Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə44/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   40   41   42   43   44   45   46   47   ...   113

                                                                                                            

179


Hər yırtıq vərəqdən toz silə-silə, 

O dağnıq xəznəni topladım belə. 

Bu gizli əsrarlı kimiyalərdən 

Yaratdım ən incə, gözəl bir məxzən. 

O farsca söyləyən bilikli qoca 

Belə nəql eləyir tarix boyunca: - 

Daranın taxtını alınca ələ

Musildən tərpəndi öz ordusiylə. 

Zöhrətək Babildən parladı öncə, 

Haruti kəsləri təmizləyincə

168



Əmr etdi möbidlər yandıran odu 



Durmadan hünərlə söndürsün ordu. 

Zəndin əfsunları atılsın suya, 

Alınsın yaxud bir dəftərxanaya. 

Ibrahim dinini doğru yol bildi, 

Atəş tüstüsünü dillərdən sildi. 

Aqillər məsləhət gördülər ona: 

Oradan tərpənsin Azərbaycana. 

Gəlirkən hər yerdə ki, atəş gördü, 

Zəndi məhv eylədi, odu söndürdü. 

O yerdə ki, alov çıxırdı daşdan, 

Məcuslar deyirdi "Özündən yanan." 

Yüzlərlə xidmətçi taxmış zər, zivər. 

Pərəstiş etməyə bağlamış kəmər. 

Əmr etdi, o köhnə atəşlər sönsün, 

Bir anda kömürə və külə dönsün. 

Hirbüdün oduna soyuq su tökdü, 

Çox hirbüd belini ikiqat bükdü

169


Elə ki, o yerdə atəşlər söndü, 

Isfahana tərəf İskəndər döndü. 

O gözəl, ruh verən abad şəhərdə, 

Ürəyi sevinclər saçan o yerdə

İskəndər oldu bir çiçəkli gülşən, 

Düşdü kam ardına ürəyi çox şən. 

Orda bir saray var incə naxışlı, 

Bahar bağçasından nazlı baxışlı, 

Məcuslar rəsmiylə Zərdüşt ayini 




                                                                                                            

180


Ora toplamışdı bir çox gəlini. 

Hər gözə bir afət, hər qəlbə düşmən, 

Insan heyran qalır onu görərkən. 

O cadunun adı Azər Humayun, 

Sam nəslindən idi nəsəbi onun. 

Bir əfsun edincə o gözəl afət 

Ürəkdən səbr alır, bədəndən taqət. 

Haruttək Zöhrənin canını alar, 

Yüzlərcə Harutun qəlbini ovlar. 

İskəndər əmr etdi təxir etməmək, 

Bu ev də kökündən dağılsın gərək. 

Cadu qız sür ətlə qalxdı yerindən, 

Qurdu bir əъdaha öz peykərindən. 

Odlu əъdahanı yaxından görən 

Qorudu özünü yanan atəşdən. 

Qorxudan yıxılıb duran kimsələr 

Çaparaq, padşaha verdilər xəbər: 

"Atəşdə qorxunc bir əъdaha vardır, 

Fişəngtək ağzından atəş savırır. 

Hər igid keçirsə onun yanından, 

Öldürür ya udur, verməyir aman." 

Bu gizlin sirridən şah fikrə daldı, 

Vəzirdən belə bir məsləhət aldı: 

- Bu gizli əsrarı Bəlinas bilir, 

Tilsimə tanışdır, tökər bir tədbir. 

Bəlinası tapdı, sordu İskəndər: 

"Bu cadu nə ilə əslinə dönər?" 

Dedi: "Əъdahanı, böyük tacidar, 

Yalnız bir əfsunçu edər aşikar. 

Bu sirri açmağa olsa buyruğun 

Başını kəməndə salaram onun". 

Dedi: "Hiyləgərdir bu qəlbi qara. 

Mümkünsə, durma, et bu işə çara." 

Bəlinas getdi tez atəşkədəyə, 

Gördü bir əъdaha baş çəkmiş göyə. 

Əъdaha görüncə gəlir Bəlinas, 

Bildi ki, şüşəni qıracaq almas

170





                                                                                                            

181


Min oyun çıxardı o sahir cadu

Yüz insan aldadan Hiylələr qurdu. 

Onların təsiri olmadı, yenə 

Çarəsiz qayıtdı köhnə sehrinə. 

Cadunun əfsunu etməsə əsər, 

Əfsunçu yenə öz sehrinə dönər. 

Bəlinas hünərlər göstərdi o gün, 

Cadunun sehrini bağladı bütün. 

Insana taleyi güldüyü zaman 

Cadugər də yaxa qurtarmaz ondan. 

Atdı əъdahanın üstünə "əsdab" 

Su önündə atəş gətirərmi tab? 

Bağladı qolunu bir hiylə ilə, 

Başa çıxdı qızın qurduğu hiylə. 

Qız gördü Bəlinas hünərlər saçdı, 

Cadu hiyləsindən düyümü açdı. 

Torpağa düşərək qopardı fəğan. 

Padşahın ədlindən dilədi aman. 

Bəlinas görüncə o ay üzünü, 

Bir sevda xülyası tutdu gözünü. 

Gözəl cadugərə o verdi aman, 

Xilas etdi onu ovsunçulardan. 

Əmr elədi, dərhal od yandırdılar, 

Atəşkədə yandı - oldu tarü mar. 

O pəri üzlünü götürdü şaha, 

Dedi: "Bax, bu aydır qara əъdaha. 

Ağıllı qadınlar biliklər qurmuş, 

Çarxın qulağını əfsunla burmuş. 

Quyunu çıxarır yerin təkindən, 

Ayı yerə salar öz fələyindən. 

Zühəlin üzündən qaranı atar, 

Hər qara telindən çəkər bir hasar. 

Sevimli gözəldir, yox ona bədəl, 

Pəri də doğmamış belə bir gözəl. 

Müşk ilə saçının ucunu burmuş, 

Günəşin boynunu kəməndə vurmuş. 

Sənin taleyinlə kəsdim yolunu, 



                                                                                                            

182


Ayırdım şöhrətdən, hörmətdən onu. 

Qız qaldı çarəsiz, dilədi aman, 

Məni, padişahım, ayırma bundan. 

Şaha xoş gəlirsə bu göyərçinim, 

Olsun həm xanımım, həm bacım mənim." 

Sevimli üzünü gördü İskəndər, 

Bəzəkli bir aydır, o pəri dilbər. 

Söylədi: "Bu sənin haqqındır, yalnız 

Sənin qədəhindən mey içsin bu qız. 

Sevsən də rənginə aldanma əlbət, 

Onun hiyləsindən eləmə qəflət. 

Kəhrəba olsa da əqrəb quyruğu, 

Yenə də əqrəbdir, zəhərlidir bu." 

Bəlinas təşəkkür edərək ona, 

Üzünü sürtərək yolun tozuna, 

"Qadınımdır" deyə, evinə aldı. 

O gözəl çoxunun qəlbini çaldı. 

O qızdan çox cadu öyrənmişdi bu, 

Onunçun deyildi "Bəlinas-cadu". 

Əfsunçu, münəccim, kim olursan ol, 

Ölümə bağlaya bilərsənmi yol? 

İSKƏNDƏRİN İSFAHANDA  

DARANIN QIZI RÖVŞƏNƏYİ  

ALMASI 

O cənnət suyundan, ey saqi, tez dur, 

Atəşlə yoğrulmuş qədəhi doldur! 

Əlimi çıxarma o sudan, oddan, 

O su və atəşlə mənəm islanan. 

Boranlı qışlarda odur bəxtiyar. 

Qarşıda manqalı, quşu, meyi var, 

Elə bir nar məmə keçirə ələ, 

Bağçada narlara salır vəlvələ. 

Bahara çatınca nar fidanından 

Nar suyu axtarar, nar alar ondan. 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə