Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə52/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   48   49   50   51   52   53   54   55   ...   74

120 
11.  Анисимов, С. Кавказ:научно-популярный очерк.- Москва, 1916.- 160 с. 
12.  Вейдембаум, Я. Очерк этнографии Кавказского края //Весь Кавказ 
(Иллюстрированный справочно-литературный сборник). Тифлись, 1903, 
С. 93—109. 
13.  Динник, Н. Я. Каспийское побережье Кавказа и Закаспийская область 
//Известия Кавказского отдела Императорского Русского 
Географического Общества, 1909, т. 19, в.4 
14.  Канадпев, И.К. Очерки Закавказской жизни.- Том I. СПб., 1902. - 97 с. 
15.  Каракаш, Н. За Кавказским хребтом. Очерки природы и быта. СПб.: 
издание редакции журнала «Родник», 1904.- 128 с. 
16.  Керимов, Э. Очерки истории этнографии Азербайджана и русско-
азербайджанских этнографических связей (XVIII-XIX).-Баку, 1985.-125c. 
17.  Марков, Е. Очерки Кавказа: Картины кавказской жизни, природы и 
истории. С одной акварелью, 310 картинами и рисунками. Издание 
второе. Спб.- М., издание Товарищества М.О.Вольф, 1904. - 591 с. 
18.  Надеждин, П.ПКавказский край природа и люди.- Тула, 1901.- 520 с
19.  Сегаль, И.Л. Крестьянское землевладение в Закавказье. Тифлис, 1912, 153 
с. 
20.  Страбон. География/Пер., ст. и комм. Г.А.Стратановского; Под общ. 
ред. С.Л.Утченко. - М.: Наука, 1964. - 944 с 
21.  Токарев, С.А. История русской этнографии. Москва: Наука, 1966.-454 c.  
22.  Хаханов, А. Указатель этнографических статей и заметок в кавказских 
изданиях от начала их существования. (1854-1861 гг.). //Этнографической 
обозрение.-Кн.16.-1893.-№ 1.-С. 210-214. 
23.  Хаханов, А. Указатель этнографических статей и заметок в Кавказских 
изданиях от начала их существования //Этнограф, обозрение.- 1892.- Кн. 
13-14.- № 2-3.- С.84-95. 
24.  Чурсин, Г.Ф.Очерки по этнологии Кавказа. Тифлис: типография К.П. 
Козловского, 1913. -189 с. 
 
 
 
 
 
 
 
 
 
 
 


121 
MÜASİR AZƏRBAYCAN MÜHİTİNDƏ AKADEMİK VƏ 
ELMİ TƏDQİQATIN İNFORMASİYA TƏMİNATINDA 
ADA UNİVERSİTETİ KİTABXANASININ ROLU 
 
Vəfa Məlikheydər qızı Məmmədova 
BDU, Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrası, Doktorant 
ADA Universiteti, Kitabxana və İnformasiya Xidmətləri Şöbəsi, Mütəxəssis 
vmammadova@ada.edu.az; vafa.mag@gmail.com 
 
Роль Библиотеки Университета АДА в информационном обеспечении 
академических и научных исследований в среде современного Азербайджана  
Резюме: В статье перечисляются современные виды библиотеко-
информационных обслуживаний с использованием теоретических мышлений по 
этому вопросу, определяется роль и место участников (пользователей и 
информационных специалистов) в этой библиотечной деятельности. Далее 
приводится данные, полученные в результате статистических и 
аналитических изучений обслуживания, предоставляемого внешним 
пользователям в Библиотеке Университета АДА. 
The role of the ADA University Library in information provision of the academic 
and scientific researches conducted in modern Azerbaijan environment 
Abstract: In this paper the modern types of the library-information services are listed 
with the usage of theoretical thoughts on this issue, and the role and the place of the 
participants (users and information specialists) of this library activity are defined. 
Later it is given a data retrieved as a result of statistical and analytical study of the 
services provided to the external users at the ADA University Library. 
 
Açar sözlər: kitabxana-informasiya xidməti, xidmətin müasir növləri, informasiya 
mədəniyyəti, kitabxana istifadəçiləri, istifadəçi kateqoriyaları, informasiya 
mütəxəssisi. 
Ключевые слова: библиотеко-информационное обслуживание, современные 
виды обслуживания, информационная грамотность, пользователи библиотеки, 
категории пользователей, информационный специалист. 
Keywords: library-information service, modern types of the service, information 
literacy, library users, user categories, information specialist. 
 
Giriş 
İnformasiya  əsri kimi xarakterizə olunan müasir dövrümüzdə 
kitabxanaların və bütövlükdə informasiya müəssisələrinin rolu getdikcə daha 
geniş vüsət alır və gündəlik həyatı yeni informasiyalar olmadan təsəvvür 
etmək qeyri-mümkün hala gəlmişdir.  
Tarix boyu kitabxanalar əsasən 4 kateqoriya üzrə: dövlət, dini, 
kommersiya və özəl (və ya ailə) kitabxanalar kimi formalaşmışdır. (Grover, 
Greer, & Agada, 2010)Kitabxanalar qədim dövrlərdə kitab və  əlyazmaların 
sadəcə saxlandığı  və mühafizə olunduğu yer kimi yaradılmalarına 
baxmayaraq, zaman keçdikcə bu funksiyalar daha da genişlənmiş, şaxələnmiş, 


122 
onlara yeniləri  əlavə olunmuşdur. “Kitabxana İşi Haqqında” Azərbaycan 
Respublikasının Qanununda da deyildiyi kimi, “Kitabxana — elm, 
informasiya, mədəniyyət, təhsil və  tərbiyə müəssisəsi kimi çap əsərlərini və 
digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli 
ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının 
inkişafına xidmət göstərən sosial institutdur.” (""Kitabxana işi haqqında" 
Azərbaycan Respublikasının Qanunu," 14 mart, 1999) Bu baxımdan, müasir 
dövr kitabxanalarının və digər informasiya müəssisələrinin  ən  əsas 
funksiyalarından biri kimi onların oxucular və informasiya tələbatçıları üçün 
həyata keçirdiyi kitabxana-informasiya xidmətinin təşkili işini xüsusi qeyd 
etmək lazımdır. 
Kitabxana-informasiya xidməti kimi mürəkkəb və çoxaspektli fəaliyyət 
prosesinin bir sıra ünsürləri və iştirakçıları meydana çıxır ki, onların qarşılıqlı 
münasibətini və  işbirliyini bir sistem kimi xarakterizə etmək olar. Belə ki, 
oxucu – kitabxanaçı, müasir terminlərlə ifadə etsək, informasiya tələbatçısı – 
informasiya mütəxəssisi münasibətləri və bu münasibətlərdən irəli gələn 
tələblərin təhlili kitabxana-informasiya xidmətini kəmiyyət və keyfiyyət 
baxımından yüksək səviyyədə təşkil etməyə təkan verir. 
Bununla yanaşı olaraq, zamanın tələbi ilə kitabxana-informasiya 
xidmətinin müxtəlif növləri yaranmışdır və yaranmaqda davam edir ki, bu 
xidmətlərin həyata keçirilməsi və 
təmin edilməsi informasiya 
mütəxəssislərindən xüsusi bilik və bacarıqlara yiyələnməyi və onların 
istifadəçilərin informasiya mədəniyyətinin formalaşmasında öyrədici 
(maarifləndirici) kimi çıxış etmələrini zəruri hala çevirir. 
İstifadəçi sorğularının müxtəlifliyindən və xarakterindən asılı olaraq 
informasiya xidmətinin təkmilləşdirilməsi və yeni xidmət növlərinin 
yaradılması  işi də müasir Kitabxanaçılıq sahəsi qarşısında duran mühüm 
vəzifələrdən biri olmaqla yanaşı, gələcəkdə yarana biləcək yeni növ sorğular 
da sanki “öncədən görülməli”, texnoloji yeniliklərin və  tətbiqi proqramların 
kitabxana işinə daha geniş inteqrasiyası təmin edilməlidir.  
Məsələnin qoyuluşu 
Kitabxana-informasiya xidmətlərinin və ümumilikdə kitabxanaların bir 
sıra funksiyaları vardır: 
  Biblioqrafik/arxiv funksiyası – cəmiyyətin yazı ehtiyatlarının 
əlyetərliyinin təmin edilməsi üçün informasiyanın məzmununun 
müəyyənləşdirilməsi, seçilməsi,  əldə edilməsi (komplektləşdirilməsi), 
təşkili, yerləşdirilməsi, axtarışına imkan yaradılması və mühafizəsi kimi 
prosesləri özündə əks etdirir; 
  Təhsil funksiyası  – həm istifadəçilərin fasiləsiz təhsil və özünü inkişaf 
etdirmə məramını, həm də informasiya mütəxəssislərinin maarifləndirici 
rolunu ifadə edir. Bəzən “biblioqrafik göstəriş”,  əksər hallarda isə 
“informasiya mədəniyyəti” adlandırılan belə kitabxana təlimlərində 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə