə suyu kim görmüş baş-ayaq? 

Üzü bənövşəyə qızıl gül atır, 

Gül üzdə bənövşə keşikçi yatır

241



Uca sərv möhtacdır onun boyuna. 



Şəkər bir bəndədir, bal dostdur ona. 

Müşk onun zülfünə bağlamış kəmər, 

Zülfü də günəşə köləlik edər. 

Bir şəkərparədir, şirin söhbətdir, 

Dodağı şəkərçin bir fəlakətdir. 

Arxası sincabdır, bədəni büllur. 

Incə barmaqları xəz quyruğudur. 

Ağ, lətif çənəsi gümüşdən nişan

Ona bir tuğ asmış gül buxağından. 

Çənəyə, buxağa vermiş yaraşıq, 

Günəşdən top qapmış, aydansa işıq. 

Qəmzədən ox çəkmiş, qaşından kaman, 

Bu ox, bu kamanla ovlamış yüz can. 

Boğazı o qədər ağ, lətifdir ki, 

Içərkən görünür şərabın rəngi. 

Dünyada sağ olsun elə bir dayə, 

Bir gözəl bəsləmiş tən edir aya. 

Dar gözü kimsəyə salmaz bir nəzər, 

Ağzı dar gözündən daha dar, dilbər. 

Elə bil ağız yox, yaranmış yoxdan, 

Ona "Taysız gözəl" demiş ad qoyan. 

Dəyərli töhfələr təqdim eləyən 

Fəxr ilə öyməyə başladı şən-şən: 

"Budur at, ovçu quş və gözəl kəniz, 

Əzizdir, bunları sən də tut əziz. 

Nə kimsə belə at minmişdir hələ, 

Nə belə bir quşu keçirmiş ələ. 

Deməyə nə hacət, bir zaman gələr, 

Hər biri göstərər böyük bir hünər. 

Gülüzlü kənizdir belə bir gözəl, 

Gözəllikdə yoxdur özünə bədəl. 

Anadangəlmədir onda üç xislət




                                                                                                            

315


Onun dördüncüsü tapılmaz, əlbət, 

Birinci, gözəldir, bərabəri yox, 

Can alır, cənnətdə belə pəri yox. 

Ikinci, güclüdür, həm də döyüşkən! 

Qaçmaz döyüş günü mərd kişilərdən. 

Üçüncü, yox səsdə ona bir bədəl, 

Şən, şaqraq nəğməsi Zöhrədən gözəl. 

Gözəl səs dalınca pəstdən, ucadan, 

Nəğməsindən yatar həm quş, həm ilan". 

İskəndər bəyəndi, haqq verdi ona, 

Xoş səsi, gül üzü gəldi xoşuna. 

Qadında mərdliyə vermədi qiymət, 

Bu işdə azacıq düşündü, əlbət. 

Tikanlar bərk olur, çiçəklər incə, 

Qadında igidlik az olur məncə. 

Vücudu geyinsə kəskin poladı, 

Mərdlikdə payı yox, qadındır adı. 

Çaxmaq daşı olsa suda balıqlar, 

Dənizdə nəhəngə olacaq şikar. 

Yararmı kağızdan qayrılsın qalxan, 

Atılsın dənizə, suya sonradan. 

Padşahı bu fikir etmədi təmin, 

Qadını mərdlikdə görmədi mətin. 

Özünə qul etdi qəbul etməklə, 

Sonradan adını unutdu belə. 

Gözəl bəxşişləri alaraq ondan 

Yatağa çəkildi İskəndər xaqan. 

Məşriqin tovuzu o səhər erkən 

Başını ucaltdı firuzə göydən, 

Yenidən qədəhi padişah aldı, 

Yenidən dərgaha çalğı səs saldı. 

Iki gün işrətlə baxdı keyfinə, 

Yerişə başladı yel atı yenə. 

Qayıtmaq üçün şah verincə qərar, 

Dolanışı kəskin, iti ruzigar, 

Xaqanın verdiyi türküzlü kəniz 




                                                                                                            

316


Padşahın yanında olmadı əziz. 

Nədənsə xoşuna gəlmədi bu qız, 

Kölgətək pərdədə buraxdı yalqız. 

Parladı günəştək o toxtamış ay, 

Gözündən gül üzə axıtdı bir çay. 

Kənizlər evində şam kimi söndü, 

Bir quyu içində kölgəyə döndü. 

Çövkana pərəstiş edən bu dövran 

Ələ top keçirdi gecə oynundan. 

Şahlardan top qapan böyük hökmüran 

Cilovu çövkana buraxdı bir an. 

Qalxdı dağlar yaran gəmiyə birdən. 

Fil atın üstünə mindi filbədən. 

Ucaltdı bayrağı boyun çəkənlər, 

Qiyamət başladı, göründü məhşər. 

Ordunun olurdu eni bir ağac, 

Ceyranla dolmuşdu bütün çöl, yamac. 

Çindən Cəndə qədər hey başdan-başa 

Yer-göy bürünmüşdü ipək qumaşa. 

Ordunun sayına çatdı hökmüran, 

Var idi beş yüz min adlı pəhləvan. 

Qabaqda, arxada tovuzrəng türklər, 

Sağ, solda poladqol aslanlar gedər. 

Ordunun qəlbində durmuş hökmüdar. 

Sahildə dağ kimi dəmir külahlar. 

O dəmir külahlı ərlərdən başqa 

Qırx filə söykənmiş həm ön, həm arxa. 

Qarşıda ucalmış şahın sancağı, 

Min igid əlində tutmuş bayrağı. 

Xas qullar belində qızıldan kəmər, 

Ərinmiş saf qızıl çubuğa bənzər. 

Gözəl, gənc igidlər coşurdu seltək, 

Hər yandan çəkirdi minlərcə yedək. 

Yolun zəhmətini qat-qat azaldan 

Nədimlər bürümüş onu hər yandan. 

Şövkətlə tərpəndi Rum şəhriyarı, 




                                                                                                            

317


Yanınca gedirdi Çin hökmüdarı. 

Elə ki, yolları ölçdü bir qədər, 

Xaqana işarə etdi İskəndər. 

Durmayıb mülkünə qayıtsın yenə, 

Cilovu çevirsin türk ölkəsinə. 

Şah ilə görüşdü, ayrıldı xaqan, 

Üzünü islatdı kirpik suyundan. 

O dünya dolaşan atını sürdü, 

Qoşunla Ceyhuna doğru yürüdü. 

Elə ki, yetişdi o dərin çaya, 

Dincəlmək əmrini verdi orduya. 

O yerdə sevimli bir çəmən gördü, 

Enməkçin münasib bir məskən gördü. 

Kəndirlər çəkildi, çadır quruldu, 

Mərkəzin sütunu qüvvətə doldu. 

Gövhərlə işlənmiş o çadırlardan 

Ceyhunun sahili oldu gülüstan. 

Mavəraünnəhri görüncə guya, 

Bir şəhər demirəm, gördü bir dünya. 

Nə qədər var-dövlət almışdı Çindən 

Qaldığı yerlərdə dağıtdı şən-şən. 

Şənləndi o yerdə viranə yerlər, 

Yenidən saldırdı bir neçə şəhər. 

Səmərqənd ki, dünya sevinir ona, 

Deyirlər, İskəndər etmişdir bina. 

Rumda, Xorasanda yayıldı xəbər: 

Getdiyi yerlərdən döndü İskəndər. 

Padişah zəfərlə gəlmişdir deyə, 

Xalq çıxdı yollarda şənlik etməyə. 

Toy-bayram başlandı, ucaldı bayraq, 

Hər yerdə, hər evdə şənlik quraraq 

Varlılar səpdilər varı, dövləti, 

Göndərdi padşaha ayaq zəhməti. 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə