Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə66/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   62   63   64   65   66   67   68   69   ...   113

                                                                                                            

270


Söz versə, sözündə dursa hər zaman, 

Talandan əl çəksə, dost olsa mana, 

Qapımdan kinini atsa bir yana, 

Verərəm dörd şey ki, beşincisi yox, 

Işığı, dəyəri ulduzdan da çox. 

Birinci, qızımı göndərrəm şaha, 

Nə qız, bir günəşdir, aydır dərgaha. 

Ikinci, yaqutdan bir camdır, qış-yaz 

Içdikcə o camdan şərab azalmaz. 

Üçüncü, filosof, gizlini görən, 

Göylərin sirrini bilən, göstərən. 

Dördüncü, təbibdir, hər dərdi bilir, 

Ondan hər xəstəyə bir şəfa gəlir. 

Hədiyyə verərəm edərsə qəbul, 

Təşəkkür edərək deyərəm: sağ ol!" 

Elçi baş əyərək dedi: "Bu şeylər 

Hədiyyə gedərsə, böyük İskəndər 

Mülkündə başını göyə ucaldar, 

Qohum olduğundan hörmətin tutar. 

Adını adlılar içində çəkər, 

Hər bir istəyinə rəğbət göstərər." 

Hind şahı gördü var ağlı, anlağı, 

Möhkəmdir, büdrəyən deyil ayağı. 

Söylənən sözləri - şərti tutaraq, 

Sözə bir qədər də yağ, bal qataraq, 

Bir qoca hindlini bu işə görə 

Elçiylə göndərdi uca hüzurə. 

Şahın dərgahına gələrək onlar 

Oldular bağçada gül saçan bahar. 

Görüncə hindli o sərapərdəni, 

Ayparası aydan uca xeyməni, 

Torpağa baş vurub içəri girdi, 

Əvvəlcə salamı şaha yetirdi. 

Rüsumat bitincə o hindu birdən 

Söz açdı qəbulə keçən şeylərdən. 

Dörd şeydən danışıb söylədi: "Ey şah! 

Heç kəsdə tapılmaz belə bir dəsgah". 

Bu istək coşdurdu onun qəlbini, 




                                                                                                            

271


Göz görmək istədi eşitdiyini. 

Töhfəni tez ələ almaq fikriylə 

Bir an da olsa səbr etmədi belə. 

Şirindil hindliylə uca hökmüran 

Söylənən şərtlərlə bağladı peyman. 

Bəlinas və başqa kəslərlə yenə

Göndərdi örtülü, ağır xəzinə. 

Göndərdi alması mum edən məktub, 

Bütün Hindistanı ram edən məktub. 

Yazıldı Keydə bu bir hökmürandan, 

Qızğın əъdahaya müdhiş aslandan. 

Bu məktub hər katib işinə yarar, 

Içində nə qədər gözəlliklər var. 

Ürək qızğınlığı üz verdi şaha, 

Dostluq şərtlərini artırdı daha. 

Qələmi o katib alınca ələ, 

Məktubu yoğurdu müşkü ənbərlə. 

Bəlinas, bir neçə rumlu birlikdə, 

Məktubu aldılar hind şahı Keydə. 

Bəlinas at çapdı bir an durmadan. 

Hind qərargahına çatdığı zaman 

Keydin saf qəlbini şən, parlaq gördü, 

Hindu hiyləsindən çox uzaq gördü. 

Baş əydi, çünki o, bir tacidardır, 

Hörmətli taxtı, həm qurşağı vardır. 

Irəli gedərək öpdü naməni, 

Hinduyə tapşırdı o xəzinəni. 

Məktubu o katib oxudu əzbər, 

Qorxudan yerlərə əyildi göylər. 

İSKƏNDƏRİN HİNDLİ KEYDƏ

MƏKTUBU 

İskəndər məktubu yazmışdı belə, 

Daşı mum edirdi şəfəqqətilə. 

Ay, günəş yaradan adından sonra, 

Düşüncə və ağlın yolu yox ora, 



                                                                                                            

272


Odur hökmüranlıq və höküm verən, 

Bütün peyğəmbərə vəhy göndərən. 

Lacivərd göylərin altından sonra 

Salamlar söylərəm namdarlara! 

Məktubda yazmış: "Ey böyük pəhləvan, 

Taleyin gənc olsun, güclənsin arxan! 

Fikrim və iradəm bu idi ancaq, 

Fil ilə, toppuzla möhkəm çarpışmaq. 

Bir qüvvət göstərim titrəsin cavan, 

Dağlar parçalansın bu toppuzumdan. 

Bu Hində elə bir od vurum, ondan 

Qalmasın bir nəfər boyun ucaldan. 

Uca fil başına kəmənd atım mən, 

Qandan bixi-ruyən çıxarım nildən

217



Hindin torpağını qana bələyim, 



Suların başına torpaq ələyim. 

Sülh üçün təlaşı görüncə səndə, 

Bu işdən cilovu çəkmədim mən də. 

Can verən bu dadlı sözlərinlə mən 

Qul oldum sənə bir tacidar ikən, 

Möhkəm bir kirişlə bağlandı könlüm, 

Öz cadu dilində vurdun bir düyüm. 

Elə bir iş et ki, bu közəl peyman 

Nəslimiz içində qalsın hər zaman. 

Dörd adlı gövhəri göndərsən mənə, 

Mən dəxi belə söz verirəm sənə: 

Bir ordu kəsilsə bu yeddi kişvər. 

Mülkünə bir tükcə yetişməz zərər. 

Hər yaxşı, yamanda kömək verərəm, 

Bu dediklərimdə duraram möhkəm." 

Qasid bu məktubu oxudu Keydə, 

Yetirdi salamı, baş vurdu bir də. 

Bu sevimli sözlər bir füsun saçdı, 

Üzünə sehirli qapılar açdı. 

Hiyləgər cadunun etdiyi əfsun 

Etdi cadugəri özünə məftun. 

"Bilirəm ki, Hinddə çoxdur cadugər, 




                                                                                                            

273


Bilməzdim var Hində cadu edənlər." 

Bir qədər danışdı durduğu yerdə, 

Verilən töhfəni tapşırdı Keydə. 

Yerindən oynadı Keydin ürəyi, 

Qaynadı padşaha qarşı bir sevgi. 

Söylədi: "Afərin sənə, hökmüran, 

Bu dünya padşahsız qalmasın bir an!" 

Bilikli elçiyə göstərdi hörmət, 

Aldı hazırlığa bir həftə möhlət. 

Elə ki, bir həftə keçdi vədədən, 

Hazırlıq işləri başa gəlirkən, 

Padşahın əmrinə edərək səcdə, 

Şeyləri hörmətlə verdi qasidə. 

Qoşdu dörd peykərə hər çeşid zivər, 

Göndərdi dəyərli, sevimli şeylər. 

Cavahir, ləl, inci, yaqut, xəzinə, 

Fillərin üstündə ağır gəncinə. 

Saysız Hind poladı, bağlanmış yüklər, 

Xalvarla tökülmüş ud ilə ənbər. 

Yürüyən dağ kimi sarsılmaz qırx fil, 

Göbəyinə çatmaz coşqun, dərin Nil. 

Üç ağ fil göndərdi qızıl taxtına, 

Bir qaranlıq çökdü düşmən baxtına. 

Bəlinasa bəxşiş verdi hökmüran, 

Həm bişkin müşkdən, həm də xam uddan. 

Pəriduxt uddan bir taxta oturdu, 

Göylərin beşiyi ona baş vurdu. 

Qoşdu çox xəzinə pərisurətə, 

Hər biri mal olmuş min bir zəhmətə. 

Götürdü Bəlinas o zər-zivəri, 

Bir kişvər xəracı onun hər biri. 

Tapşırdı şövkətli İskəndərinə, 

Dövləti haqq belə ucaltdı yenə. 

Görüncə dəyərli o xəzinəni, 

Tanrının verdiyi dörd hədiyyəni, 

O qədər şənlətdi bu İskəndəri, 

Unutdu Rumdakı xəzinələri. 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə