3
Rəhman və Rəhim olan Allahın adı ilə
(Ya Rəsulum!) Quran oxumaq istədiyin zaman məlun
Şeytandan Allaha sığın! (“Əuzu billahi minəş-şeytanır-racim”
sözlərini de!” (Nəhl -98, Muminin- 97) Əraf-173-“Və lilləhi
əsmaul-husna fıd`uhu buhə.” “Ən gözəl Əsmalar Allahındır.”
Bismilləhir Rahmənir Rahim
ÖN SÖZ
Qadir Allahın insanı yaratmaqda məqsədi Özünü və Özü-
nün yaratdığı şah əsərlərini bizlərə tanıtmaqdır. Məlum oldu-
ğu kimi Uca Allah bizləri müəyyən cild və bədənlərə qoy-
mazdan qabaq, bizlər elə zərrəciklər şəklində mövcud idik.
İlk yaranışdan da hər zərrəcik əql və düşüncəyə malik idi və
bizlər bədənimizi
tərk etdikdən sonra da əql, yaddaş və dü-
şüncə ilə ruh şəklində yaşamağa davam edəcəyik. Bu da
müəyyən olunmuş zamana qədər, yəni Qiyamət gününə kimi
davam edəcək. Qiyamət günü isə, hər kəs yenidən öz cil-
dində, öz bədənində qəbirdən qalxaraq haqq-hesab verdikdən
sonra Cəhənnəm və ya Cənnətdə əbədi olaraq yaşayacaqdır.
Qadir Allahın bizləri digər canlılardan çox fərqli, gözəl,
yaraşıqlı yaratmasının səbəbi bizlərə müvəqqəti bəxş etmiş
olduğu Öz ruhuna önəm və dəyər verməsidir. Biz isə elə başa
düşürük ki, bu gözəl görünüşümüz yalnız
özümüzə məxsus-
dur və bu bədənin sahibi də elə özümüzük. Bundan əlavə,
4
Allah hər bir kəsə, Öz zərrəciklərinə Öz sübutiyyə sifətlə-
rindən, hətta Öz Allahlığından da bəxş etmişdir. Hər kəsə əql-
düşüncə, bədən üzvləri ilə bərabər onları idarə etmək üçün
faili-muxtar, yəni özbaşına, seçim və davranışda sərbəst ya-
ratmışdır. Allah faili-muxtar yaratmış bizlərə, verilən müəy-
yən zaman və bir ömür ərzində sanki “bir saatlıq xəlifəlik”
bəxş etmişdir ki, Özünün Allahlığını tanıtsın. Necə ki, hər kəs
özünü yeganə bilib, öz qəlbində özünü tək bildiyi kimi. Çünki
hər kəs öz aləminin içində təkdir və daxilimizdəki bu duyğu,
bizlərə müvəqqəti verilən Allahın ruhuna,
zərrəciyinə məxsus
duyğudur. Bu duyğunu da bizə bəxş etməyinin səbəbi Özü-
nün yeganə olduğunu və Özündən başqa heç bir Allahın ol-
madığını bizlərə sübut etməkdir. Həqiqətən, bu duyğu bir
daha bizlərə Allahdan başqa heç bir Allahın olmadığını və
bizlərin də yalnız bir olan Allaha sığınmağımızı anladır.
Hər bir insan öz arzu, istəyi və ya qəlbindən keçən hər
hansı bir şeyi əldə etmək üçün Allaha yalvararaq dua edir və
bir olan Allahdan istəyir. Əgər həmin iş alınmırsa, deməli,
“haqqımızda xeyirli deyilmiş” deyib, Yaradanın axirətdə,
istədiyimizdən daha gözəlini verəcəyinə iman edib yenə də
şükr edirik.
Biz insanlar çox maraqlıyıq. Dua deyəndə, Allahla danış-
maq deyəndə, nə üçünsə qəlbimizdə şəkk-şübhə yaranır. Dua
deyəndə o
dəqiqə cadu-tilsim, şeytani əməl və insan xislətin-
də baş verən şeytanı duyğuların fəsadları yada düşür və qəl-
bimizdə qorxu, narahatlıq əmələ gəlir. Düzdür, şeytan əməl-
lər, cadu, tilsim və şeytan xislətli insanların məkrli düşün-
cələri həmişə olub və olmaqdadır. Çünki Şeytanın varlığını,
onun məkrli əməllərini danmaq Allahı danmaq deməkdir.
Lakin həmin şeytani əməl və insan xislətlərindən əmələ
gələn hisslərdən qorunmaq və onları məhv etmək üçün Allah-
təalanın biz bəndələrə bəxş etdiyi böyük nemətlərdən biri
olan Qurani-Kərim və onun içindəki surə, ayə və dualar
5
vardır. Bir həqiqət də vardır ki, Allah istəməsə nə insan, nə də
ki Şeytan
bizlərə heç nə edə bilməz, çünki hər şey Allahın
əlindədir. Başımıza gələnlər isə bizim öz əməl, niyyət və
günahlarımızın nəticəsi və ya Allahın qəza, qədəridir. Lakin
bizi yaradan Uca Tanrı bizim Onunla danışmağımızı, həmişə
Onu duymağımızı, hər nəfəsimizdə Onu hiss etməyimizi,
bütün müşkül işlərimizin həllini yalnız Ondan istəməyimizi,
yalnız ona sığınmağımızı istəyir. Bu səbəbdən həyatımızda
baş verən bütün hallarda nə insandan, nə də Cindən kömək
diləməyə mənəvi ixtiyarımız yoxdur. Heç vaxt qəlbimizə
müxtəlif vəsvəsələrlə, şübhələrlə əziyyət verib,
kiminsə bizə
nə isə edə biləcəyini düşünmək də cahillikdir. Çünki güc və
qüdrət yalnız Allaha məxsusdur və Allah istəməsə, kimsə
kimsəyə heç nə edə bilməz. Bu səbəbdən də üzümüzü Allahın
Kitabına, Allahın surə, ayə və dualarına çevirək, ürəklə,
inamla, yalnız Allaha yalvararaq, dualar edək və dua etmək-
dən heç vaxt yorulmayaq. Dua etmək bu həyatın reallığıdır və
bu dualardan istifadə edib qorunmayan bəndələr həmişə “nə
edim, necə edim”, deyib, həyatın eniş-yoxuşunda çaşıb qa-
larlar. Onun-bunun ağlı ilə oturub-durarlar. Sonra da bu hə-
yatın bütün çətinliklərinə tab gətirə bilməyib, həm bu dünya,
həm də əbədi dünya üçün qazana biləcəkləri nemətləri iti-
rərlər. Dünyada dərdsiz insan yoxdur və hər bir kəsin dərdi
özü üçün bir dağdır. Lakin hər bir dərdin də öz dərmanı
vardır. Bütün dərdlərin dərmanı Allahın bizim xilasımız üçün
nazil etdiyi Qurani-Kərimdir. Özünüz, yalnız özünüz həmin
duaları oxuyub bəhrələnək. Çünki Yaradanımız yalnız
Onunla dərdləşməyimizi istəyir...
Bu kitabda Allahın İsmi-şəriflərinin hikmətləri və
onların bir çox faydaları haqqında, həyatımızın
müəyyən
anlarında istifadə edə biləcəyimiz dualar haqqında qısa
məlumatlar verilmişdir. Bu dualardan Allaha yaxınlaşmaq və
Onunla dərdləşmək üçün faydalanın. İnsanları yaşadan inam-
6
ları və mənəviyyatlarıdır və hər ikisini qüvvətləndirən isə
bilikdir. Dua etmək isə bütün davranışlarımızda silinməz izlər
buraxır və daima insana daxili bir fərəhlik və ümid bəxş edir.
Allahın gözəl isimləri vardır
"Əsmau-hüsnalar” haqqında müəyyən qədər bilgi almaq,
Allahı daha yaxından tanımağa səbəb olar. Əsmalar sanki
insanın qəlbində pislikləri uzaqlaşdırıb, müsbət bir enerji
yaradır. Əsmalar bizə fiziki, psixoloji və zehni çətinliklərdən
qurtarmaqda yardımçı olar. Uca Allah Yaratdıqlarının ən alisi
olan insanın qəlbini sanki Özünə bir Ərş etmişdir. Hədisi-
Qüdsidə: “Yerə göyə sığmaram, ancaq bir mömin bəndəmin
qəlbinə sığaram”-deyə buyuraraq insana nə qədər önəm
verdiyini bildirir. Bu səbəbdən də insan qəlbi yalnız Ona
yönəlməklə hüzura çata bilər. Quranda bu haqda buyurulur:
Rad-28-O
kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Al-
lahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlə-
rin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!
Allahın bu Əsmau-Hüsnalarını tanıyıb bilmək və onları
saymaq, zikr etmək malın, canın olan hər şeyi daha yaxşı bi-
lib, tanımana, qorumana vəsilə olar. Çünki Yaradılmışlar Ya-
radana möhtacdır. Bu səbəbdən də bütün həyatımız və axi-
rətimiz üçün yalnız Allaha və onun müqəddəs İsmi-şəriflərinə
güvənib, sığınmalıyıq. Allahın bütün əmrləri bir məsləhətdir,
hikmətdir, qənimətdir, lütf və ehsandır. Onun bütün felləri də
ədalətlidir, kimə nə verib-aldığını çox yaxşı bilir, çünki O bizi
bizdən də yaxşı tanıyır. Allah heç bir şeyi boş yerə, mənasız
və səbəbsiz yaratmamışdır. Elmlərin qaynağı da Allahın İsmi-
şərifləridir. İsmi-şəriflərin ən böyük sirri onların əbcəd sayları
qədər zikr edilməsidir. Ən düzgünü isə hər ismin əbcəd sayı-
nın özünə vurulması ilə alınan sayın zikr edilməsidir. Bu
sayın çox böyük sirləri vardır. Məsələn "Allah" əsmasının