123
peşəkar kitabxanaçılar istifadəçilərə informasiyanın axtarışı,
dəyərləndirilməsi və istifadəsi kimi vərdişləri aşılayırlar;
Mədəniyyət funksiyası – maddi və mənəvi mədəniyyət nümunələrinin və
onlar haqqında informasiya mənbələrinin toplanması, qorunması və
istifadəsinin təşkili kimi mühüm mədəni prosesi özündə ehtiva edir. Bu
funksiya, eyni zamanda, beynəlxalq aləmə və müxtəlif etnik qruplara
məxsus mədəniyyətlərin (musiqi, kino, ədəbiyyat, adət-ənənələr və s.)
təbliğini təmin edir;
Tədqiqat funksiyası – təhsil funksiyasından fərqli olaraq tədqiqat
funksiyası daha çox yeni ictimai biliyin yaradılmasına xidmət edir.
Burada istifadə olunan “tədqiqat” anlayışı sistematik, formal prosesi
ifadə etməklə sorğu mövzusu ilə əlaqəli mövcud ədəbiyyatın təhlilini,
tədqiqat suallarının və hipotezlərinin düzgün artikulyasiyasını,
məlumatın toplanması yönümündə sistemli plan və cəhdləri, əldə edilmiş
informasiyanın təhlilini, alınan nəticələrin və
çıxarılan
ümumiləşdirmələrin məruzəsini nəzərdə tutur;
İnformasiya funksiyası – bugünün kitabxanalarında və informasiya
mərkəzlərində bu funksiyanı adətən “soraq-biblioqrafiya xidməti” və ya
“informasiya xidməti” adlandırırlar. Formal olaraq, bu xidmət ilk dəfə
olaraq 1880-ci illərdə Melvil Düi tərəfindən Kolumbiya Universiteti
Kitabxanasında Biblioqrafiya şöbəsinin yaradılması ilə təqdim
olunmuşdur. Bu xidmət növü özündə informasiya bilik və bacarıqlarının
tədrisi, hazır soraq-biblioqrafiya və müntəzəm soraq-biblioqrafiya
xidmətlərini birləşdirir. Bir çox kitabxanalarda və informasiya
müəssisələrində xidmətin bu növü tələbatçı sorğularının
mürəkkəbliyindən asılı olaraq ödənişli əsaslarla həyata keçirilir.
İstirahət (əyləncə) funksiyası – insanların öz asudə vaxtlarında
informasiya resurslarından istifadə etməsini hədəf tutur. Belə resurslara
istirahət vaxtına rəng qatmaq üçün istifadə edilən nəsr əsərləri, poeziya,
dövrü nəşrlər, elmi-kütləvi ədəbiyyat, audio yazılar, video materiallar,
oyunlar və s. aid edilir. (Grover et al., 2010)
Sadalanan funksiyalar xidmət işinin təkmilləşdirilməsi baxımından
mühüm əhəmiyyət kəsb edir və öz növbəsində kitabxana-informasiya
xidmətinin müxtəlif növlərinin meydana gəlməsinə rəvac verir.
1. İstifadəçilərə kitabxana-informasiya xidmətinin müasir növləri.
Tanınmış kitabxanaşünas alimlər Greer və Hale (1982) xidmətin
səviyyələrini müəyyənləşdirən model təqdim etmişlər ki, burada aşağıdakı
şərtlər öz əksini tapır:
Xidmətin passiv (qeyri-fəal) səviyyəsi – müxtəlif kitabxana resurslarının
(kitablar, jurnallar, kompüter proqramları və s.) istifadəyə verilişi
zamanı peşəkar işçi heyətin iştirakı nəzərdə tutulmur;
Xidmətin reaktiv səviyyəsi – istifadəçilərdən sorğu daxil olduğu zaman
mütəxəssis yardımı təklif olunur;
124
Xidmətin iddialı səviyyəsi – istifadəçi kontingentinin sistematik təhlili
nəticələrinə əsasən tələbatçıların ehtiyacları öncədən müəyyənləşdirilir.
(Grover et al., 2010)
Xidmətin bu səviyyələri istənilən kitabxana və ya informasiya
mərkəzində həyata keçirilən müxtəlif informasiya xidmətlərinə tətbiq edilə
bilər. Bir sıra təcrübəli istifadəçilər xidmətin passiv səviyyəsinə üstünlük
verdikləri halda, digər qrup daha az bacarıqlı istifadəçilər isə daha çox reaktiv
xidmət səviyyəsinin tərəfdarlarıdırlar.
Dünyanın bir sıra öndə gedən akademik kitabxanalarının təqdim etdiyi
ümumi xidmətlər toplusunu təhlil edərkən aşağıdakı ənənəvi və müasir xidmət
növləri diqqəti cəlb edir:
-
kitab və digər fiziki informasiya daşıyıcılarının verilişi, onların
istifadə vaxtının artırılması;
-
soraq-biblioqrafik tövsiyyə xidmətləri;
-
dərsliklər fondunun təşkili xidməti;
-
kitabxanalararası abonoment (KAA) xidməti;
-
elektron resurslardan istifadəyə dair məşğələlərin təşkili;
-
onlayn məsləhət xidməti;
-
qrup məşğələ otaqlarının istifadəyə verilməsi;
-
kompüter və internet (o cümlədən wi-fi) xidməti;
-
çap, surətçıxarma və skanirə xidməti;
-
rəqəmsallaşdırma xidməti;
-
cildləmə xidməti;
-
kənar istifadəçilər üçün üzvlük xidməti;
-
məşhur yazıçılarla görüşlərin təşkili;
-
kitab müzakirəsi klublarının təşkili;
-
kitab təqdimatlarının keçirilməsi və s. (Məmmədova, 2016)
Bazar iqtisadiyyatının hökm sürdüyü müasir dövrdə bu tendensiya
kitabxanalardan da yan keçməmişdir. Belə ki, xidmətin bir çox növlərinin
ödənişli olması kitabxanaların və informasiya müəssisələrinin maliyyə
baxımından müstəqilliyə can atma cəhdləri ilə izah oluna bilər ki, iqtisadi
böhran vəziyyətində büdcə kəsirlərinin kitabxanalara həddən ziyadə təsir
göstərməməsi üçün bu ən əlverişli addım hesab edilir.
Yerli Azərbaycan mühitində, təəssüflər olsun ki, ödənişli xidmətlərin
strukturlaşdırılması və tətbiqi hələ ki, ürəkaçan vəziyyətdə deyil. Lakin
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının bu
sahədə ilkin cəhdlərini görmək mümkündür. Bunlara ödənişli üzvlük, çap
materiallarının rəqəmsallaşdırılması və s. xidmətləri nümunə göstərmək olar.
("Kitabxana xidmətləri/ AMEA Mərkəzi Elmi Kitabxana," 2017)
2. Müasir kitabxana-informasiya istifadəçilərinin müxtəlif kateqoriyalar
baxımından təhlili.
125
Kitabxana xidməti mütəxəssislərinin qarşısında duran əsas vəzifələrə
aiddir: müxtəlif növ istifadəçi qruplarını və onların informasiya tələbatlarını
düzgün müəyyənləşdirmək, akademik kitabxanalarda isə bütün bunlarla yanaşı
olaraq, həm də daxili (tələbə, müəllim, işçi heyəti) və kənar (qonaq)
istifadəçiləri diqqətdə saxlamaq. İstifadəçilərin tələblərinin vaxtında və dəqiq
müəyyənləşdirilməsi və bu tələbatın effektiv surətdə ödənilməsi informasiya
mütəxəssislərinin öz əməklərinə verdikləri qiymətin bariz nümunəsidir.
İstifadəçi icması sadəcə geniş və amorf kütlə mənasını ifadə etmir. Hər
bir icma öz növbəsində müxtəlif ehtiyaclara malik altqruplara bölünür. Bu
baxımdan, peşəkar assosiasiyalar bunun fərqinə vararaq müvafiq qaydalar
toplusu tərtib etmişlər. Belə nümunələrə aiddir: Bakalavr Tələbələr üçün
Universitet Kitabxanası Xidmətləri Qaydaları (Amerika Kitabxana
Assosiasiyası, 2005); Uşaqlara və Azyaşlılara Kitabxana Xidmətləri Qaydaları
(İFLA, 2006); Yetkin Yaşlı İnsanlara Kitabxana və İnformasiya Xidmətləri
Qaydaları (Kanada Kitabxana Assosiasiyası, 2002); Fiziki Qüsurlu
İstifadəçilərə Kitabxana və İnformasiya Xidmətləri Qaydaları (Kanada
Kitabxana Assosiasiyası, 1997) və s. (Gannon-Leary & McCarthy, 2010)
Ümumiləşdirmələr aparmaqla akademik kitabxana istifadəçilərini
aşağıdakı kateqoriyalar üzrə ayırmaq mümkündür:
bakalavr və magistr tələbələr (o cümlədən məktəbi müvəqqəti tərk
edənlər, yetkin tələbələr, tələbə mübadiləsi proqramlarının iştirakçıları,
distant təhsil tələbələri və s.);
işçi personal (ali təhsil müəssisəsinin işçi heyəti, tələbə xidmətləri,
administrativ personal və s.);
əcnəbi tələbələr (bakalavr, magistr, doktorant və dissertantlar);
fiziki qüsurlu tələbələr;
birgə əməkdaşlıq istifadəçiləri (franşiza kurslarının tələbələri, dialoq
üzrə repetitor-həmkarlar, kitabxanaşünas həmkarlar və b.);
akademiklər və tədqiqatçılar (rəhbərlik, mühazirəçilər, qonaq
akademiklər, doktorantlar, elmlər doktorluğu üzrə tədqiqatçılar və b.);
kənar istifadəçilər (məktəb və kollec seminarlarının iştirakçıları, məktəb
və kollec ziyarətçiləri, başqa universitetlərdən gələn qonaqlar, cəmiyyət
nümayəndələri, kitabxana həmkarları, potensial tələbələr və b.) və s.
(Gannon-Leary & McCarthy, 2010)
Sadalanan istifadəçi kateqoriyaları özündə müxtəlif qrup kitabxana və
informasiya tələbatçılarını birləşdirir ki, onların hər birinin özünəməxsus
ehtiyacları və tələbləri vardır. Həmin ehtiyaclar aşağıdakı kimi xarakterizə
edilə bilər:
Sizin müəssisəniz bu ehtiyacları qarşılamaq iqtidarındadır;
Sizin müəssisəniz bu xidmət növünü təklif etməlidir, amma hal-hazırda
etmir;
Bu xidməti bütövlükdə və ya qismən təklif etməyə qadirsiniz, lakin
maliyyələşmə və resurs təminatı gərəkdir;
Dostları ilə paylaş: |