Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə38/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   34   35   36   37   38   39   40   41   ...   74

89 
sənədlərin başqa növlərini də meydana çıxarır. Biblioqrafik informasiyanın 
dolğunluğunu təmin etmək üçün, cari biblioqrafik göstəricilərin də  nəzərdən 
keçirilməsi arzu olunur. Seçilən biblioqrafik informasiyanın yalnız dolğunluğu 
deyil, relevantlığını da təmin etmək vacibdir. Bunun üçün biblioqraf əlaqədər 
problemlərə yaxşı  bələd olmalı,  ədəbiyyatda rast gəldiyi terminləri başa 
düşməli, onları istifadəçilərin sorğusunda ifadə edilmiş terminlərdə düzgün 
müqayisə etməyi bacarmalıdır. 
Biblioqrafik informasiya resursları ilə mükəmməl kitabxana-
biblioqrafiya xidməti göstərmək üçün, sorğuların ödənilməsinə yönəlmiş 
dolğun sənəd fondunu komplektləşdirmək, kitabxana fondunu bütünlüklə açan 
kataloq-kartoteka sistemini (ənənəvi və elektron) yaratmaq, daim yeniləmək 
və kitabxananın saytı vasitəsi ilə axtarışı  təmin etmək, soraq-biblioqrafik 
nəşrlər fondunu komplektləşdirmək və daim yeniləmək, müxtəlif mövzulu 
biblioqrafik vəsaitlər (göstəricilər, bülletenlər, biblioqrafik siyahılar) tərtib 
etməklə, tammətnli elektron biblioqrafik sənəd-informasiya resurslarını 
yaratmaq, mütəmadi olaraq yeniləmək, onlayn biblioqrafik sorğuları ödəmək 
və  ədəbiyyatı virtual sifariş etmək lazımdır. Kitabxanada yaradılmış  həm 
tammətnli, həm də biblioqrafik informasiya mənbələrinə girişi təmin etmək, 
soraq-biblioqrafik, biblioqrafik informasiya və sənədlərin elektron çatdırılması 
xidmətini həyata keçirmək, kitabxana-biblioqrafiya proseslərinin kompleks 
şəkildə avtomatlaşdırılmasına imkan verən kompüter şəbəkəsini qurmaq və 
təkmilləşdirmək də nəzərə alınmalıdır.  
Bütün tip kitabxanalarda olduğu kimi MKS-lərdə də soraq biblioqrafiya 
aparatı (SBA) biblioqrafik fəaliyyətin  əsas bazası hesab edilir. Müasir 
texnologiyanın, xüsusilə kompüter texnologiyasının biblioqrafik proseslərə 
tətbiqi MKS-in soraq biblioqrafiya aparatının məzmununu daha da 
zənginləşdirir. Fondun həcmindən, kitabxanaların tipindən və profilindən asılı 
olmayaraq onun soraq və biblioqrafiya aparatının tərkibinə həm ənənəvi, həm 
də elektron vasitələr daxildir: əlifba kataloqu, sistemli kataloq, elektron 
kataloq, kartotekalar sistemi (ümumi, sistemli, diyarşünaslıq, elektron və s.) 
soraq-biblioqrafik nəşrlər fondu (məlumat kitabları, ensiklopediyalar, metodik 
və biblioqrafik nəşrlər fondu), ödənilmiş arayışlar fondu və s. 
Hər bir kitabxanada biblioqrafik iş  əvvəlcədən tərtib olunmuş plan 
əsasında aparılmalıdır. Planlaşdırılan işin elmi cəhətdən  əsaslandırılması 
kitabxananın real şəraitini və imkanlarını nəzərə almağı, biblioqrafik nəzəriyyə 
və təcrübənin nailiyyətlərindən istifadə etməyi, mütərəqqi texnologiyaların və 
qabaqcıl iş təcrübələrinin tətbiqini nəzərdə tutur.  
Kitabxananın biblioqrafik fəaliyyətinin inkişafı istiqamətlərini, SBA-nın 
təkmilləşdirilməsinə dair əsas tədbirlər, tərtib olunması planlaşdırılan 
biblioqrafik vəsaitlərin xarakteri və mövzusu, innovativ biblioqrafik 
informasiya xidməti və s. əks etdirir.  
MKS-də biblioqrafik fəaliyyət aşağıda göstərilən kimi planlaşdırılır: 
1. Soraq-biblioqrafiya xidməti; 


90 
2. Biblioqrafik informasiya xidməti (2, s.136). 
Soraq-biblioqrafiya xidməti məlumat tələbatçılarının birdəfəlik sorğusu 
əsasında olan biblioqrafik xidmətdir. Soraq-biblioqrafiya xidməti sorğu-cavab 
rejimində yerinə yetirilməklə arayışlar hazırlamaq şəklində həyata keçirilir. 
Arayış - biblioqrafik və ya faktoqrafik məlumatı əks etdirən biblioqrafik 
axtarış zamanı  əldə edilən, oxucu sorğusuna müvafiq cavabdır. Yerinə 
yetirilmə formasına görə arayışlar  şifahi və yazılı olur. Şifahi arayışlar bir 
qayda olaraq operativ şəkildə  və oxucunun iştirakı ilə yerinə yetirilir. Yazılı 
arayışlar isə mürəkkəb olduğundan müəyyən müddət ərzində hazırlanır. Yazılı 
biblioqrafik arayışların hazırlanması aşağıdakı mərhələlərə bölünür: 
1. Sorğunun qəbulu: Sorğu qəbul edilərkən, onun mövzusu, məqsəd və 
vəzifəsi,  əhatə dairəsi dəqiqləşdirilməli, bu məqsədlə  tərtib edilmiş xüsusi 
qeyd dəftərində yazılmalıdır;  
2. Sorğu ilə  əlaqədar  əsas mənbələrin aşkar edilməsi və seçilməsi: Bu 
mərhələdə kitabxana işçisi sorğunun ödənilməsi üçün hansı  mənbələrə 
müraciət ediləcəyini müəyyənləşdirir. Bu mənbələr salnamələr, məlumat 
kitabları, biblioqrafik vəsaitlər, məlumat nəşrləri, dərsliklər, kataloq sistemi və 
s. ola bilər;  
3.  Ədəbiyyatın aşkara çıxarılması  və seçilməsi: Bu zaman kitabxanaçı 
axtarış apardığı  mənbələrdən aktual, sorğuya bilavasitə uyğun  ədəbiyyatı 
seçməlidir;  
4. Sorğunun tərtibi: Sorğu tərtib edilərkən biblioqrafik təsvirlərin 
dəqiqliyini,  ədəbiyyatın müvafiq qayda əsasında düzülüşünü təmin etmək 
lazımdır. 
Arayış  tərtib edilərkən istifadə edilən mənbələrin göstərilməsi 
unudulmamalıdır. Biblioqrafik arayış mütləq iki nüsxədə hazırlanmalı  və bir 
nüsxəsi soraq-biblioqrafiya aparatının ödənilmiş sorğular fondunda 
saxlanılmalıdır.  
Oxucu sorğularına uyğun olaraq arayışların iki növü var:  
1. Biblioqrafik arayışlar; 
2. Faktoqrafik arayışlar. 
Tələb olunan və verilən informasiyanın xarakterindən asılı olaraq 
biblioqrafik arayışlar da üç növə ayrılır:  
1. Mövzu arayışı; 
2. Dəqiqləşdirmə arayışı; 
3. Ünvan arayışı. 
Yerinə yetirilən arayışların böyük hissəsi mövzu arayışlarından ibarət 
olur. Bu arayışlar müxtəlif problemlərə  həsr olunur. Mövzu sorğularının 
məqsədi olduqca müxtəlifdir: elmi iş, istehsalata kömək, mühazirə və ya çıxışa 
hazırlıq,  şəxsi təhsil, tədris işi və s. Kitabxanada yerinə yetirilən arayışların 
digər qismini biblioqrafik ünvan arayışı  təşkil edir. Bu arayışlar oxucuya 
məlum olan sənədlərin və ya onun bir hissəsinin kitabxana fondunda 
yerləşdiyi yeri müəyyən etməyə xidmət edir. Belə arayış biblioqrafik ünvan 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə