Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə53/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   49   50   51   52   53   54   55   56   ...   113

                                                                                                            

215


Mənə saf ürəyim söyləyir belə, 

Bu başla, şahanə, uca sayənlə 

Bir elçi deyilsən, hökmverənsən, 

Göndərilmiş deyil, sən göndərənsən. 

Peyğamın qılıncdır, qoparır başlar. 

Səndən başqa bunu mənə kim vurar? 

Ancaq şah qılıncla oynarsa artıq, 

Qılıncı göstərər başıucalıq. 

Söz açma İskəndər qılıncından sən, 

Özünə çarə tap, İskəndər sənsən. 

Məni çağırarkən toruma düşdün, 

Gözünü yaxşı aç, çiysən, bir düşün. 

Taleyim gətirmiş səni bu taxta, 

Eşq olsun dövləti düşünən baxta." 

İskəndər dedi: "Ey bu taxta layiq, 

Arama baxtının hökmündən artıq. 

İskəndər dənizdir, mən çayam, ancaq 

Günəşlə kölgəni olmaz bir tutmaq. 

Bir kəsə tay tutma məni, ey huşyar, 

Mən kimi minlərcə gözətçisi var. 

Bu fikri qəlbindən sən sil büsbütün, 

Padşahı bundan da çox uca düşün. 

Yoxsa İskəndəri sandın kimsəsiz, 

Özünə elçilik edən bir aciz? 

Uca dərgahına sığmaz igidlər 

Özümü zəhmətlə elçilik edər?" 

Ağıllı Nüşabə yenə dürr sacdı, 

O gül dodağından qıfılı açdı: 

"Qəlbimi bu qədər aldatmaq nədən? 

Yalan atını gəl minib çapma sən. 

Əl çək bu tərslikdən, yetər inadın. 

Mərdliklə şan, şöhrət qazanmış adın. 

Böyükdür pəyamın, adın da, sən də

Aslanı gizləmə qurd dərisində. 

Elçidə olurmu belə cəsarət? 

Hüzurda göstərsin bu qədər hiddət? 

Qəhr ilə buyruqdan nə əl çəkirsən, 



                                                                                                            

216


Nə də qarşımızda boyun əyirsən. 

Bizimlə hökm ilə edirsən rəftar, 

Belə rəftar yalnız padşahda olar. 

Var bundan başqa çox nişanlar, hələ

Ondan da çox əsrar gələcək ələ". 

Tez verdi belə bir cavab İskəndər: 

"Bir tülkü aslandan gətirməz xəbər! 

Gözündə olsam da cəsur, qəhrəman, 

İskəndər deyiləm, elçiyəm ondan. 

Xəbəri böyüklər göndərmiş belə, 

Hökmünü dəyişmək yararmı? Söylə! 

Sözümdə varsa kin, acıq, kükrəyiş, 

Bu sənin və onun bildiyi bir iş. 

Ürəkli olmama səbəb onu bil, 

Göndərən aslandır, bir tülkü deyil! 

Belədir şahların rəsmi, elçilər 

Amanda olurlar, görməzlər zərər. 

Dediyim sözləri demiş tacidar, 

Dilin qıfılına göstərmə açar. 

Doğru bir cavab ver mənə bir kərə, 

Yenə də dönüm öz gəldiyim yerə." 

Nüşabə qızdı o aslan ürəyə: 

"Günəşi palçıqla suvadın" deyə. 

Zərrəcə qorxmadı, gətirmədi tab, 

Verdi qılınc kimi kəskin bir cavab: 

"Yersizdir,- dedi,- bu çalışıb durmaq, 

Günəşə palçıqdan vurursan suvaq." 

Kənizə əmr etdi: "Ver, baxsın" deyə, 

Padşahlar rəsmini öpən ipəyə. 

Ipəkdə göstərdi ona bir bucaq, 

Söylədi: Əlində tut, diqqətlə bax. 

Bu surət, bu sima kimindir, kimin? 

Sarayda hörmətlə saxlanır neçin? 

Inad etməyinin qalırmı yeri? 

Örtmə öz qaşınla uca göyləri."

185 


İskəndər dinlədi onu hörmətlə, 

Yazılı ipəyi açdı sürətlə. 




                                                                                                            

217


Rəsmini tanıdı baxınca şəklə, 

Gördü almış düşmən ölkəni ələ. 

Bu işdə kin, hiddət göründü yersiz, 

Bir cavab verməkdən qalaraq aciz, 

Qorxudan saraldı bir saman kimi, 

Sığındı allaha tutulan kimi. 

Nüşabə gördü ki, o qızğın aslan 

Pozuldu, alçalıb düşdü ucadan. 

Dedi: "Ey uğurlu, böyük tacidar! 

Zəmanə başlara çox oyun açar. 

Düşünmə, hörmətim çoxdur, bunu bil, 

Bu ev öz evindir, başqa yer deyil! 

Pərəstiş edərəm sənə hər zaman, 

Ya orda, ya burda bəndəyəm, inan! 

Bu rəsmi onunçun göstərdim ki, sən 

Mənim də şəklimi aydın görəsən. 

Erkək tinətliyəm olsam da qadın, 

Hər işi bəllidir mənə dünyanın. 

Mən də bir aslanam, düşünsən bir az, 

Aslanın erkəyi, dişisi olmaz. 

Qara bulud kimi gurlasam kinlə, 

Qılınc tüstüsündən yanar su belə. 

Aslanlar buduna basaram mən dağ, 

Nəhənglər yağından yaxaram çıraq. 

Məni düşmənliyə çəkmə sevgidən, 

Vurğunun olana tənə vurma sən! 

Kim tikan əkərsə, tikan dərəcək, 

Kim nicat verərsə, nicat görəcək. 

Əgər sən üstünlük edərsən mana, 

Qələbə çalarsan bir dul qadına. 

Mən qalib gəlsəm, kin coşduğu zaman 

Ataram gizlənən şahı ortadan

186



Tülküylə qurd kimi biz etsək savaş, 



Sən kiçik olarsan, mənəm böyük baş. 

Sınaqlı qocalar söyləmiş belə: 

"Güləşmə ən fəqir, yoxsul bir kəslə, 

Səndən şey qoparmaq fikrini izlər, 




                                                                                                            

218


Ürəkdən çalışar, üstünlük edər." 

Vücudum şəhərdə etsə də məskən, 

Qəlbim qafil deyil şahlar işindən. 

Hindistan mülkündən Yunana qədər 

Virandan, abaddan tutmuşam xəbər. 

Göndərdim hər yerə bilikli adam, 

Ağıllı, sınaqlı, mahir bir rəssam. 

Böyük fatehləri öyrənim deyə, 

Rəsmini aldırdım incə ipəyə. 

Adlı padşahların rəsmini çəkən 

Hər rəsmi gətirib mənə verərkən, 

Sanıram dünyanı verdilər mana, 

Öz incə rəyimlə baxaram ona. 

O rəsmi doğurdan tanıyım deyə, 

Göstərrəm başqa bir görən kimsəyə. 

Desələr ki, filan tacidardır bu, 

O zaman təsviri sanaram doğru. 

Sonra da təpədən dırnağa qədər 

Hər rəsmə salaram dərin bir nəzər, 

Yaşlıdan və gəncdən öz qədərincə 

Bir ölçü götürrəm incədən incə. 

Yaxşını, yamanı tanır xəyalım, 

Bar zəka tanıyan şüur, kamalım. 

Boşuna keçməyir gecə, gündüzüm. 

Özümlə oynayan deyiləm özüm. 

Bu himmət tərəzim durmadan işlər, 

Şahlarda ağırı, yüngülü ölçər. 

Ipəkdə gördüyün surətlər ki, var, 

Tək sənin xəyalın könlümə yatar. 

Çünki surətinlə tanışam çoxdan, 

Bu nəqşin dostluqdan göstərmiş nişan." 

Sözünü ürəklə dedi, şənləndi, 

Öz büllur taxtından aşağı endi. 

"Taxtımda, - dedi, - sən otur namidar, 

Bir taxta yaramaz iki tacidar. 

Bilirsən şahmatın iki şahı var, 

Hər qəlbə yeni qəm gətirir onlar." 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə