Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə26/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   22   23   24   25   26   27   28   29   ...   113

                                                                                                            

105


Cavabı götürüb elçilər getdi, 

İskəndəri bundan xəbərdar etdi. 

Bu işdən darıldı ona İskəndər, 

Qəlbinə yükləndi gizlin bir kədər. 

Çaldığı zəfərdən alaraq təmkin 

Daraya yenə də bəsləmədi kin. 

Rumların Zənciyə çaldığı zəfər,- 

Dünyaya yayıldı bu şanlı xəbər. 

Qasidlər gəlirdi hər padişahdan, 

Təbrik edirdi bu zəfəri cahan. 

Tənənin qapısı bağlandı artıq, 

Rumların qəlbini sardı bir şadlıq. 

Acizlərə dövran olsa mehriban 

Qarınca oxuyar ilana meydan. 

Çox danə görərsən bu dəyirməndə, 

Növbətlə üyüdür unu hər bəndə

123



İSKƏNDƏRİN OVDA XOŞ  



FAL VURMASI 

Ey saqi, mübarək şərabdan doldur, 

Mənə ver, igidlər dərmanı odur! 

O mey bir halvadır dərdlilər üçün, 

Onu atəş deyil, bəsləmişdir gün. 

Dünyada axtaran adamlar hədsiz, 

Biri inci arar, birisi dəniz. 

Dünyada görmürəm elə bir nəfər 

Öyrədən insana o salsın nəzər. 

Mən kimi bülbülə gərəkdir ancaq 

Qulaq tutanlardan çəkilsin uzaq. 

Oxuyum nəğməmi, saz çalım həzin, 

Dincəlim dərdindən çayın, dənizin. 

Arabir çıxarkən bağdan dişarı, 

Əlimdə çıraqtək narınc sapsarı, 

Orda görməyirəm elə bir ayıq, 




                                                                                                            

106


Mən kimə verim bu narıncı artıq? 

Qaçıram dostlardan yenə bir yana, 

Qaçıram yenidən haman bostana. 

Seyr edim könlümü açan bağçanı, 

Onunla şənlənsin könlümün canı. 

Sözün dəsgahına şəkər səpənlər 

Keçmiş möbidlərdən belə nəql edər: 

Zənci döyüşündən olunca azad 

Dincəldi tacidar, qəlbi oldu şad. 

Meyl etdi bir zaman istirahətə, 

Əlinə mey aldı, daldı işrətə. 

Vaxtını keyfə sərf elədi bütün, 

Nəş əli çalğılar dinlədi hər gün. 

Xanəndə, gülgün mey, saqi, kamança 

Ondan ayrılmadı gecə yatınca. 

Dünyadan kam almaq onun muradı, 

Heç kəs ondan gözəl həyat qurmadı. 

Dünyanı şənlədən böyük İskəndər 

Gecəni şənliklə edərdi səhər. 

Filosoflar ilə edər məsləhət, 

Dünyaya ədlindən verərdi qismət. 

Ərəstu qədəhə, Əflatun cama 

Təzə mey tökürdü qan dama-dama. 

Şanlı bir zəfərlə dönmüşdü qeysər, 

Xanəndə oxuyur yeni nəğmələr: 

"Ey dövlət pənahı, gənc olsun baxtın! 

Əbədi yaşasın bu tacın, taxtın! 

Həyatın olduqca əlinə cam al, 

Qədəhi al ələ, şərab iç, kam al! 

Ərğəvan şərabdan bir büsat başla! 

Şənlik qur, gəncliyə murad bağışla! 

Gənclik var olduqca, iqbalın kömək, 

Çalğı, mey məclisi qurasan gərək! 

Qılınc meydanını qoydun bir yola, 

Cam üsuliylə də məclis hazırla! 

Taxtınla, tacınla get dünyanı al, 




                                                                                                            

107


Fələk də bəndəndir, sənə yox zaval! 

Qaranı tutdun da, qalmasın ağlıq, 

Alaca görünmək verər yaraşıq. 

Bayrağı göyə vur, cahan sənindir! 

Dövlətə sarıl ki, hər yan sənindir!" 

Misrin köməyindən, zənci hərbindən 

Şahın qolu güclü, çöhrəsi də şən. 

Zəfəri çox asan sanıb dururdu, 

Xorasan mülkündən xərac umurdu. 

Çıxmadı Şam ilə Rumdan bir nəfər, 

Onunla çəkidə olsun bərabər. 

Daraya bir daha vermədi xərac, 

Əmr etdi qayıtsın göndərdiyi bac. 

Coşurdu gəncliyin qızğın günləri, 

Fəth etmək istərdi bütün kişvəri. 

Xoş baxdı Iranın igidlərinə, 

Hazırlıq başladı Iran fəthinə. 

Adətdir, ağac boy atdığı zaman 

Başqa ağaclara yetirər ziyan. 

Gözəl gün seçərək şikara qoşdu, 

Həm nəşəsi xoşdu, həm də gün xoşdu. 

Çöllərdən keçərkən uca hökmüdar 

Dağlarda, düzlərdə edirdi şikar. 

Fələyi andırır möhtəşəm başı, 

Gah çölü gəzirdi, gah da dağ-daşı. 

Bir dağa təsadüf etdi şəhriyar, 

O dağda var idi hər çeşid şikar. 

Gördü iki kəklik qonmuş bir daşa, 

Kəklik kəklik ilə girmiş savaşa. 

Bu onun başını deşər, dimdiklər, 

O bunun döşünü caynaqla dələr. 

İskəndər at sürdü onlara sarı, 

Nəzərdən keçirtdi iki şikarı. 

Bir hesab götürdü bu çarpışmadan, 

Onlardan gözünü almadı bir an. 

Kəkliklər çarpışır elə hiddətlə, 

Qorxmayır padşahı görərkən belə. 



                                                                                                            

108


Şah düşüb heyrətə, aradı tədbir: 

"Quşların başında bu sövda nədir?" 

Birini fal vurdu uca adına, 

Bəxtinin falını bağladı ona. 

O biri kəkliyə ad qoydu Dara, 

Nəticə almaqçın baxdı onlara. 

Quşların vuruşu elədi şiddət, 

Kin ilə çarpışdı uzun bir müddət. 

İskəndər falını daşıyan kəklik 

Daranı enərək göstərdi mərdlik. 

İskəndər görüncə belə şən halı, 

Zəfərə yozdu bu uğurlu falı. 

Qalib kəklik qanad çaldı xuraman, 

Əzilən kəkliyin uçdu yanından, 

Qayaya qonmağa tapmamış macal 

Kəkliyin üstünü aldı bir qartal. 

Üzərək başını öldürdü quşu, 

Pərişan oldu şah, dağıldı huşu. 

Fal olan kəkliyin şən uçmasından 

Qəlbindən silindi qorxu və duman. 

Bildi ki, taleyi ona yar olar, 

Daranı əzərək bəxtiyar olar. 

Lakin bəxtəvərlik çox uzun sürməz, 

O da bu dövrandan bir vəfa görməz. 

Eşitdim, o yerdə uca dağ vardı, 

Onda göy şövkətli qövsi tağ vardı. 

O dağdan hər kimsə bir dilək istər, 

Sirrindən haman dağ verərdi xəbər. 

O sirli qayadan ucalar bir səs, 

Sanki öz bəxtilə görüşər hər kəs. 

Bilici bir kəsə dedi hökmüran: 

Bir xəbər soruşsan o uca dağdan. 

Nə qədər qan axar - soruşsun onu, 

Nə olur padşahın bəxtinin sonu. 

O dağdan soruşdu fal üçün gedən: 

"Nə olur nəticə, bir xəbər ver sən 

Dünyanı alacaq böyük İskəndər? 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə