103
Diyarşünaslıq üzrə sənədlərin təsnifləşdirilməsində əsas
meyarlardan biri
məqsəd və oxucu istiqamətidir. Bu əlamətə görə sənədlər aşağıdakı kimi
fərqləndirilir: dövlət və qanunvericilik orqanlarının rəsmi sənədləri; elmi
nəşrlər, elmi-kütləvi; tədris nəşrləri, soraq-məlumat istiqamətli nəşrlər;
istehsalat-praktiki nəşrlər; diyar haqqında ədəbi bədii ədəbiyyat.[5, s.35]
Ölkəşünaslıq və diyarşünaslıq üzrə rəsmi nəşrlərə sahə ilə əlaqəli, ali
dövlət qanunvericilik və icra orqanlarının qəbul
etdiyi normativ və direktiv
səciyyəli materiallar aid edilə bilər. Bu nəşrlərin daha konkret istiqamətlərinə
konstitusiya, qanunlar, sərəncamlar və s. aid edilə bilər. Rəsmi sənədlərə
nəinki ölkələrin milli qurumlarının, eləcə də beynəlxalq təşkilatların qəbul
etdiyi rəsmi nəşrlər aid edilə bilər. Belə sənədlərə Azərbaycan prezidentinin
fərmanları, Nazirlər Kabinetinin qərarları, Milli Məclisin qanunları, o
cümlədən respublikamızda əmək, mənzil, pensiya təminatı, ətraf mühitin
mühafizəsi və s. mövzularda olan qanun məcəllələri və digər nəşrlər daxildir.
Məsələn, respublikanın bütün regionlarının iqtisadi və sosial inkişafını daha da
yüksəltmək və hər bir iqtisadi rayonun potensialından istifadəni
sürətləndirmək üçün Respublika Prezidenti İlham Əliyev 11 fevral 2004-cü
ildə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” fərmanı, 2009-cu
il 14 aprel tarixində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nı, Bakı və ətraf qə-
səbələrin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarını da buna misal
göstərmək olar.
Hər bir diyara aid xalq təsərrüfatı və mədəni quruculuq məsələləri yerli
icra hakimiyyəti və təsərrüfat orqanlarının sənədlərində öz
dərin əksini
tapdığından belə sənədlərin də biblioqrafiyalaşdırma obyekti kimi böyük
əhəmiyyəti vardır.
Diyarşünaslıq nəşrlərində elmi-tədqiqat xarakterli ədəbiyyat mühüm yer
tutur. Bu nəşrlərdə diyarla əlaqədar problemlər təhlil edilir və ümumiləşdirilir,
həmçinin sosial-siyasi həyatın müxtəlif tərəfləri-təsərrüfatı, elmi, mədəni
həyatı, tarixi keçmişi, görkəmli xadimlərinin həyat və fəaliyyəti tədqiq edilir.
Belə sənədlərdə diyar
bütünlükdə, həmdə onunla bağlı müəyyən problemlər
əks etdirilir.Diyarla əlaqədar elmi nəşrlər özündə nəzəri və eksperimental
tədqiqatların nəticələrini əks etdirən nəşr növüdür. Elmi-tədqiqat əsərlərinin
başlıca məqsədi istər ölkə, istərsə də ayrıca diyarın qarşısında duran mühüm
tarixi vəzifələrin həyata keçirilməsinə yaxından köməklik göstərməkdir.
Bu tip
sənədlərdə diyarın təbii-iqtisadi, xalq təsərrüfatı və tarixi xüsusiyyətlərinin
elmi təhlili verilir. Onlar diyarın yerli faydalı qazıntı mənbələri və digər təbii
sərvətləri, məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi, mədəni quruculuq
və digər məsələlərlə əlaqədar materialları əks etdirir.[4, s.14]
Diyarşünaslıq elmi-tədqiqat sənədlərinin böyük bir qismi ayrı-ayrı
şəhərlərin,
bölgələrin, yaşayış məntəqələrinin tarixinə həsr olunur. 2010-2015-
ci ildə nəşr olunmuş “Birillik Azərbaycan kitabiyyatı”nı araşdırsaq,
104
diyarşünaslıq və ölkəşünaslıqla bağlı 65 sənədin nəşr olunduğunu görərik.
Onlardan əksəriyyəti regionların tarixi ilə bağlı elmi-tədqiqat xarakterli
mənbələrdir. Məsələn, Dərbəndnamələr [Mətn] /nəşrə hazır.: A.Ramazanov
(ön söz), A.Hacıqədirli; red. T.Həsənzadə; AMEA, Məhəmməd Füzuli ad.
Əlyazmalar İn-tu.- Bakı: Nurlan, 2010.- 89 s.; Hüseynoğlu, S. Tarix olduğu
kimi: İmişli-80 [Mətn] /Sərvaz Hüseynoğlu, Ç.Bahaduroğlu; red. H.Tağıyev.-
Bakı: Şəms, 2010.- 284 s.; İsmayılqızı, V. Beyləqan [Mətn]: ensiklopedik
toplu /Vəsimə İsmayılqızı; elmi red.: B.Budaqov, V.Əliyev, S.Aşurov; məsl.
İ.Əliyev; foto: S.Kulişov [və b.].- Bakı: İsmayıl NPM, 2010.- 678 s.; İlisu
[Mətn]: ensiklopedik məlumat kitabı /tərt. S.N.Murtuzayev; red. hey.:
S.Murtuzayev [və b.]; red. H.M.Fərzullayev.- Bakı: Vətən, 2012.- 416 s.,
cədv., portr., şəcərə: ill.; 25 sm.- 12 man., 1000 nüs.- ISBN 5-8996-801-72
(cilddə)
Elmi-tədqiqat xarakterli diyarşünaslıq ədəbiyyatı əsasən
monoqrafiyalar,
ümumi xarakterli nəşrlər (çoxcildli), elmi məqaqlələr məcmuəsi,
dissertasiyaların avtoreferatları, həmçinin dövri nəşrlərdə məqalələr
formasında çap olunur. Belə nəşrlər məlumat aparatı, o cümlədən köməkçi
adlar və coğrafi adlar göstəriciləri, istifadə olunmuş mənbələrin siyahısı ilə
təchiz edilirlər. Məsələn, Alıyev, H. Sumqayıt şəhərinin tarixi [Mətn]:
monoqrafiya /Həmid Alıyev; elmi red. A.B.Baxşəliyev; Azərb. Resp. Təhsil
Nazirliyi, Sumqayıt Dövlət Un-ti.- Bakı:
Elm və təhsil, 2011.- 542 s. Bibl.:
s.488-532.;Hacıyev, İ.M. Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi
həyatı, sosial-iqtisadi və mədəvi inkişafı: 1991- 2011-ci illər [Mətn] /İsmayıl
Hacıyev; elmi red. E.Cəfərli.- Naxçıvan: Əcəmi, 2011.- 271 s.Bibl.: s. 187-
192.
Tədris ədəbiyyatı diyarşünaslıq nəşrləri içərisində mühüm yer tutur.
Diyarşünaslıq üzrə elmi və ya tətbiqi xarakterli məlumatların tədris
müəssisələrində öyrənilməsi və ya tədris edilməsi mədsədilə hazırlanan
informasiya tədris nəşrlərində öz əksini tapir. Müasir dövrdə ölkənin və
diyarın öyrənilməsi məqsədilə yazılmış dərsliklərin, dərs vəsaitlərinin, tədris-
metodiki vəsaitlərin sayı günü-gündən artır. Məsələn, Əfəndiyeva, D.T.
Diyarşünaslıq: ali məktəbin magistr və bakalavr pilləsi üçün: ali məktəblərin
coğrafiya və pedaqoji fakültələrinin bakalavr və magistr
pilləsinin tələbələri
üçün: metodik vəsait /Dünyabəyim Əfəndiyeva, D.S.Ələsgərova; elmi red.
D.M.Ələsgərova.- Bakı: 2014.- 65 s.Bibl.: s. 65.
Ümumtəhsil məktəblərində şagirdlərin yaşadıqları diyarı yaxşı
öyrənmələri üçün müxtəlif tarixi yerlərə ekskursiyaların təşkil edilməsi,
sinifdənxaric işlərdə ölkə və diyarla tanışlığa böyük diqqət yetirilməsi,
gənclərdə vətənə məhəbbət hisslərini gücləndirir. Şagirdlərdə diyarın relyefi,
təbii ehtiyatları, ölkənin inkişafında onun yeri haqqında təsəvvür
yaradılmasının böyük tərbiyəvi əhəmiyyəti vardır. Ölkə və diyara aid dərslik
və dərs vəsaitləri, xəritə və atlaslar xüsusilə gənclərin vətənpərvərlik
tərbiyəsində əhəmiyyət kəsb edir. Məsələn, Azərbaycan Respublikası fiziki