Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə54/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   50   51   52   53   54   55   56   57   ...   113

                                                                                                            

219


Taxtından enincə o pərisurət 

Durdu hüzurunda, göstərdi xidmət. 

Gəlintək oturdu qızıl kürsüyə, 

"Padşaha kiçik bir bəndəyəm" deyə. 

O nəhəng balıqdan şahın görkəmi 

Rəng verdi, rəng aldı zürafə kimi. 

Düşündü: "Qadın da olsa bu salar, 

Ürəyi bir erkək ağlıyla parlar. 

Bax, belə işləri görən qadına, 

Pərilər afərin söylər adına! 

Qadınlar olmasın gərək çox cəsur. 

Dişi aslanlarda kin kəskin olur. 

Yüngüldür çəkidə qadının daşı, 

Kişi ölçüsüylə durmaz yanaşı. 

Qadınlar pərdəylə örtülsə xoşdur, 

Pərdəsiz musiqi ahəngi boşdur. 

Bax, Cəmşid nə gözəl söyləmiş gerçək. 

"Qadın ya pərdə, ya məzarda gərək!" 

Qadını, saleh də olsa, buxovla, 

Oğru dost olsa da, eşşəyi bağla!" 

Düşündü: "Nədir bu acı həqarət? 

Bu yerdə kim edər sənə mərhəmət? 

Fikrini bişir də, qəlbini xoş tut

Yıxıldın, artıq öz canını unut. 

Gözəldir, bal qatmış gül ləblərinə, 

Belə bir sevimli dilbər yerinə 

Olsaydı amansız, kinli bir düşman, 

Artıq əl çəkəydim gərək başımdan. 

Bu yerdən çıxarsam ağır yükümü, 

Hər işdə saxlaram düzgün ölçümü. 

Şaşqınlar yolunu tutmaram bir də. 

Örtmərəm üzümü gərəksiz yerdə. 

Açaram bəndi bu bağlı qəlbimdən, 

Düyünü düyünə necə vurum mən? 

Qarınca düşərsə parlaq bir tasa, 

Bir çarə düşün, güc iş görməz yoxsa

187



Səbr edim, çox çətin olsa da bu hal, 




                                                                                                            

220


Bu işlər yuxudur, yaxud bir xəyal? 

Eşitdim çox şadmış bir gənc müqəssir, 

Dara çəkilirkən boynunda zəncir. 

Dostlardan birisi verdi bir sual: 

"Az qalır ömründən, hey, nədir bu hal?" 

Dedi: "Son nəfəsdir, ömrüm qalır az, 

Az ömrü kədərlə keçirmək olmaz." 

Qurtardı yaradan onu zillətdən, 

Işığa çıxartdı qatı zülmətdən. 

Qıfıla çox zaman tapılmaz açar, 

Bir açan tapılar, nəhayət açar." 

Özünə çox bu cür sözlər söylədi. 

Çarəsiz canını təslim eylədi. 

Yalnız çapğın etsə hər bir pəhləvan, 

Düşər div əlinə pəhləvan, inan. 

Xanəndə bəstəsiz şərqi söyləsə, 

Söz ilə kamança gülər o səsə. 

Bir zaman çox dərin fikirə getdi, 

Öz təbiətini məzəmmət etdi. 

Səbr etdi, bu ağır dərdə, kədərə, 

Təslimlə dik başı əyildi yerə. 

Nüşabə xidmətə bağladı kəmər, 

Əmr etdi: durmayıb gözəl pərilər 

Şahlara yaraşan bir süfrə açsın, 

Ortaya hər çeşid yeməkdən saçsın. 

Kənizlər şam kimi qalxdı ayağa, 

Şahanə bir süfrə hazırlamağa. 

Hər çeşid yeməklər axdı hər yandan, 

Yeməklər bişmişdi qoçdan, toğludan, 

Uzun və yuvarlaq incə çörəklər 

Saraydan başlamış qapıya qədər, 

Kökələr yoğrulmuş yağla, şəkərlə, 

Şəkərli küncüddə dada bax hələ. 

Ənbərlə yoğrulmuş dadlı yeməklər 

Cənnət yeməyindən verirdi xəbər. 

Dağ kimi qalanmış öküz və balıq, 

Çəkdi yer öküzü bundan ağırlıq. 



                                                                                                            

221


Süfrədə quzular coşqun sevincdən 

Quş kimi qol-qanad açmışdı şən-şən. 

Ən dadlı mürəbbə, limonlu şərbət, 

Püstədə, badamda var başqa ləzzət. 

Bar hədsiz paludə - ənbər qoxuyan, 

Çox məğzi paludə sağalar ondan. 

Tər halva və badam halvası daşır, 

O qədər çoxdur ki, qablardan aşır. 

Gülabla çəkilmiş şərbət, gülşəkər, 

Saçdığı şirənin nəfəsi ənbər. 

Bunlardan başqa o taxtın üstündə

Qızıl büsat qurdu şahın önündə. 

Bir xonça qoyuldu günəşdən parlaq, 

Içində dörd büllur kasa qoyaraq, 

Biri ləl, o biri qızıldan dolmuş, 

Biri dürr, birinə yaqut qoyulmuş. 

Elə ki, uzandı əllər süfrəyə, 

Ağızlar açıldı təam yeməyə, 

Nüşabə dedi: "Ey böyük hökmüran, 

Yeyiniz, ən dadlı bu xuruşlardan." 

İskəndər söylədi: "Ey sadə dilbər, 

Ölçüsüz söyləmə, tökməyəsən tər. 

Düzmüsən süfrəmə almaz, yaqut, dürr, 

Daş-qaş yeyilərmi, bu nə deməkdir? 

Daşı da yeyərmi ağıllı insan? 

Bu rəngi təbiət həzm etməz, inan! 

Eylə bir yemək ver mədəmiz dolsun, 

Rəğbətlə ona əl uzatmaq olsun." 

Nüşabə gülərək söylədi şaha: 

"Daşın ki, boğaza yolu yox daha, 

Faydasız, yaramaz belə daş üçün 

Bu qədər vuruşmaq, çarpışmaq neçin? 

Indi ki, yeməyə yaramaz bu daş, 

Dünyada onunla ucalarmı baş? 

Dəyərsiz bir daş ki, olmayır yemək, 

Onunçun bu qədər zəhmət nə gərək? 

Yollardan daşları almaq lazımkən, 



                                                                                                            

222


Daşı daş üstünə qoyursan nədən? 

Bu daşdan doyunca hər kəs ki, aldı, 

Yemədi, daş yenə yerində qaldı. 

Deyilsənsə daşa pərəstiş edən, 

Daşını yüngül et, yerində qal sən." 

O incə qadının bu söhbətindən 

Yeməkdən əl çəkdi o polad bədən. 

Dedi: "Ey xanımlar xanımı qadın, 

Qüvvətdə erkəkdən ucadır adın. 

Doğru söylədin ki, belə gövhərlə 

Hər sərraf ancaq bir daş alar ələ. 

O zaman dəyərli olardı sözün, 

Öncə bu qaş-daşdan qaçaydın özün. 

Tacımda cavahir parlar, doğrudur, 

Padşahlar tacında cavahir olur. 

Sənin xonçandakı bu qaş-daş daşır, 

Bu danlaq, bu töhmət kimə yaraşır? 

Süfrəyə cavahir saçmaq nə gərək? 

Gövhərdən qaçmağı mənə öyrətmək? 

Sərrafın gözünə toz atmaqdır bu, 

İskəndər yaqutu hər evdə dolu. 

Bununla bərabər diqqət edincə  

Sözlərin yerlidir, doğrudur, məncə.  

Eşq olsun bu fıkri sağlam qadına,  

Mərdliyin yolunu göstərir mana.  

Ey uzaq görən qız, gəl məni dinlə,  

Qızıl sikkəsini nəsihətinlə  

Ataram bir kərə torpaqlara mən,  

Qızıla torpaqdır təbii mədən".  

Sonra Nüşabənin yaqut dodağı  

Yaqutla bəzədi bütün torpağı.  

Əmr etdi xonçaya qoyuldu yemək,  

Qızıl noğuldanlar, əntiq və qəşəng.  

Hər yeməkden özü dadırdı öncə,  

Çox heyrət etdi şah bunu görüncə.  

Şah rahat deyildi belə xidmətdən,  

Ayağa qalxdı tez yemək bitərkən. 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə