Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə56/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   52   53   54   55   56   57   58   59   ...   113

                                                                                                            

228


Önündə padşahlar boynunu burdu. 


                                                                                                            

229


Oxuyub çalanlar, şərab və qədəh 

O gözəl məclisə verirdi fərəh. 

Nüşabə naz ilə hey qədəh alar. 

Ortada gəlinlər qol-qola oynar. 

Məclisdə Feyləqus oğlu İskəndər 

O pəri qızlara salmadı nəzər. 

Birinci, nəfsini oda salmazdı. 

İkinci, hərəmdə ov ovlamazdı. 

Başçılar məclisdə ağır oturdu, 

Padşaha hörmətçin mərd kimi durdu. 

Göy soyuq, günəşin xeyməsi ocaq, 

Yer quru, Cəmşidin yastığı yumşaq

192



Günəş Dəlv bürcündən çıxdı qırağa, 



Girdi Hut bürcünə balıq tutmağa

193


Pul-puldur dağların ətəyi, qəlbi 

Buzlanmış balığın arxası kimi. 

Qurd gözlü qasırğa kəsir nəfəsi, 

Kürkçünün zəhmətə artmış həvəsi. 

Maralın kök budu buzdan qorxaraq, 

Aslan sağrısını etmişdi sığnaq. 

Buzlamış ceyranın kabablıq budu 

Suların bağrına hey duz vururdu

194


Buludlar o qədər sıx kafur saçmış, 

Çinarın qolları ağ çiçək açmış

195


Bənövşə qönçəsi tumurcuq ikən 

Bahar yarpağıtək qar gəlir göydən. 

Olmuş gül ağacı yeldən hamilə, 

Qarnını doldurmuş çiçəklər ilə. 

Ağzını açmadan buzlu nəhrlər, 

Otların dodağı süd ətri verər. 

Yadlardan gül üzə pərdə çəkəli, 

Bülbülün təblini yırtmış dan yeli. 

Bülbültək bardaqlar gəlmiş fərəhə, 

Kəkliktək ağzından düşməz qəhqəhə. 

İçənlərin üzü meydən alıb rəng 

Qızarmış, tərləmiş gül yarpağıtək. 

İskəndər əmr etdi: "Şənlik eşqinə 




                                                                                                            

230


Məclisdə bir alov parlasın yenə.” 

Yenidən yaraşıq, bəzək vuruldu, 

Cənnətə bənzər bir məclis quruldu. 

Məclisdə gül kimi bir atəş yanır, 

Qibtədən güllərin qəlbi dağlanır. 

Odlu tikan tutmuş əldə sarı gül, 

Bu, Zərdüşt odunun tikanı deyil. 

O müşkin kömürdən axan şölələr 

Daşlara əks edən gövhərə bənzər. 

Qara rəng kömürlər ki, alovlanır 

Xəzinə üstündə yatan ilandır. 

Ya qoca insafsız, rəhmsiz məcus 

Əmr etmiş həbəşi qarət etsin rus

196


Hindistandan gəlmiş bir nəfər cadu 

Xırmana vurar bir arpadan odu. 

Müğ arpa yerinə əkmiş ərğəvan, 

Bənövşə düşürmüş biçdiyi zaman

197


Həbəş müşk aparmış Mazandarana, 

Yerinə saf qızıl vermişdir ona. 

Ev hindli qadından qana bürünmüş, 

Abinus qırmızı söyüdə dönmüş. 

Səqlablı atını çapmışdır Çinə, 

Bərtasdan bir samur kükrəmiş yenə. 

"Bilal"da çıxarmış gözəl bir səda, 

Həbəşdə yaşarkən səs verir Rumda. 

Onun şən səsinə qara zəncilər 

Qəlbindən qan tökür, gözündən zəhər. 

Qara qamışlıqdan çıxmış bir aslan, 

Uzun barmaqları alovlu oxdan. 

Katibin dalından göyərmiş qələm, 

Barmağında müşkin qələmlər möhkəm

198


Bir atlaz satandır, oturmuş çox şən, 

Geyimi qoca bir qadın külündən. 

Bir çox ip əyirmiş toxunsun palaz, 

Palazın yerinə tapmışdır atlaz. 

Kimyagərdir bu, kürəsi yanar, 

Dəmiri ataraq saf qızıl alar. 



                                                                                                            

231


Alovlar qızıldan qurmuş bir iksir, 

Öz ətəklərinə saf qızıl səpir. 

Alovu bürüyən sıx-sıx tüstülər 

Neylufər gülünün zülfünə bənzər. 

Reyhanla bəzənmiş saxsı güldandır, 

Ancaq bu, meşədən çıxan reyhandır

199



Od deyil, Cəmşiddən qalma bostandır, 



Günəş xonçasında kökə yapandır. 

Ağ-qara cövhəri parladandır bu, 

Müğlərin yoldaşı - hirbüdün dostu! 

Yeni bir qönçədir, yediyi tikan, 

Cövhəri qədimdir, görüşdə cavan. 

Qış vaxtı yoxsula şən nəğmə söylər, 

Qonşuya qazandan elçilik elər. 

Sazının telləri edər zümzümə, 

Zərdüştün Zəndindən xoşdur bu nəğmə! 

Zənd ilə Zərdüştü yaxan atəşi 

Yaxmışdır dünyanın böyük günəşi. 

Al gül yarpağıdır sərv budağında, 

Ötər kəklik, turac sol və sağında. 

Qırmızı mərcandan ucalmış çinar. 

Başında "ququ"tək kəkliklər ağlar: 

Ördəyə başında yer versə çinar, 

Köksündən acı bir sızıltı qopar. 

Ördəyin vücudu suyun düşgünü, 

Atəşə girərsə qaralar günü. 

Bu bağda coşaraq ötüşər quşlar, 

Hər quşda başqa səs, başqa ahəng var. 

Setarla çalınır sanki hər nəğmə, 

Şərqidən yüz kərə gözəl zümzümə. 

Ciyər duz yedikcə hey qanı damır, 

Duzun da həsrətdən bağrı qavrılır. 

Dişlərə sirr açır şəkərburalar, 

Yedikcə insanın həvəsi artar. 

Qan daman kababın qoxusu ənbər, 

Müşkiylə bəslənmiş aşlar, yeməklər. 

Hər çeşid mürəbbə, turşu, meyvə var, 




                                                                                                            

232


Limon və portağal, narınc ilə nar. 

Çalanın Zöhrətək oynayır qəlbi, 

Kuzələr parıldar Müştəri kimi. 

O gülgün şərab ki, dilbərdən dilbər, 

Dünyadan dünyaca qaldırmış kədər. 

Hamının keyfi saz, səsləri yumşaq, 

Yalnız saz kəskindir ötsə də şaqraq. 

Orda bişmiş idi yoldaşlar tamam, 

Bircə şərab idi, ortalıqda xam. 

Yarım sərxoş idi böyük hökmüdar, 

Çənginin əlində çəng sutək axar. 

Çəng səsi, mey, reyhan, qızarmış quşlar, 

Dar gözlü sənəmlər, sıxı ağuşlar. 

Kimdir həyatından belə kam alan? 

İskəndərə məxsus bu şərəf, bu şan. 

İskəndər eşqinə müştəri üzlər 

Küpləri boşaltdı gündüzə qədər. 

Elə ki, gündüzün yarısı keçdi.. 

Fələk də kürənin nisfini biçdi. 

İskəndər əmr etdi xəzinədara: 

"Xoş gəldin edilsin bu qonaqlara! 

Xalvarla gətirsin qızıl və bəzək. 

Dəvələr yüküylə atlaz və ipək. 

Bir alay həbəşi şux xidmətçilər. 

Boyları sərv kimi, görüşü dilbər. 

Nə müşkə çəki, nə tirməyə daş var, 

Baxdıqca insanın gözü qamaşar. 

Dəyərli üzüklər, zümrüd, firuzə, 

Brilyant, daş-qaşlar gülümsər üzə. 

Qızıldan parlaq tac - zümrüd naxışlı,, 

Gövhərlə işlənmiş naxışlı, daşlı. 

Ətəyi kafurla dolu bir qumaş, 

Üstündə parlayır dəyərli daş-qaş. 

Kəcavə qatırda zərdi, zivərdi, 

Kəcavə çəkənlər qızıl kəmərdi. 

Bu qədər zər, zivər, dövlət, yatır var, 

Verdi Nüşabəyə xəzinədarlar. 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə