Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə73/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   69   70   71   72   73   74   75   76   ...   113

                                                                                                            

298


Dişini uzaqdan göstərsə qaban 

Kin ilə döyüşər o qara aslan. 

Dişini çıxarıb, əysə boynunu, 

Aslan da toxunmaz, bağışlar onu. 

Məndən ki, görməmiş sultan namərdlik, 

O igid aslandan uzaqmı mərdlik? 

Qarşına qılıncla gəldiyim zaman 

Qorxardım səndəki kəskin qılıncdan. 

Mən ki göstərmədim sənə xəyanət, 

Daha üz verərmi mənə həqarət? 

Ölkəmə at saldın, göstərdin şəfqət, 

Sənə kin bəsləmək olur cinayət. 

Qəlbimdə qalmadı kin, qərəz əsla, 

Dərgaha gəlmişəm belə inamla, 

Mən şəfqət göstərsəm, bağlamasam kin, 

Kim kəsər başını şəfqət edənin? 

Tutaq ki, günahım həddən artıqdır, 

Qəriblik bir böyük üzürxahlıqdır. 

İskəndər insaflı, mərhəmətlidir, 

Suçsuza hər zaman şəfqət göstərir. 

Kim ona sığınsa, qanından keçər. 

Kim aman istəsə, görməz bir zərər. 

Mən ki bu dərgaha öncə yönəldim, 

Səndəki ədalət izilə gəldim. 

Adildir cahangir, böyük İskəndər, 

Ona hər bir zaman haqq yardım edər." 

Yağlı bir dil ilə nöktələr saçdı, 

Padşahın qəlbindən düyünü açdı. 

İskəndər söylədi: "Xoş gəldin, şad ol, 

Belə düşkünlükdən artıq azad ol! 

Ancaq bu gəlişdən nə imiş fikrin, 

Bu necə sirrdir, aydın göstərin?" 

Sığınan dedi: "Ey dünyaya sığnaq. 

Bu sirri yararmı səndən saxlamaq? 

Bu uca dərgaha onunçun gəldim, 



                                                                                                            

299


Fikrini, yolunu bilib öyrəndim. 

Gəlməkdən məqsəd nə? Anladım bunu, 

Nədir bu gəlişin əvvəli, sonu? 

Əl tutsa mənə bu dönük ruzigar, 

Padşahı kin ilə edim bəxtiyar. 

Bu dilək əlimdən gəlməsə ancaq, 

Dəstimdən çıxan ox düşərsə uzaq, 

Məqsədim hörmətlə öpməkdən yeri. 

İskəndər kinindən çəkilsin geri. 

Mən əsirgəmədim canımı şaha, 

Qılınca əl atmaq nə gərək daha. 

Cəvahir əlinə gəlirsə asan, 

Nə çıxar zəhmətlə daşı yonmaqdan? 

Madam ki, sülh ilə göyərər dilək, 

Döyüşə at çapmaq daha nə gərək? 

Çin, Turan taxtını məndən istəsən, 

Boynumu çəkmərəm bu itaətdən. 

Dostluğu ataraq kəsilsən düşman, 

Atamın yurdunu bağışlamasan, 

Adının möhrünü edərəm qəbul, 

Olaram mən satın alınmamış qul 

Nə olur, padşahın geniş mülkündə

Çoxalsın get-gedə dost olan bəndə. 

Vuruşa qəsd etmə, kinindən çəkil, 

Bütün Çin donunun bir çini deyil. 

Dəyərli qulların çin-çin saçından 

Bir çin də mənə ver, sənindir fərman. 

Ayın saf üzünə yaraşmaz bu çin, 

Qaşının tağından çəkilsin bu kin." 

İskəndər söylədi: "Ey fikri gözəl. 

Verdiyin sorğuya eləyim əməl: 

Düşmənin başını öpsün toz, torpaq, 

Olsun yad kimsələr dünyadan uzaq. 

Əmrinə baş əyən hər bir kişvərdə

Nayiblər tikilsin məndən hər yerdə. 

Indi ki, mən sənə qılınc çəkmədən 

Başını əyərək təslim oldun sən, 



                                                                                                            

300


Taxtınla başını uca eylərəm, 

Tacını başında saxlarsan möhkəm. 

Nə mülkün, nə tacın gərək. Ol əmin, 

Qoymaram ki, olsun işlərin çətin. 

Yalnız bir şərtim var, bütün mülkündən 

Mənə yeddi illik xərac verəsən. 

Yeddi il vergisi verilsə mənə, 

O başqa vergilər halaldır sənə." 

Dinləyən ağlına aydınlıq saçdı, 

Ağzını incə bir cavabla açdı: 

"Tacidar nə haqla istəyir hələ 

Yeddi illik xərac bu az ömürlə. 

Ömrümü edərsən təmin yeddi il. 

Yeddi il xərc vermək çox çətin deyil." 

Bu sözü bəyəndi uca hökmüran, 

Qızınca beyni bu incə cavabdan, 

Söylədi: "Altı il nə versə diyar, 

Ayaq müzdü verdim sənə, ey huşyar. 

Görürəm şüurun, ağlın incədir, 

Qəbuldur mənə tək bir illik gəlir." 

Türklərin xaqanı dünya şahından 

Daşqın bir sevinclə oldu kamiran. 

Dərgahın tozunu kirpik ucuylə

Süpürə-süpürə söylədi belə: 

"Bilirəm: mətindir verdiyi peyman, 

Gücünü artırsın ulu yaradan! 

Madam ki, tacidar söz verir buna, 

Əz əliylə bir xətt gərəkdir mana. 

Bir illik xəracı verdiyim zaman 

Məni öz yerimdə qoysun hökmüran. 

O xəttin qolumda olsun bir qolbaq, 

O xətti başımçın saxlayım ancaq. 

Başımla mən də söz verirəm, inan, 

Bu dostluq yolundan çıxmaram bir an." 

Söz getdi arada, bağlandı peyman: 

Qaçsın hər ikisi vəfasızlıqdan. 

Düşmənlik silinsin, dostluq var olsun, 



                                                                                                            

301


Bu dünya durduqca bərqərar olsun. 

Nəhayət, bir fərman verdi hökmüdar: 

Xaqanın qolundan açılsın bağlar. 

O qızıl zəncirdən ucalsın başı, 

Tacının cəvahir olsun daş-qaşı. 

İskəndərlə bitdi bu əhdü peyman, 

Öz ordugahına qayıtdı xaqan. 

Gecənin sultanı açınca çətir, 

Qaranlıq müşk kimi saçırdı ətir. 

Ulduzlar o qədər qızıl səpirdi. 

Yer öküzü qızıl altına girdi. 

Şah meylə təskinlik verdi dimağa, 

Axıtdı şərabı yaqut dodağa. 

Axşamdan sübhəcən oturdu yenə, 

Içdi Cəm camını Cəmin eşqinə. 

Yuxunun yoluna səpmişdi tikan, 

Zəhməti, kədəri unutmuş bir an. 

Nə düşmən işindən kədər çəkərdi, 

Nə keşikçi səsi, nə döyüş dərdi. 

Sübhəcən şahanə qədəh sonaraq. 

Gecəni keyf ilə keçirdi oyaq. 

Təbii yaqutu yontunca zaman, 

Yaqutlu tac ilə cüft oldu cahan

232


Qapıdan girdi tez keşikçi əskər: 

"Neçin qəflət etmiş uca İskəndər? 

Budur, Çin xaqanı qoşunla gəlir, 

Ayağı altında yer, göy titrəyir. 

Qaynaşan ordusu dünya doldurur, 

Göylərə səs salmış təbil və şeypur. 

O qədər fil var ki, incinir yollar, 

Günəşə, aya baş qaldırmış qubar. 

O qədər qoşun var, çıxmış hesabdan, 

Heç bir kəs görməmiş o qədər insan. 

Ordusu daşıyır hər çeşid yaraq, 

Poladdan dənizdir, hər dalğası dağ. 

Xaqan da oturmuş qocaman filə, 

Arada iki mil vardır fasilə." 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə