Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə68/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   64   65   66   67   68   69   70   71   ...   113

                                                                                                            

278


Hər üçü məhv olur, ömrü azalır: 

Iranda fil, Çində pişik, Hinddə at 

Məhv olur, açmayır əsla qol-qanad. 

İskəndər gördü ki, o abü hava 

Yelayaq atlara etməyir vəfa. 

Tibetə tərpəndi tez Hindistandan, 

Oradan tez Çinə keçdi hökmüran. 

Tibetin dağına çatınca ordu 

Səbəbsiz sürəkli qəhqəhə vurdu. 

"Belə qəhqəhəyə, - sordu, - səbəb nə? 

Burda insan ancaq ağlar özünə." 

Dedilər: "Zəfəran rəngli bu torpaq 

Insanı səbəbsiz güldürür ancaq." 

Padşaha maraqlı göründü bu iş, 

Neçin bu qəhqəhə, neçin bu rəviş? 

Dənizi, qurunu, çətin çölləri 

Keçərkən hey mənzil-mənzil irəli, 

Yolu ov qanından qupquru gördü, 

Çölləri müşk ilə dopdolu gördü. 

Ceyranı görüncə çöldə nafədar, 

Əmr etdi gözəl bir ceyran vurdular. 

Hər yerdən sel kimi ordu axardı, 

Çöllərdən xalvarla nafə yığardı. 

Çin səhralarından keçdi bir zaman, 

Abadlığa çatdı böyük hökmüran. 

Bir çayır göründü cənnətdən də şən, 

Başını behiştə dayamış gülşən. 

Hər tərəf yamyaşıl, gözəl gülzardı, 

Hər dörd-beş addımda çeşmə axardı. 

Xoş iqlim, xoş hava, sıx, geniş orman, 

Yamyaşıl, meyvəli ağacdı hər yan. 

Saf çaylar, çeşmələr axır hər yerdə, 

Gümüştək parıldar mavi peykər də. 

Şeh düşmüş, ən lətif, ən təzə otlar 

Bir düzüm incidir sanki parıldar. 

Çeşmənin başında ceyran izi var, 

Yamyaşıl çəmənlər müşk ilə dolar. 



                                                                                                            

279


Maral dırnağını çəmənə çalmış, 

Yaşıllıq üstünə müşkin xət salmış. 

Tapılmaz boz bir yer, hər tərəf otlaq, 

Varsa da boz təpə - daşlıqdır ancaq. 

İskəndər görüncə o gözəl yeri, 

Hindistan şövqündən çəkildi geri. 

Atları, əmr etdi uca tacidar, 

O sulu otlağa boş buraxdılar. 

Bir həftə şən həyat sürdü vüqarla, 

O yerdə dincəldi pəhləvanlarla. 

O biri həftədə gözəl gün seçdi, 

Elə ki, uğurlu gün ələ keçdi, 

Köç təbli çaldırdı uca tacidar, 

O yerdən sürətlə Çinə çapdılar. 

Təbilçi dolduqca acığa, qəhrə, 

Təbildən qopurdu bağırtı, nərə. 

Çinin al güzgüsü şəfəq saçarkən, 

Ordunu Çin səmtə çəkdi hökmüran. 

O polad və zireh geyimli ordu - 

Hər biri yelqanad ata oturdu. 

Hava saf, gözəldir, yollar tikansız, 

Varsa da tikanlar, ballı, ziyansız, 

Dağların, çöllərin dadlı otundan 

Şəkərli süd əmər hər körpə ceyran. 

Ovlaqdan keçərkən şanlı İskəndər 

Tozundan çöllərə yayıldı ənbər. 

Şahın damğasını daşıyan ceyran 

Göbək salmış müşkin ağırlığından. 

Oxundan torpağa üz qoyan ceyran 

Gözündə tiryəktək görünür cahan

222



Kükrəyən aslandı ulu cahandar, 



Sıçrayan qaplandı altında şikar. 

O qədər ov etdi rumlu İskəndər, 

Ceyrandan, maraldan boşaldı çöllər. 

Atlar dırnağından ipək çöl, çəmən 

"Ceyrangöz" olmuşdu ceyran gözündən

223


Qabırğa deşən ox çəkirdi nərə, 




                                                                                                            

280


Ceyran da, müşk də düşürdü yerə. 

Başdan dırnağadək hər maral, ceyran 

Mədənə dönmüşdü qızıl oxlardan. 

Padşahın kamanı pusquda durur, 

Hər oxa bir maral, bir ceyran vurur. 

Oxların etdiyi incə nəqqaşlıq, 

Çöllərin rəngini silmişdi artıq. 

Ovlaqda ona ov oldu əyləncə, 

Vaxtını keçirdi bir gün, bir gecə. 

Dünyanın gəlini, dilbər gözəli, 

Hasara düşüncə göylər gözəli, 

Eşqindən gecə bir hindu qadıntək, 

Sehr etdi fəzaya, saçdı min bəzək. 

Öz köhlən atından İskəndər endi, 

Ordu da onunla bərabər endi. 

Rahatlıq etməyə qərar verdilər, 

Quş da tərpənmədi səhərə qədər. 

Sübhün gözəli zər xalxalı ilə 

Göyün xeyməsinə saçarkən şölə

224


Dünya hindu kimi tüstü yayardı, 

Yəğma və Xülləxtək cahan ağardı. 

Gurultu qopunca şahın təblindən, 

Yəğmaya, Xülləxə yayıldı şivən. 

Dünyanı dolaşmaq fikri daşıyan 

İskəndər qoşuna verdi bir fərman: 

Qoşunu bu yerdə düşərgə salsın, 

Bir ayı başa-baş dincini alsın. 

Tövlədən, axurdan doldu hər tərəf, 

Yaşıl çəmənlərdə biçildi ələf. 

Xaqana dedilər: bezdi çöl, orman 

Zirehli atların polad nalından. 

Irandan kükrəyib axan bu selin 

Əlindən qurtular nə xaqan, nə Çin. 

Bu bir seldir, tutar bütün dünyanı, 

Kölgədə buraxar keçmiş tufanı. 

Yağmuru xərabə edər hər yeri, 

Dənizdə məhv edər zor nəhəngləri. 



                                                                                                            

281


Qara əъdahadır, kükrəmiş Rumdan, 

Ölkələr görməmiş bir belə aslan. 

Həbəşin üzünə o damğa vurdu, 

Zənci qara geydi, bir matəm qurdu, 

Daranı büsbütün etmişdir tarac, 

Hindin şahlarından qapmış qızıl tac. 

Furların talanı bitincə, demək, 

Məqsədi Fəğfuru yəğma eyləmək. 

Yerindən qoparsa bu coşqun dəniz, 

Dağlar da kökündən uçar tərtəmiz. 

Qorxudan tez məclis çağırdı xaqan, 

Qorxmaqla haqlıydı elə aslandan. 

Qan ilə yazdı hər hüduda bir xətt: 

"Ölkəmiz qan ilə yoğruldu, dəHşət!" 

Bir məclis bəzədi, gəldi qasidlər, 

Göndərdi Xətadan Xütənə qədər 

Fərğanə, Pəncabı qoruyan, güdən 

Hüdudun sınanmış igidlərindən. 

Xərxiz ilə Çaçdan, böyük Kaşğardan 

Çağırdı hesabsız igid pəhləvan. 

Hər yerdən toplanıb gəlincə ordu, 

Xaqanın ürəyi sakitcə vurdu. 

Yürüyən bir dağın üstünə mindi, 

Bir polad dağ kimi yerdən tərpəndi. 

Şaha iki mənzil qalırkən ordu 

Tövlələr bağladı, çadırı qurdu. 

Tez-tez o padşahdan tuturdu xəbər, 

Ona nə yol ilə yetirsin zəfər, 

Gizlicə arayıb tapdı xəfiyyə, 

Düşmənin halını öyrənsin deyə, 

Nəhayət, xəfiyyə gətirdi xəbər: 

"Şanlı tacidardır rumlu İskəndər. 

Səxada, kərəmdə qazanmış ad-san, 

Gözəl bir məsləkdir, deyildir insan. 

Şüurlu ağıllı və açıq gözlü, 

Zəhmətdə sakitdir, xəlvətdə sözlü. 

Hər zaman mətindir, yaşar vüqarla, 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə