107
Bayramov; elmi red. N.Mustafa; red. E.Etibarlı.- Sumqayıt: Bilik, 2014.- 272
s.;
Üçüncü qrup elmi-kütləvi diyarşünaslıq sənədlərinə təbliğat
xarakterli
materiallar aid edilir. Belə sənədlərin məqsədi diyardakı mütərəqqi, qabaqcıl
işləri vaxtında və fəal təbliğ etmək, tanınmış, qəhrəmanlıq taleyi olan şəxslər
haqqında məlumat verməkdir. Belə sənədlər ən mühüm tarixi hadisələr,
yubileylər münasibətilə çap olunurlar. Məsələn, Nağıyev, Z.Ə. Ağdam və
onun yetirmələri [Mətn] /Zahid Nağıyev; red. Z.Nağıyeva.- Bakı: Avropa,
2013.- Kitab 3.- 399 s.; Vəliyev, D.Ə. Borçalı inciləri: Qasımlı [Mətn]:
ağaları, alimləri, aşıqları, şair və el şairləri /Dünyamalı Vəliyev (ön söz); ön
sözün müəl. Səyavuş Uyğun.- Bakı:
Tərəqqi MMC, 2013.- 284 s.; Zeynallı,
A.H. Kürdəmir və kürdəmirlilər [Mətn]: soykökümüz - mənşəyimiz /Ağa
Zeynallı; red. Ə.Muxtarova.- Bakı: Elm və təhsil, 2013.- 171 s.
Ölkəşünaslıq və diyarşünaslıq üzrə soraq nəşrləri sahə üzrə bilikləri qısa
formada əlifba ardıcıllığı ilə, lakonik şəkildə əks etdirir. Belə nəşrlər elmi və
ya tədbiqi xarakterli məlumatları, həmin məlumatları tez tapmağa imkan verən
qaydada özündə əks etdirir. Bu nəşlərdə materiallar ucdantutma mütaliə üçün
deyil, informasiyanı seçmə qaydada tapmaq üçün nəzərdə tutulur.
Ensiklopediyalar, ensiklopedik lüğətlər, məlumat kitabları,
sözlüklərin bu tip
nəşrlər işərisində xüsusi çəkisi vardır. Diyarşünaslıq üzrə məlumat nəşrlərinə
coğrafi lüğətlər və diyar haqqında məlumatı əks etdirən digər məlumat
kitabları da daxildir.
Ensiklopediyalar öz məzmunlarına görə universal və sahəvi xarakterli
olurlar. Onların hər biri diyarşünaslıq materiallarını toplu şəkildə əks etdirirlər.
Məsələn, Tapdıqoğlu, N. Cəbrayıl ensiklopediyası [Mətn]: görkəmli
şəxsiyyətlər, toponimlər, işğal xronologiyası, şəhidlər /Nazim Tapdıqoğlu;
elmi məsl. Ş.Göyçaylı; elmi red. F.İmanov.- Bakı: Təknur, 2013.- 623 s.;
Təhməzov, M.O. Kəlbəcər [Mətn]: ensiklopedik məlumatlar:
elmi publisist
kitab /Məzahir Təhməzov; elmi red. A.Məmmədov; elmi məsl.:
V.G.Ramazanov, Z.A.Vəliyev, B.C.Ələsgərov.- Əlavə və dəyişikliklərlə
kitabın üçüncü buraxılışı.- Bakı: Elm, 2013.- 503 s. və s.
“Azərbaycan Sovet Ensiklopediyası” diyarşünaslıq xarakterli ən
əhəmiyyətliuniversal məzmunlu nəşrdir. Bu ensiklopediya 1976-1987-ci
illərdə 10 cilddə çap olunmuşdur. Bu ensiklopediyada Azərbaycanın, onun
ayrı-ayrı bölgələrinin coğrafiyası, iqtisadiyyatı, tarixi, mədəniyyəti, ədəbiyyatı
və incəsənəti, görkəmli şəxsiyyətləri haqqında ayrıca məqalələrlə yanaşı,
universal məzmunlu məqalələr də, yeri gəldikcə, respublikamızla əlaqədar
faktlar, statistik göstəricilər öz əksini tapır. Müasir baxımdan nöqsanlı hesab
edilən, 55 mindən çox məqalə termin haqqında
məlumat verən bu
ensiklopediyada xeyli miqdarda xəritə, şəkil, portret də verilmişdir. Bununla
belə, burada çoxlu sayda öz əhəmiyyətini itirmiş məqalələr də vardır. Buna
görə də “Azərbaycan Milli Ensiklopediyası”nın yeni nəşrinin hazırlanması
haqqında verilmiş prezident fərmanının böyük əhəmiyyəti vardır.
108
“Azərbaycan Sovet Ensiklopediyası”ndan sonra Azərbaycanda ilk dəfə
sırf diyarşünaslıq xarakterli fundamental bir ensiklopediya “Naxçıvan ensik-
lopediyası” (2003) çap olunmuşdur. Bu nəşr ümummilli liderimiz Heydər Əli-
yev cənablarının “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə
Dövlət Komissiyasının tədbirlər planı haqqında” 1999-cu il 12
fevral tarixli
sərəncamına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti
nəzdində yaradılmış “Naxçıvan ensiklopediyası” qurumu tərəfindən
hazırlanmış və İstanbulda çap edilmişdir. Bu ensiklopediya Naxçıvan diyarının
tarixindən, təbiətindən, görkəmli şəxsiyyətlərindən bəhs edən universal
məzmunlu elmi nəşrlərdir. Burada müstəqil Azərbaycan Dövlətinin memarı və
qurucusu Heydər Əliyev haqqında iri həcmli və zəngin illüstrasiyalı məqalə
diqqəti cəlb edir. Muxtar respublikaya həsr olunmuş kompleks məqalədən
əlavə, diyarın bütün inzibati rayonları,
fiziki-coğrafi obyektləri, şəhər və
kəndləri, geolojiquruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr
verilmişdir. Ensiklopediyada Naxçıvan ərazisindəki arxeoloji abidələrdən,
qədim və orta əsr dövlətlərindən bəhs olunur. Eyni zamanda Muxtar
Respublikada elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənətin inkişafı, habelə
iqtisadi-coğrafi rayonları, mühüm sənaye və kənd təsərrüfatı müəssisələri
haqqındakı məqalələr diyarın
bugünki iqtisadi-mədəni durumu, inkişaf
potensialı və perspektivləri barədə tam təsəvvür yaradır.
Azərbaycan Respublikasının “Nəşriyyat işi haqqında” Qanunu (2000)
müstəqil Azərbaycanın yeni universal milli ensiklopediyasının nəşri üçün
zəmin yaratdı. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Milli
Ensiklopediyasının nəşri haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamında
deyildiyi kimi, “Azərbaycan xalqının həyatında baş vermiş mühüm ictimai-
siyasi, tarixi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən yeni
ensiklopediyanın hazırlanıb latın qrafikasında nəşr edilməsi zərurəti meydana
çıxdı”. Azərbaycan Milli Ensiklopediyasının yüksək səviyyədə hazırlanıb nəşr
olunmasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2004-cü
il 5 may tarixli sərəncamı ilə AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası”
Elmi Mərkəzi yaradıldı. 2007-ci ildə ildə AME-nin “Azərbaycan”
xüsusi cildi,
2009-cu ildə isə AME-nin 1-ci cildi çap edildi. Hazırda 1-5-ci cildləri nəşr
olunmuşdur.”Azərbaycan Milli Ensiklopediyası” Azərbaycan və onun
regionları haqqında mükəmməl informasiya verən mənbə kimi sahənin
biblioqrafik informasiya təminatında mühüm rol oynayır.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən
hazırlanan statistik məcmuələrin də böyük diyarşünaslıq əhəmiyyəti vardır.
Bunlar müəyyən il,
dövr ərzində ölkədə, onun ayrı-ayrı regionlarında
təsərrüfatın, sənaye və kənd təsərrüfatının, elm və mədəniyyətin inkişafı
haqqında statistik məlumatları əks etdirirlər. Məsələn, Azərbaycan
Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi-2014: illik
hesabat /Strateji Araşdırmalar Mərkəzi.-2014.- 46 s.,; Azərbaycan rəqəmlərdə
2014: statistik məcmuə /ümumi rəhb. A.Vəliyev; hazır. məsul M.Əmirova;