Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə33/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   29   30   31   32   33   34   35   36   ...   113

                                                                                                            

133


Bildi ki, şah qızmış nəsihətindən. 

Sözünə başqa bir cərəyan verdi, 

Dadlı bir dil ilə şahı dindirdi: 

"Şübhə yox, dünyada bir sənsən Dara, 

Düşmənin nəyi var, səndədir dara! 

İskəndər kimdir ki, atını çapsın, 

Daranın başından külahı qapsın? 

Sənə bu külahı tikmiş yaradan, 

Ulduzdur sənə bu çırağı yaxan. 

Dağın qapısına çıxarsa kəsək 

Daş ilə əzilər quru torpaqtək. 

Atsa qabaq kolu uca qol-qanad, 

Çinara tay ola bilərmi, heyhat! 

Qabaq suyu içib doyduğu zaman 

Kəndirlə aşağı enər ağacdan. 

O da bir qabaqdır başı ucalmış, 

Boynuna otlardan bir kəndir salmış. 

Otlardan toxunmuş ip də qırılar, 

Dolçası qırılıb quyuda qalar. 

Günəş məşəlindən işıqlansa bağ

Pərvanə yerinə can verər çıraq. 

Aciz, topal tülkü döyüş günündə 

Nə iş görə bilər aslan önündə? 

Qaşında düyümü iki yana vur, 

Kamanın düyümü yanlardan xoşdur. 

Dünyanı tədbirlə əlinə gətir, 

Bu işdə tələsmək nəyə gərəkdir? 

Bir çıraq salmazsa qızğın alovlar, 

Nə özü, nə də ki, pərvanə yanar. 

Od təndir içində, xəmirsə gəlmiş

Çörəkdən ağıza çox yol deyilmiş. 

Hər bəndin açarı səbrdir, inan. 

Səbrli kimsələr olmaz peşiman. 

Ziyandır uduzmaq belə şahmatı, 

Çapdırmaq nə gərək "fil" ilə "atı". 

Mizraba barmaqlar hələ yatmadan. 

Çox çalğı qırılmış ağır yaradan. 



                                                                                                            

134


Sən şahsan, səndədir şövkət, təmtəraq, 

Belə bir hesabı kimdən aramaq? 

Daraya hörmətçin qoca pəhləvan 

Söylədi bir neçə dəyərli dastan. 

Daranın ürəyi, beyni atəşdi, 

Bu dadlı söhbətlər gözündə heçdi. 

Acığı, atəşi sönmədi yenə, 

Od vurmaq istədi sözün məğzinə. 

Dara katibinə əmr etdi belə: 

"Müşk ilə ipəyi, durma, al ələ". 

Katibi sür ətlə qələm götürdü, 

Dara deyənləri yazıb bitirdi. 

O, şəvə qələmi oynatdı şən-şən, 

Manini, "Ərъəng"i saldı qiymətdən. 

Bir məktub yazdı ki, olduqca dilbər, 

Məzmunu cənnətin bağçası qədər. 

Sözləri polad bir qılıncdan kəskin, 

Lisanı, üslubu incə və mətin. 

Katib o qiymətli məktubu yazdı, 

Dara imza atdı, möhrünü basdı. 

Daradan şahlara məktub aparan 

Oldu İskəndərin yanına rəvan. 

Məktubu verincə, açdı sür ətlə, 

Katibə oxutdu başqa diqqətlə. 

DARANIN İSKƏNDƏRƏ MƏKTUBU 

"Insanı biliklə daim ucaldan 

Ən adil, ən böyük tanrı adından. 

Elə bir tanrı ki, əl tutar, bəslər, 

Tək ona sığınar çarəsiz kəslər. 

Işıqlı ulduzu göydə parladır, 

Bu qara torpaqdan insan yaradır. 

Hər işdə bilikli, güclü, bacaran, 

Müstəhəqq olanın keçir suçundan. 



                                                                                                            

135


Hər ruha ondadır hərarət, işıq, 

Hər əqlə o verir qüvvət, yaraşıq. 

Birinə dövranı tutur elə təng, 

Təknədə tapmayır bir parça çörək. 

Birinə dağ kimi xəzinə verər, 

Çəkidə dağ olmaz ona bərabər, 

Nə yoxsul suçundan çəkmiş bir ziyan, 

Nə hünər göstərmiş xəzinə tapan. 

Nə istərsə onun əlindən gəlir, 

Yaratmaq, öldürmək onunçun birdir. 

Hökmündən olurmu qurtarmaq yaxa? 

Bir hakim tapılmaz ona tay çıxa. 

Olsun haqq salamı elə bəndəyə

Acizlik göstərir aciz kimsəyə. 

Nə fayda nakəsə demək afərin, 

Sanar afərini böyük bir nifrin. 

Düşmənin olsa qan içən zülmkar, 

Nəzakət göstərsən acizlik sanar. 

Xoş məsəl vurmuşdur igid bir kimsə: 

"Əlaltı olma bir əlaltı şəxsə." 

Sən, ey xam fikirli, sınaqsız uşaq, 

Aslanla çarpışma, inadı burax, 

Mənimlə döyüşdə zor pəncən hanı? 

Köməyin, qoşunun, sərkərdən hanı? 

Səndə əqrəb, ilan xasiyyəti var, 

Nəhənglə döyüşə yoxsa kim çıxar? 

Əъdaha qılıncım məhv edər səni

Gəl burax bu ilan təbiətini! 

Üstünə qılıncla kükrəsəm, yəqin, 

Ya ölüm, ya qaçmaq olar qismətin. 

And olsun atəşə, "Avest"ə, "Zənd"ə, 

And olsun günəşə, göy çəmbərində, 

And olsun yəzdana, uca behiştə, 

Əhrimən düşməni olan Zərdüştə. 

Rumdan və Yunandan qoymaram əsər, 

Başına yağdırram ətəş, müxtəsər. 

Rumlular sərasər geysə də dəmir, 



                                                                                                            

136


Atəşgədəmizdə mum, dəmir birdir, 

Nə çıxar rumludan, rum əsgərindən, 

Atların nalında məhv olar ölkən. 

Əgər Rum üstünə çəksəm ordular, 

Tozundan günəşin gözü kor olar. 

Ey Rumun ağası, budur məsləhət: 

Daraya edəsən zəncitək xidmət. 

Xalvarla çıxarsan geyimlə qalpaq. 

Bir oxa dayanmaz, inadı burax. 

Qarətçi ordumun oxundan məgər 

Yemədin, üstümə çəkirsən ləşgər? 

Varmıdır Daraya verəcək başın? 

Mənimlə keçin, bu fikrindən daşın. 

yayı qır, oxundan çıxar yeləyi, 

Zirehi qatla, gey zərif ipəyi. 

Yoxsa qulağını buran zaman mən, 

Bilirsən ki, heçsən, heçdən də heçsən! 

Qorx ürək çeynəyən oxumdan mənim! 

Sevinmə bu dovşan yuxumdan mənim! 

Hər yatan dovşana xor baxma, zinhar! 

Tərpənsə yerindən ox kimi uçar. 

Bacarram səninlə edim xoş rəftar, 

Həddini aşanı döyməmək olar. 

Lakin bir məsəl var: "Şah olsa zəlil, 

Quyudur məskəni, yer üzü deyil". 

Vergi ver, kini sil, qoy işə qədəm, 

Köhnə ayinlərə, gəl, çəkmə qələm. 

Hər il nə gərəkdir yeni kürk tikmək, 

Noxtayla bir yerdə satılır eşşək. 

Köhnə xanədana rəxnə vurma gəl, 

Bununla açarsan başına əngəl! 

Məcbur etmə məni qalxım yerimdən, 

Mən böyük bir filəm, sən bir çibinsən! 

Sevin ki, haq sənə vermiş dövlət, var, 

Aslan pəncəsindən alınmaz şikar! 

Bir qarğa kəkliktək səkdi bir zaman, 

Öz yerişi belə çıxdı yadından. 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə